MTN-nin şöbə rəisi özünü elan olunmuş ittihamlarda təqsirli bilmədi
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun üzrə məhkəmə prosesi keçirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Bahəddin Sultanov mülki iddia qaldırıb. Hakim onun mülki iddiasını qəbul edib.
Vüsal Ələkbərov bir neçə vəsatətlə çıxış edib. Bildirib ki, barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Dövlət ittihamçısı İlqar Quliyev bildirib ki, bu cinayət işi üzrə zərərçəkmişlər mülki iddia ilə çıxış ediblər: "Vüsal Ələkbərova mütəşəkkil dəstə tərkibində ittiham verilib. Dəstənin digər üzvləri bu gün azadlıqdadırlar. Vüsal Ələkbərova mütəşəkkıl dəstənin digər üzvləri ilə əlaqə saxlayıb, zərərçəkmişlərə, şahidlərə təsir göstərər, sübutları saxtalaşdıra bilər. Vüsal Ələkbərovun zərərçəkmişlər, zərərçəkmişlərin isə ona münasibətləri məlumdur. Bu səbəblərdən vəsatətin təmin edilməməsini istəyirəm".
Qısa müşavirədən sonra zala gələn hakimlər vəsatətin təmin edilməməsi barədə qərar qəbul ediblər.
Daha sonra Vüsal Ələkbərov cinayət işinin istintaını apardığı "Texnikabank" —nin Bakı filialının rəhbəri Zal Yusifovun ittiham olunduğu 613 saylı cinayət işi ilə bağlı olub. Bildirib ki, işi üzrə zərərçəkmişlər 613 saylı cinayət işi üzrə adı keçən zərərçəkmişlərdir: "Həmin cinayət işi üzrə qanuni qüvvəsinə minmiş hökm var, iş üzrə təqsirləndirilən şəxslər məhkum olunublar, cəzalarını çəkirlər. Həmin cinayət işinin tələb edilməsini və məhkəmədə tədqiq edilməsini xahiş edirəm".
Vəsatətətə münasibət bildirən dövlət ittihamçısı qeyd edib ki, həmin cinayət işinə ibtidai istintaq zamanı baxış keçirilib:"Lakin müdafiə tərəfi həmin cinayət işi ilə bağlı hər hansı vəsatət verməyib. Həmi cinayət işinə məhkəmə baxışı zamanı baxılmasına, araşdırılmasına ehtiyac yoxdur. Çünki həmin cinayət
işi 50 cilddən çoxdur. 613 saylı cinayət işinə baxış keçirilməsinə zərurət görmürəm, vəsatət təmin edilməsin".
Vüsal Ələkbərov sonra cinayət işi üzrə çıxış edən Baş Prokurorluğun ittiham idarəsinin prokuroru İlqar Quliyevə etiraz edib: "Hörmətli məhkəmə, bildiyiniz kimi mən hərbi qulluqçuyam, hərbi rütbəm var. Bu səbəbdən işimə hərbi məhkəmədə baxılır. İşə çəxan prokuror Hərbi Prokurorluğun yox, Baş Prokurorluğun prokurordur. Onun mənim işim üzrə prosessə çıxış etməsinə səlahiyyti yoxdur".
Prokororun özü çıxış edərək, etirazın əsassız olduğunu və təmin edilməməsini istəyib. Hakimlərdə etirazın əsassız olması nəticəsinə gəliblər.
Daha sonra məhkəmə istintaqı başlayıb və dövlət ittihamçısı ittiham aktını elan edib. sonra elan olunumş ittihamlara münasibət bildirən Vüsal Ələkbərov özünü təqsirli bilməyib. Vüsal Ələkbərov hazırkı mərhələdə ifadə vermək istəmədiyini, zərərçəkmişlər və şahidlərin dindirilməsi başa çatandan sonra ifadə verəcəyini deyib.
Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu
tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib. Cinayət işi üzrə zərərçəkmişlərə dəymiş ziyan ümumilikdə 10 milyon manatdan çoxdur.
Həbsdə olan Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.
Sorğu
Yeni dizaynımız necədir?