GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişli rayon sakini kimləri ittiham edir?

İmişli rayon sakini kimləri ittiham edir?

Tarix: 28-02-2017, 01:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 605
İmişli rayon sakini kimləri ittiham edir?

Mahmud Qasımov: “Uzun müddət keçməsinə baxmayaraq, qeyd olunan tarixdə dövlətin adından çıxarılan və qanuni qüvvəyə minmiş qətnamə, bu günə kimi də tam icra olunmamışdır”

Zaman-zaman sakinlərin üz-üzə qaldıqları problemlərdən biri də, məhkəmə qurumlarında çıxarılan ədalətsiz qərarların varlığı olub. Belə bir səbəb üzündən də, çoxsaylı sakinlər illər uzunu getgələ salınıblar, aidiyyəti instansiyalara müraciətlərini ünvanlayıblar. Uzun müddətdən bəri müxtəlif dövlət qurumlarının, məhkəmələrin qapılarını döyən, hələ də öz haqqının-hüququnun bərpasına tam nail ola bilməyənlərdən biri də, İmişli rayonu Q.Əliyev küçəsi ev-4 ünvanında qeydiyyatda olan, amma müəyyən səbəblər üzündən müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu S.Ə. Şirvani küçəsi bina-5, mən-139 ünvanında kirayədə yaşayan, YAP-ın üzvü Qasımov Mahmud Əlibəy oğlu olub. Bu şəxs “Gündəm Xəbər”in redaksiyasına ünvanladığı müraciətində yazr ki, “mən İmişli rayon kənd təsərrüfatı idarəsində və aqraq-sənaye kombinatında 04 iyul 1978–ci ildən 11 yanvar 1999-cu il tarixə kimi, ilk əvvəl dövlət texniki nəzarət müfəttişi, sonra isə baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində işləmişəm. Digər mütəxəssislər kimi gündəlik işə davamiyyət haqqında tabel kitabına imza etməklə bərabər, rayon rəhbərliyinin və Kənd Təsərrüfatı Nazirliyinin tapşırıqlarını mütəmadi olaraq yerinə də yetirmişəm. Bütün mütəxəssislər aylıq əmək haqqı alıblar, yalnız mənə 02 yanvar 1997-ci il tarixdən 11 yanvar 1999-cu il tarixə kimi, həmən illərdə mənə bəlli olmayan səbəblər üzündən aylıq əmək haqqı vermədilər. Baxmayaraq ki, 1997-1998-ci illərdə rayondakı traktor və kənd təsərrüfatı maşınları haqqında illik texniki baxış keçirilib və mən hər il Kənd Təssərrüfatı Nazirliyinə illik hesabat da təqdim etmişəm.
Dəfələrlə rayon rəhbərliyinə və İmişli rayon Məhkəməsinə müraciətlər etməyimə baxmayaraq, bu günə kimi hər hansı tədbir görməyiblər. Son anda Kənd Təsərrüfatı Nazirliyi Səbail rayonu ərazisində yerləşdiyinə görə, bu məsələ ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etməli oldum. Məhkəmənin hakimi Ziya Əliyev mənim əmək haqqımın 02 yanvar 1997-ci il tarixdən 12 avqust 1998-ci il tarixə qədər Kənd Təsərrüfatı Nazirliyindən tutulub ödənilməsi üçün, 07 yanvar 2000-ci il tarixdə qətnamə çıxartdı. Həmin qətnamədən narazılığımı ifadə etdim. Çünki, obyektiv və qanuni qətnamə çıxarılmadığına görə, Apelliyasiya Məhkəməsinə (əvvəlki Bakı şəhər Məhkəməsi) kassasiya şikayəti verdim. Məhkəmənin hakimi milliyətcə rus olan Tatyana Jidkova, azərbaycanlı hakim Ziya Əliyevdən fərqli olaraq əmək haqqımın 02 yanvar 1997-ci ildən 11 yanvar 1999-cu ilədək Kənd Təsərrüfatı Nazirliyindən tutulub ödənilməsi üçün, 27 yanvar 2000-ci il tarixdə qətnamə çıxartdı. Amma uzun müddət keçməsinə baxmayaraq, qeyd olunan tarixdə dövlətin adından çıxarılan və qanuni qüvvəyə minmiş qətnamə, bu günə kimi də tam icra olunmamışdır.
Belə ki, həmin tarixdən altı il keçdikdən sonra mənə 09 sentyabr 2006-cı il tarixdə 562 AZN, yəni birillik əmək haqqı ödənildi. 14 avqust 1998-ci ildə respublikanın bütün rayonlarında Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Texniki Nəzarət müfəttişlərini müqavilə əsasında bir daha daşıdıqları vəzifəyə təyin etdi. Uzun illər ərzində nə kənd nazirliyinin mütəxəssislərinə, nə müxtəlif instansiyalarda olan hakimlərə, nə də ki, icra məmurlarına bildirə bilmədim ki, dövlətin adından çıxarılmış qətnamə icra məmurları tərəfindən icra olunmalı olduğu halda, bu günədək də icra olunmayıb.
1997-1998-ci illərdə aylıq əmək haqqı 250 min manat olmaqla, 2 il 11 günə hesablandıqda ümumi məbləğ 6 milyon 83 min manat edir. Həmin puldan mənə yalnız 2 milyon 810 min 800 manat pul ödənilib. Bu pul bugünkü AZN-nin dəyəri ilə hesablandıqda cəmi 562 AZN edir. Yuxarıda adlarını çəkdiklərim instansiyalarda çalışanlar adi hesablamalar apara bilmədiklərindən, mən bu gün də problemimi həll edə bilmirəm. 05 sentyabr 2006-cı il tarixdə Səbail rayon İcra Şöbəsinin tərtib etdiyi icra vərəqinə görə, mənə cəmi 562 AZN ödənilib. Bundan başqa mən haradasa hansısa sənədə imza atmamışam. Amma, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramovun 23 dekabr 2016-cı il tarixli 07/12-08-2714 saylı yazdığı rəsmi məktubda qeyd olunur ki, guya mənə olan borc tam ödənilib. 15 fevral 2016-cı il tarixdə Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyev, 14 iyul 2016-cı il tarixdə iş№ 3KA-76-2000 saylı məktubunu Səbail rayon İcra Şöbəsinə göndərsə də, icra şöbəsi bu günə kimi hər hansı addımını atmayıb. Əksinə Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyevə təqdimat yazaraq xahiş edib ki, başlanmış işə xitam versin. Zaur Əliyev isə, onun xahişini rədd edir. Bakı Apelliyasiya Məhkəməsi Zaur Əliyevin çıxarmış olduğu qətnaməni ləğv etməklə, yenidən işin icra olunması üçün toplanmış materialları Səbail rayon İcra Şöbəsinə göndərir.
Səbail rayon Məhkəməsinin hakimləri Araz Hüseyinov 14 noyabr 2007-ci ildə və 08 may 2007-ci ildə, İlham Ağayev 28 noyabr 2007–ci ildə, Nurəddin Bağırov 27 aprel 2010-cu ildə, İlham Ağayev 14 avqust 2006-cı ildə, Yusif Kərimov 29 iyun 2007-ci ildə, İlham Ağayev 14 avqust 2006-cı ildə, Rauf Əhmədov 27 dekabr 2010-cu ildə, Nurəddin Bağırov 27 aprel 2010-cu ildə və 26 fevral 2016-cı ildə, Bakı Apelliyasiya Məhkəməsinin hakimləri Ülvi Mayılov 01 sentyabr 2008-ci ildə, Şaqi Məmmədov 24 fevral 2011-ci ildə qərardadlar, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əflatun Qasımov 08 iyun 2010–cu ildə, Həsən Əhmədov 24 iyun 2010-cu ildə, Ali Məhkəmənin hakimi Ələsgər Əliyev isə 30 aprel 2010-cu il tarixdə dövlətin adından qətnamələr çıxartsalar da, hələ də hər hansı addımlar atılmayıb.
Hakim Araz Hüseyinov qeyd edir ki, 2006-cı ilin dekabr ayında Kənd Təsərrüfatı Nazirliyinin ödəniş cədvəlinə əsasən, iddiaçı Qasımov Mahmud Əlibəy oğluna 562 AZN məbləğində pul ödənilmişdir. Belə bir addımların atılması da, bu günə kimi mənim hüquqlarımın pozulması, daha dəqiq desəm tapdaqlar altına atılması deməkdir.
27 yanvar 2000-ci il tarixdə Bakı Apelliyasiya Məhkəməsinin qərarı var ki, mənə iki illik əmək haqqı Kənd Təsərrüfatı Nazirliyindən tutulub ödənilsin. Bu gün bəzi məmurların özbaşınalıqları, vəzifə səlahiyyətlərini aşmaları və dövlətin adından çıxarılmış qətnamələrin icrasına səhlənkarlıq nümayiş etdirmələrinin nəticəsidir ki, bu gün də qapılar arxasında qalmışam. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hakimlərə təqdim olunmuş saxta sənədlər əsasında, bu günə kimi lazımi araşdırma aparılmamış və bunun nəticəsi olaraq hakimlər işlərə göz yummuşlar. Yəni, açıq-aydın verilmiş sifarişlər baş tutmuş və haqq-ədalət öz yerini tapmamışdır. Mən bu günə kimi ayrı-ayrı məhkəmə instansiyalarında bu prosesə baxan hakimlər içərisində, yalnız Səbail rayon məhkəməsinin hakimləri Yelmar Rəhimovu və Zaur Əliyevi ədalətli görmüşəm. Mən hansısa hakimdən tələb etmirəm ki, məni müdafiə etsinlər, yalnız istəyim ondan ibarətdir ki, haqqa-ədalətə söykənib ədalətli qətnamə çıxartsınlar. 24 fevral 2017-ci il tarixdə bu prosesə baxmış Səbail rayon Məhkəməsinin hakimi Yelmar Rəhimovdan xahişim ondan ibarətdir ki, prosesin keçirildiyi vaxtlarda bu tələblərimi irəli sürmüşdüm. Bir daha xatırladıram ki, KTN-i və icra məmuru gələcəkdə irad bildirməsinlər ki, bu qərarda yalnız əmək haqqı məsələsi nəzərdə tutulub. Qərarda aşağıdakı bəndlərdə qeyd olunmalıdır.
1) Əmək haqqının düzgün hesablanması.
2) 1997-1998-ci illərdə illik hesabat təqdim etməklə və üç dəfə seminar müşavirədə iştirak etməklə, mən KTN-də ezamiyyətdə olmuşam.
3) İdarənin fəaliyyətinə xitam verildikdə 2-3 aylıq müavinətlərin ödənilməsi, hansı ki, mənimlə işləyən mütəxəssislər həmin məvacibi zamanında alıblar.
4) Azərbaycan Respublikasının müvafiq qərarına əsasən, büdcə təşkilatlarında çalışan mütəxəssislər məzuniyyətə çıxmadıqları illərdə məzuniyyət pullarının ödənilməsi ilə əlaqədar olaraq, mən də sonuncu dəfə 1988-ci ildə məzuniyyətdə olmuşam.
5) Əmək Məcəlləsinin 5-ci bəndinə əsasən idarə, müəssisə və təşkilat rəhbərlərinin səhlənkarlığı, yaxud da qəsdən yubatması səbəbindən ödənişlər vaxtında verilmirsə ümumi əmək haqqının ən azından 1 %-i qədər əlavə ödəniş ödənilməlidir. Çox təəssüf doğuran səbəblərdən bir də, insan haqlarının müdafiəsi ilə məşğul olanların bu işlərə olduqca biganə yanaşmalarıdır. Bu gün 80 yaş həddindəyəm və ömrümün 18 ilini məhkəmə çəkişmələrində keçirmişəm. Belə bir halın varlığı məhz səhhətimə ciddi təsir edib və ara-sıra müalicə almağa da vadar olmuşam. Bu mənə lazımdırmı? Onu da vurğulayım ki, istər hüquqi, istərsə də fiziki şəxslər qanun qarşısında bərabərdir. Bu belə olduğu halda səbəb nədir ki, icra məmurları dövlət işlərində vəzifə sahibi olanlara məcburi icra tətbiq etmirlər və bu haqda da, Ədliyyə Nazirliyinin istintaq idarəsinə hər hansı məlumatı çatdırmırlar. Mən üz-üzə qaldıqlarımla bağlı ölkə rəhbərimiz cənab İlham Əliyevdən, 18 il ərzində məni qapılar arxasında qoyan, getgələ salan, olmazın iztirablara düçar edən vəzifə sahiblərinə müvafiq tapşırıqlar verməsini də xahiş edirəm. İnanıram ki, həmişə haqqın-ədalətin yanında olan ölkə rəhbərimizin verəcəyi tapşırıq, illər uzunu davam edən süründürməçilik amillərinin varlığına birdəfəlik son da qoyacaq.
Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik

Akif
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənova  qarşı rüşvət iddiası-VİDEO SUJET

    Kərəm Həsənova qarşı rüşvət iddiası-VİDEO SUJET ...

    1-08-2013, 18:25

  • 
  • Etiraz aksiyası keçirən İmişli sakinləri yolu bagladı

    Etiraz aksiyası keçirən İmişli sakinləri yolu ...

    4-06-2013, 12:11

  • 
  • İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi

    İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi ...

    14-03-2016, 13:52

  • 
  • İmişli sakini ümidsizliyə düçar olub

    İmişli sakini ümidsizliyə düçar olub ...

    11-08-2016, 00:14

  • 
  • Göyçay rayon sakini çıxılmaz duruma düşüb

    Göyçay rayon sakini çıxılmaz duruma düşüb ...

    2-11-2015, 14:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu