GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Gündəm Xəbər"in yazdıqları təsdiqləndi: Gülçin Mirzəyeva rüşvət alarkən tutuldu

"Gündəm Xəbər"in yazdıqları təsdiqləndi: Gülçin Mirzəyeva rüşvət alarkən tutuldu

Tarix: 20-02-2017, 23:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 652
"Gündəm Xəbər"in yazdıqları təsdiqləndi: Gülçin Mirzəyeva rüşvət alarkən tutuldu

Gəncədə təmizləmə əməliyyatı davam edəcəkmi?

"Gündəm Xəbər" olaraq tez-tez haqsızlığa, müxtəlif məmurlar tərəfindən təzyiqlərə, qadağalara məruz qalırıq. Hətta vəziyyət o yerə çatıb ki, jurnalistikanın təəssübünü çəkməli olan qurumlardan, o cümlədən də Mətbuat Şurasından bizə qarşı təzyiq rıçaqı kimi istifadə edirlər. Bütün bunlar əlbəttə, səbəbsiz deyil. Çünki biz həmişə doğru olanı yazırıq, məmurların qanunsuz əməllərindən, korrupsiya və rüşvətə bulaşmalarından bəhs edirik. Onlar isə yazılanlardan nəticəçıxarmaq əvəzinə talançı əməllərini davam etdirirlər. Hələ bununla kifayətlənməyib bizdən Mətbuat Şurasına, hüquq-mühafizə orqanlarına şikayət də edirlər. Bəli, ayıblarına kor olmaq əvəzinə, tənqidçi mediaya böhtan atırlar. Eynən Gəncə Musiqi Kollecinin sabiq direktoru Gülçin Mirzəyeva kimi. Biz son bir neçə ay ərzində Gəncə Musiqi Kolleci və Gəncə Dövlət Filarmoniyasındakı qanunsuzluqlardan, rüşvət hallarından yazırdıq. Gülçin Mirzəyeva və onun kimi digər məmurlar isə onların qanunsuz əməllərini ifşa etməyimizlə barışa bilmirdilər. Ona görə də bizdən Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasına şikayət etmişdilər.
Gəlin, həmin komissiyanın dekarın sonlarında yaydığı xəbərə diqqət edək:

"Gündəm Xəbər"in yazdıqları təsdiqləndi: Gülçin Mirzəyeva rüşvət alarkən tutuldu

"Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. İclasın gündəliyinə 5 məsələ daxil edilib. İclasda
«Gündəm xəbər» qəzetinin və onun elektron versiyasının Qərb bölgəsi üzrə müxbiri Mehriban Əzizqızı haqqında Azərbaycan Mətbuat Şurasına ünvanlanan müraciətlər müzakirə edilib. Məlumat verilib ki, Göygöl rayonundakı Xaqani Kənd Musiqi Kollecindən, Kəlbəcər Rayon Təhsil Şöbəsindən, Gəncə şəhər sakini Şəhriyar Əliyev tərəfindən göndərilən məktublarda M.Əzizqızının peşə səlahiyyətindən sui-istifadə etməsi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Gəncə Musiqi Kolleci rəhbərlərinin şikayətlərində isə onların barəsində saytda və mətbu orqanda yanlış məlumatların yayımlandığı göstərilib. Komissiya rəy çıxararkən bunları və hüququ müstəvidə araşdırılması zəruri olan məqamların mövcudluğunu nəzərə alıb. Şikayətçilərə məsələ ilə bağlı müvafiq orqanlara müraciət etmələri tövsiyə olunub".

"Gündəm Xəbər"in yazdıqları təsdiqləndi: Gülçin Mirzəyeva rüşvət alarkən tutuldu

Göründüyü kimi,Mətbuat Şurası da burada məsələni obyektiv araşdırmayıb. Media ilə cəmiyyətin, hakimiyyətin münasibətlərini tənzimləməyə borclu olan qurum medianın deyil, rüşvətxorların tərəfində olub və onlara bizdən müvafiq orqanlara şikayət etməyi tövsiyə edib. Biz öz fəaliyyətmizlə bağlı hər zaman həqiqətin tərəfində olmuşuq. Mətbuat Şurasının bu cür mövqeyi isə təəssüf doğurur.

Həm də ona görə ki, çox keçmədən bizim yazdıqlarımız təsdiq olundu. Belə ki, üç gün öncə rüşvətxorluqda suçladığımız və bizdən şikayətçi olan Gülçin Mirzəyevanın cinayət törətdiyi, rüşvətxorluqla məşğul olduğu təsdiqləndi. Bütün saytlar onun rüşvət alarkən çəkilən videogörüntülərini yaydılar.

Belə ki, Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq, Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə qabaqcadan əlbir olaraq özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

Qeyd olunan şəxslərin əməllərində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrinin əlamətləri oluduğundan onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib, habelə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən kənarlaşdırılıblar.

Cinayət işi üzrə toplanmış ilkin materiallar əsasında tələbələrdən rüşvət müqabilində dərslərə davamiyyətləri barədə jurnallarda qeydlərin silinməsi, fərqlənmə tələbə vəsiqələrinin verilməsi, diplom işlərinin yazılması və işə qəbul üçün pul tələb edilməsi kimi digər qanunsuz hallar müəyyən edilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bəs, biz nə yazırdıq? Biz də neçə vaxtdır yazırdıq ki, Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq, Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirir və bu təhsil ocağında tələbə və müəllimləri soymaqla məşğuldur. Sağ olsun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları. Bizim yazdıqlarımızın doğru olduğunu onlar keçirdikəri əməliyyatla operativ şəkildə subuta yetirdilər.

Baş verənlərlə bağlı "Gündəm xəbər"in Qərb bürosu üzrə bölgə müxbiri Mehriban Əzizqızı ilə əlaqə saxlayıb onun də mövqeyinə aydınlıq gətirmək istədik. Bölgə müxbirimiz bildirdi ki, Az.TV-də yayımlanan xəbərlərdən sonra Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunduğu bəlli olsa da, Gülçin Mirzəyeva faktiki olaraq Gəncə Musiqi Kollecini idarə edirdi: "Musiqi kollecində tələbələrin, müəllimlərin, o cümlədən valideynlərin haqlı narazılıqları, etirazları baş alıb getsə də, xanım direktoru qanunsuz əməllərdən çəkindirmək üçün Təhsil Nazirliyi tərəfindən hər hansı bir tədbir görülmürdü. Bunun əsas səbəblərindən biri isə Təhsil Nazirliyi Daxili tədqiqatlar idarəsinin Gəncədə yerləşən nümayəndəsinin Ceyhun Mirzəyev olması idi. Bölgədə Təhsil Nazirliyinin "görən gözü" və "eşidən qulağı" olan Ceyhun Mirzəyevin kollecdə rüşvətxorluq hallarını görməməsi qeyri-mümkün idi. Digər tərəfdən isə Qərb regionunda Təhsil Nazirliyinin qeyri- rəsmi səlahiyyətli şəxsi olan, hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Vüsal Məmmədov Gülçin Mirzəyevanıhimayə edirdi. Bundan bir müddət öncə müəllifi olduğum yazıda Gəncə Musiqi Kollecindəki baş verən korrupsiya, rüşvətvətxorluqdan geniş bəhs etmişdim. Ona görə də artıq danışmağa ehtiyac duymuram. Sadəcə, Təhsil Nazirliyinin etibar etdiyi şəxslərin baş verənlərə göz yummasının da səbəbləri var. Belə ki, hazırda Gəncəbasarda təhsil sahəsində demək olar ki, bütün idarələrdə artıq xaos yaşanır. Bu xaosu yaşadanlardan biri Vüsal Məmmədovdur ki, elə Gülçin Mirzəyevaya da o, himayədarlıq edirdi. Gülçin Mirzəyevanın yaxın qohumu olan Sevil İsmayılova hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində bu qurumun, o cümlədən iqtisadiyyat və maliyyədən məlumatı olmayan Vüsal Məmmədovun məsləhətçisidir. Hazırda o da məlumdur ki, adı gedən idarənin "əsas məsləhətçisi" da mövcuddur. Beləliklə, deyə bilərik ki, Gəncəbasar təhsilinin "çete modeli" hazırdır. Təhsil naziri Mikayıl Cabbarovun bunlardan məlumatı olmaması isə müəmmalıdır. Elə bu səbəbdəndə artıq iki aya yaxın bir zamanda Gəncə Musiqi Kollecində direktor postunu təhvil versə də, "imtahan sezonuna" düşdüyündən oradan ayrıla bilməyən Gülçin Mirzəyeva oradaca korrupsiya faktı ilə saxlanıldı. Atalar yaxşı deyib,"su səhəngi suda sınar". Gəncəbasarda yerləşən rayonların orta məktəblərində cuzi insidentin belə gözündən yayınması mümkün olmayan Ceyhun Mirzəyevin belə bir korrupsiya çetesinə göz yummasının, elə özünü Təhsil Nazirliyinin yerli kuratoru kimi tanıdan Vüsal Məmmədovun bu məsələrə soyuq münasibətinin arxasında nələrsə dayanır".

Əməkdaşımız məlumat üçün onu da bildirdi ki, Gəncə Dövlət Filarmoniyasının sabiq direktoru, xalq artisti Şahnaz Haşımova ötən ilin dekabr ayının 1-dən artıq filarmoniyanın direktoru vəzifəsindən azad olunub, bir müddət sonra, daha dəqiqi, bu ilin yanvar ayından filarmoniyaya Gülçin Mirzəyeva direktor təyin olunmuşdu: "Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin açıqlamasında isə onun üç gün öncə təyinatının verilməsindən danışmasılması qəribədir. Gülçin Mirzəyeva artıq yanvar ayının 5-dən Gəncə Dövlət Filarmoniyasında özünü direktor kimi təqdim edərək, orada işçilərlə konflikt də yarada bilmişdi. Aldığımız digər məlumatlarda deyilir ki, Şahnaz Haşımovanın yaxın rəfiqəsi olan Gülçin Mirzəyevanın filarmoniyaya təyinatı da təsadüfi deyil. Belə ki, hələ 2014-cü ildə Gülçin Mirzəyeva "Əməkdar İncəsənət xadimi" adına layiq görülərkən, onun nədən təhsil sahəsində çalışaraq mədəniyyət işçisi kimi titul alması hamıya qaranlıq qaldı. Bundan məlumatı olacaq yeganə şəxs isə məhz onun yaxın rəfiqəsi, xalq artisti Şahnaz Haçımova idi. Sən demə, hələ o zamandan Gəncə Dövlət Filarmoniyasının dirijoru olduğu halda, daha bir "dirijor" var imiş. Filarmoniyanın o zamanki, direktoru Ş.Haşımovanın "ölü canlar"ından biri elə Gülçin Mirzəyeva imiş. Xatırladaq ki, Şahnaz Haşımova da elə məhz bu cür qaranlıq məsələlərə, Filarmoniyadakıqanunsuz fəaliyyətinə görə işdən azad olundu".
Sonda bir məsələ də bizi maraqlandırır. Təhsil Nazirliyinin Daxili Təhqiqatlar şöbəsinin Gəncəbasar üzrə səlahiyyətlisi Ceyhun Mirzəyev deyilənə görə, son vaxtlar 2 dəfə avtomobilini dəyişib. Özü də hər iki halda o, son model Gelandewagen alıb. Maraqlıdır, məmur maaşı ilə belə avtomobil(özü də iki dəfə) almaq mümkündürmü?



Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artisti "Gündəm Xəbər"in əməkdaşını təhdid edir

    Xalq artisti "Gündəm Xəbər"in ...

    21-10-2016, 00:36

  • 
  • Kollecdə korrupsiya şəbəkəsi: qiymət yazılması üçün rüşvət yığılıb

    Kollecdə korrupsiya şəbəkəsi: qiymət yazılması ...

    18-02-2017, 13:13

  • 
  • Gəncə Dövlət Filarmoniyası rəhbərindən görünməmiş saxtakarlıq

    Gəncə Dövlət Filarmoniyası rəhbərindən görünməmiş ...

    27-01-2017, 20:21

  • 
  • Gəncə Musiqi Kollecində görünməmiş rüşvətxorluq

    Gəncə Musiqi Kollecində görünməmiş rüşvətxorluq ...

    5-01-2017, 13:04

  • 
  • Təziyiqlərə məruz qalan jurnalist Prezidentə müraciət etdi

    Təziyiqlərə məruz qalan jurnalist Prezidentə ...

    22-01-2016, 20:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu