GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə Dövlət Filarmoniyası rəhbərindən görünməmiş saxtakarlıq

Gəncə Dövlət Filarmoniyası rəhbərindən görünməmiş saxtakarlıq

Tarix: 27-01-2017, 20:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 596
Gəncə Dövlət Filarmoniyası rəhbərindən görünməmiş saxtakarlıq


Qəzetimizin ötən saylarında Gəncə Dövlət Filarmoniyasındakı qanunsuzluqlarla bağlı bir neçə dəfə yazı dərc etmişik. Bu yazılarda GDF-dəki müxtəlif neqativ hallardan - filarmoniyada rüşvətin baş alıb getməsindən, qohumbazlıq prinsipindən, ümumiyyətlə bu elm ocağında qeyri-sağlam təhsil mühitinin hökm sürməsindən bəhs etmişdik.

Gəncə Dövlət Filarmoniyasındakı qanunsuzluqlarla bağlı araşdırmalarımızı davam etdirdik. Araşdırmalar zamanı bir sıra ciddi qanun pozuntuları ilə bağlı məlumatlar əldə etdik. Bu yazıda da elə həmin məlumatlardan bəhs edəcəyik.

Söhbət nədən gedir? Ötən saylarımızda Gəncə Dövlət Filarmoniyasında adı gedən, lakin işə gəlməyən “ölü canlar”ın olduğu barədə bildirmişdik. Bəllidir ki, bu tip qanunsuzluqlar büdcədən maliyyələşən bir çox dövlət qurumlarında, xüsusən də təhsil və səhiyyə müəssisələrində baş alıb gedir. Belə müəssisələrin rəhbərləri müxtəlif adamları işçi kimi işə götürür, lakin həmin adamlar işə çıxmır, onların adına yazılan maaşlar isə rəhbərlik tərəfindən mənimsənilir. Özü də bir çox hallarda belə vətəndaşların “işə götürüldüklərindən” xəbərləri belə olmur. Yaxud da idarə və müəssisə rəhbərləri bu cür dövləti cinayətin üstünün açılmaması üçün müvafiq vəzifələrə etibar etdikləri şəxsləri, öz yaxın qohum-əqrəabalarını təyin edirlər. Belə “ölü canlar” hər yerə olduğu kimi, Gəncə Dövlət Filarmoniyasında da kifayət qədədrdir.

Maraqlısı isə odur ki, bu yaxınlarda Gəncə Dövlət Filarmoniyasında "ölü canlar"dan biri dirilib. Fəaliyyətindən yalnız Şahnaz Haşımovanın və özünün məlumatı olan Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva həm də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dirijor imiş. Onun dirijor olmasını filarmoniyanın işçiləri yalnız ötən ilin payızında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələn yoxlama zamanı bilib. Daha bir ilginc məlumatsa filarmoniyada fəaliyyət göstərən xalq çalğı alətləri və kamera orkestrinin hər ikisinin dirijoru olduğu halda Gülçin Mirzəyevanın hansısa mövcud olmayan orkestrin dirijoru olmasıdır. Daha dəqiq desək, Filarmoniyaya direktor təyin olunmazdan əvvəl Gəncədəki, musiqi kollecinin direktoru olan G.Mirzəyeva korrupsiyaya əl ataraq, eləcə də filarmoniyada adı gedərək dirijor ştatının maaşını alırmış. Necə olub ki, Gəncə filarmoniyasındakı korrupsiya faktlarından ən başlıcasında adı gedən bu xanımı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev filarmoniyaya direktor təyin edib? 2015-ci il may ayının 10-da Gəncədə mərhum Azərbaycan prezidenti Heydər Əliyevin ad günündə - "Gül bayramı" zamanı simfonik orkestrə drijorluq edərək bütün ictimaiyyəti, əlalxüsus da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi, o cümlədən tədbirdə iştirak edən qonaqları aldadaraq Niyazi adına simfonik orkestrin "Koroğlu" üverturasından parçalar səsləndirən Gülçin Mirzəyeva hazırda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub. Həmin tədbirdə Gəncə filarmoniyasının musiqiçilərindən ibarət orkestri diqqətlə dinləyən mütəxəssis rəyçilər həmin ifada simfonik orkestrə məxsus bəzi müsiqi alətlərinin - qoboy , fleyta, litavra kimi musiqi alətlərinin olmamasını görürdü. Lakin səslənən musiqidə bu alətlərin də səsi vardı. Yəqin təəccübləndiniz. Bəli, bu çox təəcüblüdür. Görün, Gülçin Mirzəyeva hansı saxtakarlığa əl atıb. Heydər Əliyevin ad günü münasibəti ilə səslənən "Koroğlu" üverturasını dinlənyənlər arasında musiqiçilər vardı və onlar nə baş verdiyini başa düşürdülər. Daha dəqiq desək, onlar üverturanın məhz gəncəli musiqiçilərin canlı ifa etmədiyini fərqində idilər. Səslənən musiqi Niyazi adına orkestrin fanoqraması idi. Bunu bəlkə də orada hamı anlayıb. Ancaq etirazını keçirilən tədbirə hörmət əlaməti olaraq boğub. Belə bir plagiatlıq, saxtalaşdırma daha sonra ötən ilin son ayında yenəd ə Gəncədə keçirilən " Şərab festivalı" zamanı təkrar olunub. Belə ki, xarici qonaqlar daxil olmaqla tədbir iştirakçılarına Gəncə filarmoniyasının simfonik orkestri adından təqdim olunan konsert proqramında eyni hal baş verib. Bu dəfə isə Gəncə Dövlət Filarmoniyasının dirijoru olan Gülçin Mirzəyeva orkestrdə adam sayı çox olsun deyə, orkestrin tərkibinə saz ifaçısı qatıb. Dahi Üzeyir Hacıbəyovun "Koroğlu" üverturasında tardan istifadə olunsa da , sazdan istifadə olunmayıb. Bəlkə bu simfoniya ilə xalq musiqisinin sintezi olub? Musiqiçi rəyinə əsaslanaraq deyə bilərik ki, musiqi aləmində heç bir zaman simfonik orkestrin tərkibində saz alətindən istifadə olunmayıb.

P.S. Musiqi rəyi bir yana, əgər Gəncədə Heydər Əliyevin əziz xatirəsinə həsr olunan möhtəşəm bir tədbirdə GDF rəhbərliyi belə bir saxtakarlığa əl atırssa, görün onda başqa məsələlərlə bağlı vəziyyət nə dərəcədə dramatikdir. Burası sözün qurtaran məqamıdı.

Mehriban

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artisti "Gündəm Xəbər"in əməkdaşını təhdid edir

    Xalq artisti "Gündəm Xəbər"in ...

    21-10-2016, 00:36

  • 
  • Azərbaycan Dövlət Filarmoniyasında “ölü canlar”

    Azərbaycan Dövlət Filarmoniyasında “ölü canlar” ...

    26-10-2015, 13:05

  • 
  • Şahnaz Haşımovanın Xalq artistinə yaraşmayan maxinasiyaları

    Şahnaz Haşımovanın Xalq artistinə yaraşmayan ...

    11-10-2016, 14:24

  • 
  • Müəllimlər İnstitunun Gəncə filialının fəaliyyəti dayandırıldı

    Müəllimlər İnstitunun Gəncə filialının fəaliyyəti ...

    23-09-2014, 00:37

  • 
  • Gəncə Dövlət Universitetinin keçmiş rektoru bəyanat yaydı

    Gəncə Dövlət Universitetinin keçmiş rektoru ...

    17-01-2014, 11:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu