O, heç də sadə bir şəxs deyil, azərbaycanlıları RF-da bu və ya digər formada təmsil edən, müəyyən ictimai əsaslarla bir neçə vəzifəni icra edən şəxsdir
Bu günlərdə bəzi xəbər portallarında məşhur biznesmen, Rusiyada azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti, Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov haqqında sosial şəbəkələrdə gözlənilməz fotolar paylaşılıb. Hal-hazırda həmin fotolara baxmaqla, bir anlığa olsa belə təəssüf hissi keçiririk. Çünki, bizim millətə məxsus və uzun tarixi zamanları özündə cəmləşdirən adət-ənənələrimiz, davranış qaydalarımız, bir sözlə yaşatdığımız əxlaqi dəyərlərimiz var. Bu belə olduğu halda, bəs yuxarıda qeyd etdiklərimiz vəzifələrin daşıyıcısı olan Söyün Sadıqova, geniş ictimaiyyətin ictimai fikri hansı prizmadan formalaşmalıdır? O, heç də sadə bir şəxs deyil, azərbaycanlıları RF-da bu və ya digər formada təmsil edən, müəyyən ictimai əsaslarla bir neçə vəzifəni icra edən şəxsdir.
İndi bir anlığa olub-keçənləri analiz edək və qənaətə gəldiyimiz nəticəni də ortaya qoyaq. Yəni, həmin fotolara baxan qeyri azərbaycanlılar o qənaətə gəlməzlərmi ki, bir halda ki, Söyün Sadıqov kimi əməl sahibləri azərbaycanlıları təmsil edir, deməli bu millətin dərdi uzun, yaraları sağalmazdır. Hələ əxlaqımıza zidd addımlar atması qalsın bir yana, Moskvada oturub Azərbaycanda olan bəzi şəxslərə qarşı arabir ittihamlarını səsləndirməsi isə, nə yerə, nə göyə sığası məsələdir. Çünki, hər kəs ilk öncə atdığı addımlarının, səsləndirdiyi açıqlamalarının dəyərinə varmalı, sonra isə kimlərisə ittiham etməlidir. Odur ki, Söyün Sadıqov və onun kimi əməl və düşüncə sahiblərinə biz azərbaycanlıları hansıa formada təmsil etməzdən öncə, milli-mənəvi, əxlaqi dəyərlərimizin yaşadılmasına çalışmalarını istərdik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?