“KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ , QEYRƏTİMİZ BƏLLİ BÜTÜN MİLLƏTƏ”
Məcburi köçkünlərin 20 manatlıq yemək xərcilə kommunal xərclərinin vahid 36 manatlıq müavinətlə əvəz olunmasının ayrı – seçkiliyə , etirazlara nədən olacağı gözləniləndi . Axı , pis – yaxşı bütün köçkünlərə sözügedən 20 manatlıq yemək xərci heç bir şərt qoyulmadan ödənilirdi . İndi isə NK – nın qəbul etdiyi qaydalar bir çox köçkünlərin bu yeməkdən də məhrum ediləcəyini deməyə əsas verir . Məcburi köçkünlər elə arayışlar gətirməyə məcbur edilir ki !?
İmanova (sonradan həyat yoldaşının soyadı ilə Zamanova ) Qumru Rəhim qızının ata – anası altı körpə uşaqla Ağdamın Mərzili kəndindən 1993 – cü ilin 23 avqustunda didərgin salınıb Ağsunun Muradlı kəndinə sığınanda 10 yaşı olub . İndi də Qumru xanımın anası Sarıgül İmanova Muradlı kəndində olduqca ağır durumda yaşamağa məcburdur . Buna yaşamaq demək mümkünsə ... Fikir verin , mənzil şəraitinin ağırlığından zavallı ana uşqalarını evləndirə də bilımir . Ev var ki , gəlin də gətirsin ? Səsini isə “Qaçqınkom” eşitmək istəmir . Qumru Zamanovanın alnına yazılan avqust köçkünlüyünün üzərinə isə 2 il öncəki avqust ayrılığı da əlavə olunub . Ağsu rayon sakini həyat yoldaşının 2015 –ci ilin avqustunda dünyasını dəyişməsilə gənc ana 2 körpə qız uşağını tək böyütməyə məcbur olub . Qanunvericiliyin tələbinə görə köçkün olmayan şəxsə ərə gedən məcburi köçkün xanımın həyat yoldaşı öldükdə avtomatik olaraq dul qadın və uşaqları “məcburi köçkün” statusu əldə etmiş olsalar da , artıq ilyarımdır iki körpə uşaqlı qaçqın ailəsinin yemək pulunu “Qaçqınkom”un yerli şöbəsi yeyir . İki körpə uşaqlı xanımdan bilirsiniz nə nələr olunur ? Ağdamdan məcburi köçkün düşməsini təsdiq edən arayış !(??) Bəyəm “Qaçqınkom” “elektron hökumət”in üzvü deyil ? Qaçqın düşəndə 10 yaşı olan uşaq indi 2 körpə uşaqla Ağdama gedib kimdən arayış almalıdır ? Bəyəm bu xanım ərə gedənə kimi indi də Ağsunun Muradlı kəndində yaşayan ailəsi ilə birgə “məcburi köçkün” statusunda olmayıb ? Ərinin ölməsilə onun “məcburi köçkün” statusunu bərpa etmək “Qaçqınkom”un görəvi deyil ? Deyəsən , hamısı ritorik suallar oldu ...
2 körpə uşaqlı xanım məcburi köçkünün Ağdama gedib arayış gətirməyə məcbur edilməsi qara baxtlı Qarabağ ailəsinin qaragünlü olmasından soraq verir . Bu “arayış dələduzluğu”nun təkcə yemək pulunu yemək adına edilməsini düşünənlər yanılır . Axı , məcburi köçkün ailəsi neçə illərdir , vurğuladığımız kimi , evsizlikdən də əziyyət çəkir , mənzil arayışını – orderini isə artıq Ağdam yox , Bakı – “Qaçqınkom” verməlidir ! Yəqin elə buna görə 23 ilin qaçqın ailəsi işğal altındakı rayondan arayış gətirməyə məcbur edilir .
Ah , yazıq Vətən , qarabaxt Qarabağ ! Beşdən birini dığalar , beşdən dördünü dılğırlar işğal edən yazıq Vətənimiz !
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?