GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MTN işində “Çanaqqala” restoranın sahibinin adı keçdi

MTN işində “Çanaqqala” restoranın sahibinin adı keçdi

Tarix: 4-02-2017, 20:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 952
MTN işində “Çanaqqala” restoranın sahibinin adı keçdi

Vüsal Ələkbərovun həbsdən azad edilməsi ilə bağlı vəsatəti hakimlər tərəfindən qəbul edilmədi

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci

istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi proses təyin edilmiş vaxtdan bir qədər gec başlayıb. Hakim bildirib ki, təqsirləndirilən şəxsin məhkəməyə gec gətirilməsi ilə bağlı proses gec başlayıb. Hakim təqsirləndirilən şəxsin məhkəməyə gec gətirilməsinin səbəbini konvoyun rəisindən soruşub. Təqsirləndirilən şəxslərin məhkəməyə gətirən məsul şəxs bildirib ki, yolların buz bağlaması ilə bağlı təqsirləndirilən Vüsal Ələkbərov məhkəməyə gec gətirilib.

MTN işində “Çanaqqala” restoranın sahibinin adı keçdi

Daha sonra hakim təqsirləndirilən şəxs vəkillərindən biri Cahangir Cavadova etiraz edib-etməməsi ilə bağlı maraqlanıb. Vüsal Ələkbərov vəkilinə etiraz etməyib.

Nizami Kazımovun hüquqşünası bildirib ki, Cahangir Cavadov təqsirləndirilən Vüsal Ələkbərovu müdafiə edə bilməz. Onun sözlərinə görə, 2008-ci ildə Nizami Kazımov həbs olunan zaman Cahangir Cavadov onun müdafiəçisi olub. Nizami Kazımovun özü də bu faktı təsdiqləyib.

Hakim deyib ki, hazırkı mərhələdə Cahangir Cavadov məhkəmədə iştirak etmir: “Belə olan halda vəkilin özü-özünə də etiraz etmək hüququ var. Qanunla vəkil özünə etiraz verməlidir. Vəkil növbəti məhkəməyə gələndə, biz bu məsələyə qayıdarıq”.

Vüsal Ələkbərov qeyd edib ki, Cahangir Cavadov Nizami Kazımovun müdafiəçisi olub: “Onu da qeyd edim ki, bu cinayət işində adı keçən zərərçəkmişlər 613 saylı cinayət işində zərərçəkmiş olublar. Məndə həmin cinayət işinin aparan istintaq

qrupunun rəhbəri olmuşam. Belə çıxır ki, həmin işə rəhbərlik edən şəxs bu işdə təqsirləndirilən ola bilər, zərərçəkmişlər zərərçəkmiş kimi tanına bilər, amma başqa işdə vəkil çıxan şəxs bu işdə çıxa bilməz. Mən vəkilimdən imtina etmirəm”.

Hakim deyib ki, bu işə qanunla nəzərdə tutulmuş qaydada baxılır və obyektiv, hərtərəfli məhkəmə araşdırması aparılır: “Bizim əsas qanunlarımız Konstitusiyamızda yazılıb, orada yazılanlar bizim üçün əsasdır. Amma Konstitusiyamızla yanaşı digər qanunlarımız da var. Cinayət-Prosessual Məcəlləsində bütün qaydalar qeyd olunub. Cinayət-Prosessual Məcəlləsində olan müvafiq maddələrə uyğun işimizi görürük. Biz vəkilin prosesdə iştirak edib-etməməsinə, həmçinin təqsirləndirilən şəxsi müdafiə etməsi məsələsinə növbəti məhkəmə iclaslarında baxılacaq”.

Daha sonra Vüsal Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib: “Bundan əvvəldə mən belə bir vəsatətlə çıxış etmişəm. Amma məhkəmə həmin vəsatəti təmin etmədi və bildirdi ki, zərərçəkmişlər aqressivdir, mənim azadlıqda olmam təhlükə yarada bilər. Amma bu düzgün deyil. Mənim azadlıqda olmam onların xeyrinə olacaq. Bunu əminliklə deyirəm. Mənim azadlığa buraxılmağıma zərərçəkmişlər etiraz etmir”.

MTN işində “Çanaqqala” restoranın sahibinin adı keçdi

Bu zaman zərərçəkmiş Namil Rzayev təqsirləndirilən şəxsə replikası sərt formada olub: “Burada camaatın adından danışma. Camaatı razı sal, səndən şiakyətimiz olmasın, nəyəsə də narazı olmayaq”.

Dövlət ittihamçısı Vüqar Quliyev vəsatətin əsassız olduğunu bildirib və təmin edilməməsini xahiş edib. Zərərçəkmiş Nizami

Kazımov deyib ki, dəymiş ziyan ödənilmədiyi halda Vüsal Ələkbərovun azadlığa buraxılmasından söhbət gedə bilməz: “Pullarımız ödənilsin, onun da azadlığa buraxılması barədə vəsatəti təmin edilsin. Əks halda, biz onun azadlığa buraxılması ilə razı deyilik”.

Hüseyn Səfərov da əsas dəymiş ziyanın ödənilməsini istəyib: “Vüsal Ələkbərov caamatın pulunu ödəsin, ondan heç kim narazı qalmayacaq. Dəymiş ziyan ödəniləndən sonra bura heç kimi zorla belə gətirə biləməzlər”.

Elşən Mədətov da zərərçəkmişlərin xeyrinə işin həll edilməsini, bundan sonra Vüsal Ələkbərovun azadlığa buraxılması məsələsinə baxılmasının mümkün olduğunu deyib: “Bizim obtektimiz, evimiz satılıb. Biz burada pullarımızı tələb edirik. Vüsal Ələkbərovun da həbs edilməsini istəmirik. Biz özümüz həbs olunmamaq üçün Vüsal Ələkbərova pul vermişik. İndi də Vüsal Ələkbərov dəymiş ziyanı ödəməlidir ki, onu həbs edən azad etsinlər”.

Namil Rzayev yenə də çıxış edərək bildirib ki, Vüsal Ələkbərov aldığı pulların az miqdarı özünə çatıb: “Vüsal Ələkbərov pulları kimə verib, ondan da tələb etsin. Getsin Eldar Mahmudovdan, Mövlam Şıxəliyevdən tələb etsin, bizim pulumuzu gətirsin. Əks təqdirdə vəsatəti təmin edilməsin”.

Təqsirləndirilən şəxsin vəkilləri də müdafiə etdiyi şəxsin vəsatətinin təmin edilməsini istəyib. Vəkillər qeyd edib ki, məhkəmə artıq 4-5-ci prosesdir davam edir: “Əvvəlki proseslərdən fərqli olaraq zərərçəkmişlərin münasibətləri Vüsal Ələkbərova qarşı yumşalmağa başlayıb. Zərərçəkmişlər də ziyanını

ödənilməsini istəyirlər. Vüsal Ələkbərovun da barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi zərərçəkmişlərin xeyrinə olacaq. Zərərin ödənilməsi həlli müsbət nəticə verəcək”.

Daha sonra hakimlər Vüsal Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməyib.

Sonra prosesdə zərərçəkmişlər Nizami Kazımov və Hüseyn Səfərovun epizodları üzrə şahidlər ifadə veriblər. Proses əvvəldən axıra gərgin keçib. Zərərçəkmişlərlə təqsirləndirilən şəxsin vəkillərinin bir-birlərinə qarşı ittihamedici ifadələri işin gedişini daha da gərginləşdirib. Hüseyn Səfərov zərərçəkdiyini, amma burada təqsirləndirilən şəxsin vəkilləri tərəfindən təhqir olunduğunu bildirib.

Hakim tərəfləri sakitləşdirəndən sonra “Çanaqqala” restoranın sahibi Tahir Əbdülqasimov və onun oğlu Samir ifadə veriblər. Tahir Əbdülqasımov Nizami Kazımovun qızını oğluna alıb və quda olduqlarını, 2008-ci ildə Nizami Kazımovun həbs edilməsindən, onun həbsdən azad edilməsi üçün 1 milyon dolların Vüsal Ələkbərova verməsindən danışıb.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüsal Ələkbərovun məhkəməsi başladı

    Vüsal Ələkbərovun məhkəməsi başladı ...

    26-01-2017, 23:40

  • 
  • Məhkəmə dələduzun barəsində axtarış elan etdi

    Məhkəmə dələduzun barəsində axtarış elan etdi ...

    17-04-2015, 11:55

  • 
  • Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında

    Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında ...

    29-09-2016, 16:21

  • 
  • 22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə çıxarıldı

    22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə ...

    31-07-2015, 00:04

  • 
  • Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ - ŞOK İFADƏLƏR

    Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ - ...

    6-11-2015, 17:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu