Yasamal rayonunda məskunlaşan məcburi köçkünlər yanvarın 26-da mənzillərinə sayğac quraşdırmağa gələn kommunal xidmət qurumları nümayəndələrini bu sözlərlə qarşılayıblar. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin bir neçə əməkdaşı Rabitə və nəqliyyat kollecinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada sayğac quraşdırmaq istəyiblər. Buna etiraz edən məcburi köçkünlər daha sonra aksiya keçiriblər. Onlar yaxınlıqdan keçən yolu bağlamağa çalışıblar. “Hökumət kommunal xidmətlərin qiymətlərini qaldırıb. Əbəs yerə sayğac quraşdırmasınlar. Torpağımızı alsınlar çıxıb gedək”, aksiya iştirakçıları bildiriblər. Adlarını açıqlamayan iştirakçılardan biri isə deyib ki, bir neçə həftə əvvəl Fövqəladə Hallar Nazirliyi onların məskunlaşdığı binanın yaşayışa təhlükəli olması haqda rəy verib. “İndi necə olur, burda sayğac quraşdırılar?”, məcburi köçkün sual edib. Aksiya iştirakçıları Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan da ciddi narazılıq ifadə ediblər. Hadisə yerinə cəlb olunan post patrul xidməti əməkdaşları avtomobil yolunun uzun müddət bağlanmasına imkan verməyiblər. Ancaq məcburi köçkünlər istəklərinə çatıblar - məskunlaşdıqları mənzillərə sayğac quraşdırılmayıb. Xatırlatma Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat məbləğində vahid aylıq müavinət veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?