GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Göyçayın başçısı Ziya Məmmədovun kadrlarına rəhmət oxudur - Şok faktlar

Göyçayın başçısı Ziya Məmmədovun kadrlarına rəhmət oxudur - Şok faktlar

Tarix: 26-02-2017, 18:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 755
Göyçayın başçısı Ziya Məmmədovun kadrlarına rəhmət oxudur - Şok faktlar

2017-ci ildə ən çox şikayət Mehdi Səlimzadədən və yerli məmurlardan ünvanlanıb; rayon rəhbəri bölgəni viran qoyub

Mirzəhüseynli kəndində onkoloji xəstəlikər yaradan fəlakət, iş yerlərinin satışı, qazanxananın peşkəş olması, torpaqların məhvi və bütün detallar “Gündəm-Xəbər”də...

Göyçayın icra başçısı sarıdan heç bəxti gətirməyib. Nə Mənsur Məmmədov, nə Mübariz Ağayev, nə də ki indiki Mehdi Səlimzadənin dövründə gün görüblər.

Lakin hazırkı rayon rəhbəri sələfilərinə rəhmət oxudur. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kadrlarından cana doymuş göyçaylılar ümid edirdi ki, yeni rayon icra başçısı onlara oxşamaz.

Başçı müavini qudasından qanunsuzluq

M.Səlimzadənin Z.Məmmədovla əlaqəsinin olmaması da təsəlli yaradırdı ki, Göyçayın babat günləri başlanır. Sən öz saydığını say, gör Səlimzadə nə sayır misalına uyğun olaraq icra başçısı bölgəyə divan tutmağa başlayıbmış.

Onun rəhbər posta gəlişi heç nəyi dəyişmədi. Dəyişən isə şikayətlərin çoxluğu oldu. “Gündəm-Xəbər”in apardığı araşdırma da faktlara istinad edir. Bu faktlardan aydın olur ki, Göyçayda bir addım inkişaf olmayıb.

Ordan başlayaq ki, Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun qanunsuz əməllərinə görə məhv olur.

Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün 1986-cı il tarixdə sovetlər dönəmində Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilib.

Sakinlər deyirlər ki, həmin boru vasitəsi ilə Mirzəhüseyinli kənd sakinləri əkinlərimizi rahatca sulayırdı:

“Mirzəhüseynli bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikkel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək texnikalarla qazıb çıxartdırıb və satıb talan edib.

Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə edib. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırılıb, texnikalar əkin yerlərini qazıb taxılı məhv edib.

Bu misli görünməmiş qanunsuzluqdur ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirib. Həmin torpaqlar bizə aqrar islahatlar zamanı verilib. Qanunu sənədlərimiz də var. Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur, ümidimiz ancaq əkinçiliyə idi.

Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik. Bu da kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyətdə qalmışıq”.

Sakinlər bildirirlər ki, bələdiyyə sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır. Buna görə də bu qanunsuzluqları bələdiyyə sədri qorxmadan törədib:

“Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova müraciət edib xahiş edirik ki, talançılıq törədərək kənd sakinlərinə küllü miqdarda ziyan vurmuş Səyyaf Səmədovun barəsində ciddi tədbirlər görülsün”.

SOS: 20 ölü, 50 xərçəng

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, adıçəkilən kəndin problemləri bununla yekunlaşmır. Sakinlər bildirirlər ki, kəndin sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə altındadır:

“Bunu isə rüşvətxor, harın vəzifəli şəxslər ediblər. Belə ki, kəndimizin istifadə etdiyi su arxının yamacını Göyçay şəhərinin zibillik poliqonu ediblər.

Zibilin suyu kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. Nəticədə də kənd sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısında qalır.

Təkcə son bir il ərzində 20 nəfər kənd sakini xərçəng xəstəliyindən dünyasını dəyişib. 50 nəfərə yaxın insan isə onkoloji xəstədir.

Mal-qara tələf olur. Həmin bu zibillik çirkabına bulaşmış sudan kənd camaatı həm içməyə, həm əkinə və mal-qaraya istifadə edir. Başqa su mənbəyi yoxdur ki, istifadə edək”.

Kəndlilər deyirlər ki, hər gün bura Göyçay rayonunun mərkəzindən yük maşınları ilə zibil gətirilib boşaldılır: “Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin başçısına, 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə və digər qurumlara müraciət etsək də, heç bir tədbir görülməyib.

Həmin əraziyə Göyçay şəhərinin zibilini boşaltmağa kənd icra nümayəndəsi Hafiz Həsənov və bələdiyyə sədri Səyyaf Səmədov razılıq veriblər. Çünki bu adamlar bizim kənddə yaşamırlar, onlar bu arxın suyundan istifadə etmirlər”.

Sakinlər bildiriblər ki, Ərəbcəbirli, Mirzəhüseyinli kəndlərinin bələdiyyəsi və icra nümayəndəliyi eynidir:

“Kənd icra nümayəndəsi və bələdiyyə sədri Ərəbcəbirli kəndində yaşayırlar. 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Göyçay şəhərində yerləşir. Oranın müdiri Mədət Novruzovun başı ancaq rüsum adı altında vətəndaşları soymağa qarışıb.

23 fevral 2017-ci il tarixdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Kürdəmir rayonunda Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.

Mirzəhüseynli kənd sakinləri də nazir Hüseynqulu Bağırovun qəbulunda olacaq və bu acınacaqlı vəziyyət barədə ona şəxsən məlumat verəcəyik.

Kənd camaatının həyat və sağlamlıqları təhlükədədir. Ümüdümüz Allaha və vicdanlı şəxslərə qalıb. Xahiş edirik bizə kömək edin”.

Bir kəndin fəlakətlə üzləşməsi və ölümlə baş-başa qalması yerli məmurların vecinə də deyil. Göyçayın icra başçısı Mehdi Səlimzadə nə tədbir görür, nə mətbuatda gedən şikayətlərə əhəmiyyət verir. Nəticədə kənd sakinləri Mirzəhüseynlini tərk etmək məcburiyyətindədir.

Absurd: məktəb donur, bina qazanxanası isə satılıb

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Göyçayın dərdi-səri bir kəndlə bitmir. Göyçayın Ləkçıplaq kənd sakinlər 1 №-li tam orta məktəbin vəziyyətindən şikayətçidirlər.

Bu məktəb sovet dönəmindən indiyədək təmir olunmayıb. Məktəbdə istilik sistemi yoxdur, döşəmələr sınıq-sökük, tavan isə uçulub tökülür.

Şagirdlər məktəbə getməkdən imtina edərək şəhər məktəblərinə üz tuturlar. Bununla yanaşı bu məktəbdə 600-ə yaxın şagirdin adının qeyd olunduğu bildirilir.

Bu da azmış kimi, Göyçay rayonunun Nətavan küçəsi 7 A-da yaşayan sakinlər Göyçay İstilik Sistemləri İstismar Sahəsinin müdiri Ayaz Səfəralıyevdən şikayətçidirlər.

Sakinlər Ayaz Səfəralıyevin 500-dən çox sakinin yaşadığı iki beşmərtəbəli binanın istiliyini təmin edən qazanxananı qanunsuz olaraq fiziki şəxsə satmasına etiraz edirlər:

“Hazırda həmin qazanxana çörək bişirmə sexi kimi istifadə edilir. Ayaz Səfəralıyev rayon ərazisindəki qazanxanaların əksəriyyətini öz mülki kimi qanunsuz olaraq satıb.

Buna görə də 100 ailənin yaşadığı iki böyük binanın sakinləri soyuqdan əziyyət çəkirlər. Dövlət hər il büdcədən "Azəristiliktəchizat" ASC-yə pul ayırır, Ayaz Səfəralıyev isə həmin pulları mənimsəyir.

Biz, bina sakinləri mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək xahiş edirik ki, bu qanunsuzluqları yerində araşdırılsın və saxtakarlıqla məşğul olan Ayaz Səfəralıyevin barəsində ciddi tədbirlər görülsün”.

Yəni, faktiki bu problemlər var, uydurma deyil, şikayətçilər bəllidir və xirtdəyə qədər çətinliklər məngənəsində sıxılan Göyçayın bəlaları məhz icra başçısı Mehdi Səlimzadənin dövründə yığılıb.

Təəssüf ki, prezidentin məmurlara etdiyi xəbərdarlıqlar və göstərişlər Göyçaya çatmayıb. Ölkə başçısı dəfələrlə bildirib ki, icra başçıları xalqla işləməlidir, əhalinin problemlərini həll

etməlidir. Yuxarıda göstərilən problemlərin hər hansı biri barədə tədbir görüldüyü haqda məlumat yayılmayıb. Demək, Göyçay rəhbərliyini heç nə narahat etmir.

Məşğulluq İdarəsinin bitməyən qalmaqalı

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, 2017-ci il Göyçay məmurları üçün düşərli olmayıb. İl başlayandan elə bir məmur qalmayıb ki, haqqında şikayət olmasın.

Yeri gəlmişkən, sonuncu qalmaqallardan biri də Göyçayda Məşğulluq İdarəsi müdiri haqda mətbuatda yayılan xəbərlərdir.

Yada salaq ki, Göyçay rayonunda işaxtaran vətəndaşlar haqsızlıqla üzləşib. Belə ki, 9 yanvar 2017-ci il tarixdə Göyçayda əmək yarmarkası keçirilib.

Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etməkdir. Ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılır. Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib.

Göyçay Qaz İstismar Sahəsində 10, Mənzil İstismar Sahəsində isə 130-140 boş (vakant) yer var. Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var.

Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaradır. Bu da digərlərinin narazılığına səbəb olur.

Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib. Onun isə çörək almağa pulu yoxdur.

Yusif Xasıyev yerli hüquq müdafiəçilərinə müraciət edərək bu barədə şikayət edib. Qeyd edək ki, Namiq İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qardaşıdır. Bu fakt mediada tirajlanandan sonra şikayətçiyə təzyiqlər olub.

Onu video çıxışla dediklərini təkzib etməyə məcbur ediblər. Bir qədər sonra kənd sakini yenidən sığınacaq taparaq video çıxışı təzyiq altında etdiyini söyləyib.

Əslində, Göyçaydan bu ilin iki ayı ərzində o qədər şikayət var ki, hansını yazsan yetməz. O baxımdan növbəti sayların birində davamını təqdim etməyə çalışacağıq. Bu yazıdakı iddialarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçayın icra başçısı qaçıb?

    Göyçayın icra başçısı qaçıb? ...

    20-12-2013, 22:46

  • 
  • Mübariz Ağayev Ziya Məmmədova “dirsək göstərdi” – Göyçaydakı malikanə kompromat kimi...

    Mübariz Ağayev Ziya Məmmədova “dirsək göstərdi” – ...

    28-09-2015, 22:12

  • 
  • Göyçayın icra başçısı səksəkə içində...

    Göyçayın icra başçısı səksəkə içində... ...

    30-04-2014, 10:06

  • 
  • Göyçayın təhsil şefinin yüksəliş yolu: AMİP-çi, torpaq alveri və icra başçısının qohumu

    Göyçayın təhsil şefinin yüksəliş yolu: AMİP-çi, ...

    4-11-2016, 14:09

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu