Təhsil nazirinin kollecdə baş verənlərdən xəbəri varmı?
Gülçin Mirzəyevanı hansı məmurlar himayə edir?
Gəncə Musiqi Kolleci ilə bağlı apardığımız araşdırma nədənsə bu təhsil ocağının direktoru Gülçin Mirzəyevanın xoşuna gələmiyib. Hətta o, dərəcədə ki, “Gündəm xəbər”in bölgə müxbiri araşdırmanın nəticələrinin hələ dərc etdirməmişdən əvvəl təzyiqlərə məruz qalıb. Direktor hələ işıq üzü görməyən bir yazıya görı qabaqdangəlmişmik edərək, bölgə müxbirinin kolleclə bağlı apardığı araşdırmaya görə onu həbs etdirəcəyi ilə təhdid edib. Bundan sonra isə müxbirimizdən Mətbuat Şurasına şikayət ərizəsi verib.
Qeyd edək ki, Gəncədə fəaliyyət göstərən Musiqi Kolleci 1929-cu ildən yaradılıb. Kollec Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindədir. Kollecdə təhsil əyani və qiyabi təhsil formasında həyata keçirilir. Kollecdə 7 ixtisas üzrə orta ixtisas təhsilli kadrlar hazırlanır.
Kollecin rəsmi saytına istinadən bildirək ki, burada tələbə kontingentinin ümumi sayı 726 nəfərdir. Onlardan 625 nəfər əyani, 101 nəfər qiyabi şöbədə təhsil alır. Ödənişli əsaslarla təhsil alanların sayı isə 274 nəfərdir. Hazırda Gəncə Musiqi Kollecində artıq dərslər yekunlaşıb, tələbələr qış imtahan sessiyasına buraxılıb.
Məlumat üçün bildiririk ki, son vaxtlar kollecin rəhbərliyi tərəfindən yol verilən ciddi nöqsanlar bu təhsil müəssisəsinin adına əslində layiq olmadığı ləkə gətirib.
Redaksiyamıza daxil olan məlumatlarda kollecdə vəziyyətin son dərəcə gərgin olduğu bildirilir. Gəncə ictimaiyyətinin təmsilçiləri, eləcə də kollecdə olan bəzi mənbələr tərəfindən təqdim olunan məlumatlarda isə kollecin direktoru Gülçin Mirzəyevanın özbaşınalıqları, hegemonluğu, işində yol verdiyi ciddi nöqsanlara dair konkret faktlar öz əksini tapıb.
Semestrlərdə icbari qaydada həyata keçirilən pul yığımları kollecin nüfuzunu aşağı salmaqla yanaşı tədrisin keyfiyyətinə də mənfi təsir göstərməkdədir. Elə bu baxımdan ötən il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən musiqi məktəblərinə müəllimliyə qəbul üzrə keçirilən müsabiqədə Gəncə Musiqi Kollecinin
16 məzunundan yalnız ikisinin müsabiqədən kecərək işə qəbul olması musiqi kollecində dərslərin keyfiyyətinin hansı səviyyədə olmasından xəbər verir. Məzunların əksəriyyətinin həmin müsabiqə zamanı verilən əsərləri ifa edə bilməsi kollecdə keçirilən dərslərin keyfiyyətinin necə aşağı səviyyədə olmasını sübut edib.
Redaksiyamıza təqdim olunan məlumatlarda o da bildirilir ki, Gəncə Musiqi Kollecində dərs keyfiyyətinin aşağı olması orada fəaliyyət göstərən korrupsiya "çete"sinin nəticəsidir. Sovetlər dönəmindən musiqi texnikumunun , indiki musiqi kollecinin uzun müddət direktoru olmuş Gülçin Mirzəyevayanın qayınatası Vahid müəllimin dövründə belə semester imtahanlarının qiyməti indiki kimi pik nöqtəyə çatmayıb.
Onu da qeyd edək ki, elə Gülçin Mirzəyevanın özünün də ilk təhsilini evdə otura-otura adı çəkilən texnikumda Vahid müəllimin zamanında aldığı deyilir. Gülçin Mirzəyevaya Gəncə Musiqi Kollecinə direktorluq varisliklə keçib. Bəli, o, bu postda rəhmətlik qayınatası Vahid müəllimi əvəz edib. Vahid müəllimdən sonra kollecə direktor keçən gəlini - Gülçin Mirzəyeva bu günə qədər heç kimlə hesablaşmadan adı çəkilən təhsil ocağını öz qanunları ilə idarə etməyə başlayıb.
Görünür, bu cür idarəetməyə göz yumulmasının bir çox səbəbləri var. Əks təqdirdə Təhsil Nazirliyinin, Qərb bölgəsində hüquq-mühafizə orqanlarının, şəhər rəhbərliyinin belə idarəetmə “çete”sindən tam məlumatı olsa da, Gülçin Mirzəyevaya irad tutan yoxdur. Hal-hazırda Gəncə şəhərində demək olar ki, ictimaiyyət nümayəndələrinin, aidiyyəti qurumarın bu olaylardan demək olar ki, hamının xəbəri olsa da, nədənsə bu korrupsiyaya göz yumulur. Şəhərin özündən ,əksərən də yaxın rayonlardan olan tələbərin valideynləri isə susurlar. Valideynlərlə söhbət zamanı öyrəndik ki, bu susmanın əsas səbəbi kollecin əsasən, üç rəhbər qadınına cavab verə bilməmələridir. Yenicə orta məktəbin parta arxasından ayrılıb təkrar təhsil ocağında müəllimlərlə üzləşən, əsasən də yetkinlik yaşına çatmayan tələbələrin qarşılaşdıqları səhnə cox acınacaqlıdır. Belə ki, semestrə qədər demək olar hər bir tələbədən hər ay kollokviumlar üçün 50 manat alınır. Hər dərsə gəlinməyən günə görə isə tələbələr 5 manat cərimə olunurlar.
Azərbaycan Təhsil sisteminin Boloniya prosesinə qoşulmasına baxmayaraq , tələbə semestr zamanı dərsə gəlmədiyi günlərin dərslərinə cavab vermək əvəzinə, adı gedən kollecdə para ödəməlidir. Semestr ərəfəsi isə tələbəni dəyəri 600-1000 manatla ölçülən kəsir gözləyir. İmtahanı bəlli etaplardan müvəffəqiyyətlə keçə bilən tələbə semestr zamanı təqaüd almaq üçün qabaqçadan 100 manat ödəməlidir.Əks təqdirdə təqaüdün verilməsi dayandırıla bilər.
Qeyd edək ki, musiqi kollecində tələbəyə dövlət tərəfindən ayrılan təqaüd aylıq olaraq, 37 manat müəyyən edilib. Təqaüdün yarıdan çoxunun öncədən tələbədən alınması isə rəhbərliyin şərtidir.
Onu da qeyd edək ki, kollecdə ödənişli əsaslarla oxuyanların illiyi isə cəmi 500 manatdır.
Diqqətinizə çatdırırıq ki, Gəncədə semestr imtahanı ərəfəsi rüşvətxorluqda adı hallanan GDU-nun özündə belə nə bu cür qiymətlərə, nə də belə korrupsiya maxinasiyasına rast gəlinib.
Daha sonra semestrə qədər ayrı-ayrı fənnlər üzrə əsasən 9 illik məktəbdən olan tələbələrin orta məktəb fənnlərinə verdikləri cavabların müəllimləri tərəfindən qiymətləndirilməsinə təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma müəllimə tərəfindən yenidən "baxılmasının" heç bir əlavə şərhə və ya izaha ehtiyacı yoxdur. Məsələ ilə bağlı müraciətlərəi isə yalnız iki nəfərə - təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma müəllimə vəson zamanlar əvvəllər özünün dediyinə görə GDU-da musiqi kafedrasında işləmiş, hazırda Gülçin Mirzəyevanın sağ əli olan Afət Əmiraslnova cavablandırır. Valideynlərin artıq öhdəsindən gələ bilmədikləri "ödənişlər"ə irad bildirməsi və ya etiraz etməsi onlar üçün çox pis nətrisə ilə qurtarır. Onlar Gülçin Mirzəyeva, Afət Əmiraslanova və Fatma müəllimənin hücumuna məruz qalarlar.
Elmar Vəliyev, yoxsa Vüsal Məmmədov?
Bundan əlavə bir müddət öncə redaksiymız tərəfindən Gəncə Dövlət Filarmoniyasındakı korrupsiya faktları ilə bağlı yazdığımız yazıdan sonra adı çəkilən mədəniyyət ocağında yoxlamalar zamanı məlum olub ki, Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva adı ştat vahidi üzrə orada dirijor vəzifəsini tuturmuş. Bir ştat vahidi üzrə həm Gəncə Dövlət Filarmoniyasında dirijor, həm də Gəncə Musiqi Kollecində direktor işləyən Gülçin Mirzəyeva özünün müdafiəsi üçün daim Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adını hallandırır. Ancaq məlumatlı mənbələr onu Təhsil Nazirliyinin Qərb bölgəsindəki koordinatoru , özünü nazir Mikayıl Cabbarovun sinif yoldaşı adlandıran, kimi istəsə işə gətirən, kimi istəsə işdən götürən Vüsal Məmmədovdur. Gülçin Mirzəyevanı Gəncədə müdafiə edən daha bir neçə məmur var. Bir sözlə, o, güçlü şəxslər tərəfindən himayə olunduğundan rəhbərlik etdiyi korrupsiya cetesi açıq-aşkar fəaliyyət göstərir. Əks halda bu çetenin kollecdə fəaliyyəti çoxdan dayandırılardı.
Redaksiyamıza yaxın günlərdə daxil olan məlumatda o da deyilir ki, dekabr ayının 1-dən Gəncə Dövlət Filarmoniyasının direktoru Şahnaz Haşımova işdən azad olunduğundan sözügedən mədəniyyət oçağına Gülçin Mirzəyevanın direktor təyin olunacağı gözlənilir. Mənbə onu da bildirir ki, bu təyinat Gülçin Mirzəyevanın ilk öncə ürəyincə olmasa da, sonradan o, kollecdəki vəzifəsinə yaxını Afət Əmiraslanovanı oturdaraq oranı yenə də öz çətiri altında saxlayacağına Vüsal Məmmədovun sayəsində əmin oluqdan sonra razılaşıb. Beləliklə, musiqi kollecinin yaşı 50-yə çatmayan direktoru ayrı-ayrı iki nazirliyin, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Gəncə Dövlət Filarmoniyasını və Təhsil Nazirliyinin tabeliyidə olan Gəncə Musiqi Kollecini bir əldə saxlamağa müyəssər olacağından əmindir.
Bundan əlavə onu da qeyd edək ki, kollecdə ixtisaslar üzrə hazırlığın vəziyyəti, mövcud tədris şəraiti, maddi-texniki baza və sairə məqamlara dair vəziyyət də qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Belə ki, artıq uzun illərdir ki kollec istilik sistemindən məhrum və təmirsizdir. Halbuki, musiqi dərsləri ilə bağlı təlimatda həm musiqi alətlərinin , həm də sinif otaqlarında dərslərin normal keçirilməsi üçün otaq temperaturunun 26 dərəcədən yuxarı olması nəzərdə tutulur. Sırf musiqi ixtisası ilə bağlı kollecdə təhsil alan tələbələr hazırda da qış mövsumündə otaqlarda paltoda otururlar. Görünür, qış mövsümündə musiqi kollecində musiqinin səsi elə bu səbəbdən batır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?