GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Göyçayda görünməmiş özbaşınalıq: bələdiyyə sədri 5 min metrlik boru kəmərini satıb

Göyçayda görünməmiş özbaşınalıq: bələdiyyə sədri 5 min metrlik boru kəmərini satıb

Tarix: 9-02-2017, 21:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 758
Göyçayda görünməmiş özbaşınalıq: bələdiyyə sədri 5 min metrlik boru kəmərini satıb

İcra başçısı Mehdi Səlimzadənin dövlət əhəmiyyətli boru kəmərinin sökülməsindən xəbəri yoxdurmu?

Mirzəhüseynli kəndində 800 nəfərin suyu kəsilib, əkdiyi məhsul məhv edilib


Azərbaycanın bölgələrində məmur özbaşınalığı, müxtəlif qanunsuzluqular, vəzifə sahiblərinin özünü hakimi-mütləq kimi aparmaları, dövlət əmlakının talanması, rüşvətxorluq, korrupsiya, vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət törətmək halları baş alıb gedib. “Gündəm Xəbər” qəzeti olaraq, tez-tez bu mövzuda yazılar dərc edirik. Məhz elə bu səbəbdəndir ki, bizə müraciət edənlərin sayı gündən-günə artıq. Ölkənin müxtəlif bölgələrindən vətəndaşlar bizə müraciət edir, üzləşdikləri problemləri ictimailəşdirməyimizi xahiş edirlər. Biz də öz növbəmizdə redaksiyamıza ünvanlanan şikayət məktublarına həssaslıqla yanaşır, onları dərc edir, vətəndaşları narahat edən problemləri, məmur özbaşınalıqları, vəzifə cinayətləri ilə bağlı faktları tədbir görülməsi üçün aidiyyəti qurumların diqqətinə çatdırırıq.
Bu gün də bu ənənəmizə sadiq qalaraq, Göyçay rayonundan aldığımız şikayət məktubunu dərc edəcəyik. Onu da qeyd edək ki, məktubu redaksiyamıza Göyçay rayonu, Mirzəhüseyinli kənd sakinləri ünvanlayıb.

Göyçayda görünməmiş özbaşınalıq: bələdiyyə sədri 5 min metrlik boru kəmərini satıb

Şikayətçilər bildirir ki, Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun cinayət əməllərinə görə məhv olur: “Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün hələ Sovetlər dövründə, 1986-cı ildə Şirvan kanalından uzunluğu 5000 metr olan nikel metalından yeraltı su boru xətti çəkilmişdir. Həmin boru vasitəsi ilə biz, Mirzəhüseyinli kənd sakinləri əkin sahələrimizi rahatlıqla sulayırdıq”.

Göyçayda görünməmiş özbaşınalıq: bələdiyyə sədri 5 min metrlik boru kəmərini satıb

Lakin hazırda kənd sakinləri bu imkandan məhrum olublar. Əlbəttə ki, bələdiyə sədrinin sayey-mərhəmətindən. Gəlin, şikayət məktubunun ardına diqqət yetirək: “Mirzəhüseynli kənd bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək, texnikalarla qazıb çıxartdırıb və sataraq talan edib”.

Diqqət edin, vaxtilə milyon manatlarla dövlət vəsaiti sərf olunaraq inşa olunan strateji əhəmiyyətli boru xətti bələdiyyə sədrinin əmri ilə ləğv edilib. Bunu necə adlandıracağımızı bilmirik. Bu, məmur özbaşınalığının görünməmiş həddidir. Bələdiyyə sədrinə kim bu səlahiyyəti verib? Maraqlıdır, rayonun rəhbərliyi, hüquq-mühafizə orqanları hara baxır? Rayonda dövləti cinayət sayılacaq addım atılır, rayon rəhbərliyi, aidiyyatı qurumlar isə buna göz yumurlar. Bunu necə izah etmək olar?
Boru kəmərinin ləğv edilməsi və böyük bir kəndin əkin sahələrinin susuz qalması bir yana, bəs, qiymətli metaldan olan boru xətinin doğranaraq satılıb talan olunmasına nə ad verək? Bəlkə bələdiyyə sədri 1986-cı ildə bu boru xəttini öz vəsaiti ilə salıb? Olmaya, boru kəməri onun şəxsi mülkiyyətidir? Bu qədər də özbaşınalıq olarmı? Bələdiyyə sədrinin bu qədər cəsarətli olması, dövlətə, qanunlara meydan oxumasının səbəbi nədir? Olmaya onu hansısa “güclü əllər” himayə edir?

Ölkədə dövlət əmlakının talan edilməsi, məmurların vəzifə səlahiyyətlərini aşması, korrupsiya və rüşvətxorluğa qarşı hakimiyyətin yuxarı səviyyəsində mübarizə elan etdiyi bir vaxta bələdiyyə sədrinin belə bir qanunsuzluğa əl atmasını heç cür izah etmək mümkün deyil.
Xatırlayırsınızsa, elə bu yaxınlarda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Həmin konfransda çıxış edən Azərbaycan prezidenti İlham Əliyevin məmurlara xəbərdarlığı da yəqin ki, hamının yadındadır. Umid edirik ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, eləcə də Mirzəhüseyinli kənd bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin xəbərdarlığı unutmayıblar. Amma hər ehtimala qarşı biz bir daha prezidentin həmin konfransda məmurlara etdiyi xəbərdarlığı xatırlatmaq istəyirik: "Mən dəfələrlə demişəm ki, məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır".

Dövlət başçısı həmin iclasda bildirdi ki, məmurlar rüşvətxorluqla məşğul olmamalıdır: "Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz "Asan Xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar".

Maraqlıdır, yoxsa Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bu xəbərdarlığı özünə aid etmir? Olmaya onun müstəsna səlahiyyətləri var? Necə olur ki, dövlət başçısının bu cür xəbərdarlığıdan Göyçay rəhbərliyi heç bir nəticə çıxarmır? Bəlkə o, rayona nəzarət etmək iqtidarında deyil? Yox, əgər doğrudan da Mehdi Səlimzadə rayona nəzarət edirsə, bəs nədən onun dövlət əhəmiyyətli su boru xətinin qanunsuz olaraq, ləğv edilməsindən, bahalı, eroziyaya davamlı metaldan hazırlanan boruların bələdiyyə sədri tərəfindən dədə malı kimi doğranaraq satılmasından xəbəri yoxdur? Olmaya icra başçısı özü bələdiyyə sədrinə bu barədə göstəriş verib? Bəlkə ele boru xəttinin sökülüb satılmasından əldə olunan qazancın böyük hissəsi icra başçısının cibinə gedib? Əgər belə deyilsə, ümid edirik ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə mətbuata açıqlama verərək, bu məsələyə aydınlıq gətirəcək. Aydın olacaq ki, bələdiyyə sədrinə bu boru xətinin sökülməsi barədə göstərişi kim verib?
Digər tərəfdən, əgər doğrudan da bu boru kəmərinin istismar müddəti başa çatıbsa, nədən bu barədə heç bir yerdə məlumat yoxdur. Hələ biz onu demirik ki, bir layihəni, bir infrastrukturu ləğv etməmişdən əvvəl onun alternativi, yenisi yaradılmalıdır. Uçarmaq asandır, qurmaq isə çətin. Nə yazıqlar olsun ki, Göyçayda vəzifə başında olanlar quruculuqla deyil, dağıdıcılıqla məşğuldurlar.

Maraqlıdır, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə hara baxır? Onun bu məsələdən xəbəri yoxdurmu? Axı məhz Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkənin su təsərrüfatına cavabdehdir. Necə ola bilər ki, bu qurmun razılığı olmadan, region bələdiyyəsinin sədri belə bir addım ata bilər?
Cavabsız suallar çoxdur. Ümid edirik ki, bu məsələ ilə bağlı məsuliyyət daşıyan qurum və rəhbər şəxslər bu sullara aydınlıq gətirəcəklər.
Gəlin, Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinin şikayət məktubunda yer alan digər faktlara diqqət yetirək. Sakinlər bildirilər ki, su boru xətti ləğv olunduqdan sonra nikel metaldan olan bor kəməri doğranaraq satılıb: “Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə edildi. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırıldı. Texnikalar əkin yerlərini qazıb taxılı məhv etdi. Bu misli görünməmiş cinayətdir ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirdi. Həmin torpaqlar bizə aqrar islahatlar zamanı verilmişdir. Qanunu sənədlərimiz də var. Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur. Ümüdümüz ancaq əkinçiliyə idi. Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik. Bu da kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyətdə qalmışıq”.
Göründüyü kimi, bələdiyyə sədri strateji əhəmiyyətli boru xəttinin dağıtmaqla yanaşı, 800 nəfərlik bir kəndin əhalisini susuz, işsiz, çörəksiz qoymuşdur.
Ona da qeyd edək ki, yazının əvvəlində bələdiyyə sədrinin kimlər tərəfindən himayə olunduğu haqqında suallar qoymuşduq. Bu suallara tam cavab tapa bilməsək də, hələlik məlum olan budur ki, Mirzəhüseynli Bələdiyyəsinin sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır. Şikayət müəllifləri bildirilər ki, məhz bu səbəbdən bələdiyyə sədri bu cür cinayəti qorxmadan törətmişdir.

Şikayət müəllifləri bildirilər ki, cinayətkar bələdiyyə sədri barədə tədbir görülməsə, Bakı şəhərinə gəlib Prezident Administrasiyasına şikayət edəcəklər:
“Biz mətbuat vasitəsiilə Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova müraciət edərək, xahiş edirik ki, talançılıq cinayəti törədərək kənd sakinlərinə küllü miqdarda ziyan vurmuş Mirzəhüseyinli bələdiyyəsinin sədri Səyyaf Səmədovun barəsində ciddi tədbirlər görəsiniz”.
Qeyd edək ki, məktubu kənd sakinlərindən Azadov Vasif Nizami oğlu, Mustafayev Vüqar Surxay oğlu, Hacıyev Fərid Əlimuxtar oğlu, Əhmədov Tərlan Vidadi oğlu, Soltanov Həmid Feyzulla oğlu, Süleymanov Füzuli Süleyman oğlu, Əliyev Coşqun Firuddun oğlu, Əliyev Vüsal Firuddun oğlu, İsmayılov Amil Alik oğlu, Soltanov Zabit Eynulla oğlu,İsmayılov Nicat Etibar oğlu, Kərimov Araz Qüdrət oğlu, Qurbanov Çingiz Qalib oğlu, İsmayılov Symur Miri oğlu, İsmayılov Tufan Ehtiram oğlu, Əliyev Rafiq Təvəkkül oğlu imzalayıblar.
Onu da qeyd edək ki, son illər dövlət başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra sərəncamlar imzalayıb, Nazirlər Kabinetinə, İcra Hakimiyyəti başçılarına tapşırıqlar verib. Bu tapşırıqlar kənd təsərrüfatının inkişafına təkan vermək məqsədi daşıyır. Dövlət başçısı özü şəxsən bölgələrə səfər edərək, yerlərdə vəziyyətlə tanış olur, kənd təsərrüfatının, konkret olaraq, əkinçiliyin inkişafı ilə bağlı tapşırıqlar verir. Əkinə yaralı topraqlarda taxil, pambıq və digər kənd təsərrüfatı məhsulalrının becərilməsi bu gün əsas məqsəd kimi qarşıya qoyulub. Kənd təsərrüfatı naziri, bir sıra icra başçıları müşavirə keçirərək bu istqamətdə addımlar atırlar. Bir sözlə, bölgələrdə kənd təsərrüfatının, sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi bu gün əsas iqtisadi prioritetlər sırasındadır. Lakin görünür, Göyçay rayon rəhbərliyi bütün bunlardan xəbərsizdir və ya bilərəkdən, şəxsi qazanc naminə ölkə rəhbərliyinin tapşırıqlarına biganə yanaşır. İcra başçısı, bələdiyyə sədri kəndliyə, sahibkara şərait yaratmaq əvəzinə, onun suyunu kəsir, əkdiyi məhsulu zay edir. Bu sabotaj deyil, bəs nədir?
R.S.Qeyd edək ki, yazı çapa hazırlanarkən, iş vaxtı bitdiyi üçün məsələ ilə bağlı Göyçay rayon icra başçısının, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mövqeyini öyrənə bilmədik. Mövzu ilə bağlı onların mövqeyini işıqlandırmağa hazırıq.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55

  • 
  • Göyçayda yerli məmurların görünməmiş özbaşınalığı

    Göyçayda yerli məmurların görünməmiş özbaşınalığı ...

    14-11-2016, 16:58

  • 
  • TAP layihəsi çərçivəsində Yunanıstana 700-dən çox boru gətirilib

    TAP layihəsi çərçivəsində Yunanıstana 700-dən çox ...

    19-08-2016, 00:31

  • 
  • Bələdiyyə sədri vətəndaşların torpaqlarını bölüşdürüb satımaqla məşquldur

    Bələdiyyə sədri vətəndaşların torpaqlarını ...

    11-10-2016, 14:45

  • 
  • Yeni həbslər: 45 məmur tutuldu

    Yeni həbslər: 45 məmur tutuldu ...

    20-09-2013, 12:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu