GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müşviqin heykəlini dağıdan “Azəravtoyol” sədrinin müdhiş dosyesi - Təfsilat

Müşviqin heykəlini dağıdan “Azəravtoyol” sədrinin müdhiş dosyesi - Təfsilat

Tarix: 6-03-2017, 00:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 823
Müşviqin heykəlini dağıdan “Azəravtoyol” sədrinin müdhiş dosyesi - Təfsilat

Nakam şairin abidəsini sökdürdüyü üçün prezident tərəfindən cəzalandırılan Saleh Məmmədov haqda ən son sensasion faktlar “Gündəm-Xəbər”də...

Cavid Qurbanovun başını bəlaya salan qurum rəhbərinin 1-ci müavininin biznesi, sədrin diplom işi və başqa iddiaların - Təfərrüatı

“Azəravtoyol” ASC sədri Saleh Məmmədov gündəmin əsas personajlarından biridir. Onun göstərişi ilə nakam şair Mikayıl Müşviqin abidəsinin dağıdılması ayrı-ayrı faktları da ortaya çıxarıb.

“Günah keçisi” iş icraçısı və...

“Gündəm-Xəbər”in media üzərindən araşdırması zamanı bir sıra nüanslar meydana çıxıb ki, hər birində S.Məmmədovun adı hallanır.

Həmin faktları qeyd etməzdən əvvəl deməliyik ki, ASC sədri Dəmir Yolları QSC sədri Cavid Qurbanovun kadrıdır.

Ona görə də ən yüksək səviyyədə hiddə doğuran abidənin götürülməsi olayı C.Qurbanovun da başını ağradıb. Ölkə rəhbərliyi tərəfindən cəza əmri verilən günahkar şəxslər hələ ki, iş icraçısı səviyyəsində cəzalandırılıb

“Azəravtoyol” bəyan etdi ki, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraşısı "Azəravtoyol" ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü götürüb.

Buna görə də öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.

Həmin MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.

Lakin “Azəravtoyol” ASC-nin ləğvi və S.Məmmədovun vəzifəsiz qalacağı ehtimalı da böyükdür. Yəni, ən yüksək səviyyədə cəza yaxın aylarda gözlənilir.

Sədrin “kassir”i kimdir?

“Gündəm-Xəbər”in media üzərindən araşdırması zamanı Saleh Məmmədovun əsas pul kisəsi 1-ci müavini Əvəz Qocayevdir. İddialara görə, Ə.Qocayevin Bakının 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində 20-yə yaxın obyekti olduğu bildirilir.

Birinci müavin sədrin “kassir”i kimi tanınır və idarədə möhkəm mövqeyi var. Azəravtoyol ASC sədr müavini Əvəz Qocayevin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb, fəaliyyətinə dair tənqidi xarakterli məqalələr yayımlanıb.

Onun sabiq nəqliyyat nazirinin yaxın adamı kimi xarakterizə edirlər. Əvəz Qocayev Ziya Məmmədovun sayəsində bu posta gətirilib. İndi S.Məmmədovun “sağ əli” kimi tanınır.

Əvəz Qocayev bir müddət əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postu uğrunda gedən mübarizəyə qatılmışdı.

Deyilənlərə görə, həmin vaxt Nəqliyyat Nazirliyinin yetkili şəxslərindən biri Əvəz Qocayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətərilməsindən ötrü bir xeyli çaba sərf etsə də, sonda uğursuzluğa düçar olub.

Mətbuatda gedən iddialara görə, sabiq nazir müavini Arif Əsgərovun da adının hallandığı, 50-yə yaxın sahibkar zərər çəkdiyi 48 milyon manatlıq mənimsəmədə Əvəz Qocayevin də adı keçir.

Kürəkən necə azadlığa çıxıb?

Belə ki, bu maliyyə maxinasiyası ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan adıçəkilən QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovun Əvəz Qocayevin kürəkəni olduğu bildirilir.

Həmçinin o da qeyd olunur ki, Rahib Hüseynovun azadlığa çıxmasında əsas səbəbkar qayınatası Əvəz Qocayevdir. Deyilənlərə görə, o, kürəkəninin azadlığa çıxa bilməsi üçün bəzi nüfuzlu şəxslərə minnətçi düşüb.

O dövrdə Əvəz Qocayev “Azəryolservis”in “ən strateji” departamentinin rəhbəri olmaqla yanaşı Cavid Qurbanovun seçki qərargahına da rəhbərlik edib. Onu da deyək ki, 8 saylı Yol Yaşıllaşdırma İdarəsində qanun pozuntuları adi hal alıb.

Rəis Vasif Məmmədovun işindəki əyrinti halları idarənin səlahiyyətlərinə aid olan işlərin lazımi səviyyədə icra edilməsinə imkan yaratmır. Vasif Məmmədovu “Azəravtoyol” ASC-də birbaşa himayə edən şəxs, qurumun sədr müavini- Avtomobil yollarının istismarı idarəsinin rəisi Əvəz Qocayevdir.

Qeyd edək ki, bu məmurların hər ikisi əslən Tovuz rayonundandır. Buna görə də aralarında kifayət qədər yaxın münasibətlər mövcuddur. Eyni zamanda da, iddialara görə, Əvəz Qocayev idarə müdirini himayə etməklə, onun müxtəlif maxinasiyalardan əldə etdiyi külli miqdarda gəlirlərə də şərik olur.

Rektorun diplom “hədiyyəsi”

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Saleh Məmmədovun Müşviqlə gündəmə gəlməsi yeni bir məqamın üstünü açıb və ciddi şəkildə rezonans doğurub. Bu qalmaqalın miqyası isə heç də heykəlin dağıdılmasından az deyil və bir çox mətləblərə işıq salır.

Söhbət Saleh Məmmədovun 2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirməsindən gedir. O zaman ASC rəhbərinin 56 yaşı vardı və 4 il ali təhsili nəzərə alsaq universitetə 2011-ci ildə daxil olub.

Lakin 2011-ci ildə TQDK-nın siyahısından BDU-ya qəbul olunan tələbələr arasında ASC rəhbərinin adı yoxdur.

Eyni zamanda dövlət məmuru olduğunu və ictimai fiqur kimi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, əgər S.Məmmədov həmin dövrdə BDU-nun Hüquq fakultəsinə qəbul olsaydı, mətbuatın diqqətini çəkərdi, dərhal bu maraqlı xəbər tirajlanardı.

Deməli, BDU-nun rektoru Abel Məhərrəmovun dövlət məmuruna saxta diplomu hədiyyə etməsi ehtimal ağıla batır. Başqa heç bir versiya qalmır.

Üstəlik, Azərbaycan reallığında hansı məmur imtahan verib universitetə bu yaşında daxil olar? Əgər faktdırsa, onun dərsə davamiyyəti, tələbə yoldaşlarının kimliyi haqda müfəssəl bilgilər olmalıdır.

Belə çıxır ki, ASC sədri iş-gücünü atıb hər gün dərsə gedirmiş. Ən maraqlısı da odur ki, 2015-ci ildə bu vəzifəyə təyin olunub.

Ona qədər “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi işləyib. BDU-nun rektoru Abel Məhərrəmovun icra başçılarına, məmurlara diplom hədiyyə etməsi ilk belə hadisə deyil.

Heykəlin verdiyi ibrət

Ümumiyyətlə, “Azəravtoyol” ASC hamıdan xəbərsiz şəkildə Mikayıl Müşfiqin heykəlini götürdü. Sonra da buna nə formadasa haqq qazandırmağa çalışdı.

Amma ən yuxarı səviyyədə ciddi reaksiyalara səbəb oldu. Yəni cəzalananlar yenə olacaq. Amma bu həm də digərlərinə bir dərs olmalıdır.

Bakı Şəhər İcra Hakimiyyəti də belədir. Ağlına nə gəldi edir, yolu qazır, yol polisinə xəbər vermir, kanalizasiya xəttini kəsir, su borusunu dağıdır, Azərsu-ya xəbər vermir, qısacası, heç kimi saymır, bildiyini edir.

Bu baxımdan, başqa qurumlar yolda bir iş görəndə özlərindən yuxarıdakılarla məsləhət etməlidirlər. Əslində, elə qanunlar da bunu tələb edir.

Amma məmurlar nə qanunları sayır, nə də bir iş görəndə qonşu qurumları məlumatlandırır. Bakını xaosa çevirən “Azərsu” ASC, “Azəravtoyol” ASC, BŞİH olur. Haranı gəldi qazırlar, tökürlər, sürücülərə zülm edirlər, şəhərin altını üstünə çevirirlər.

Bakının küçələri yenə qazıq-qazıq olunur. Şəhərin müxtəlif istiqamətlərində qazıntı işlərinin aparıldığını görmək olar. Bu vəziyyət də tıxacların yaranmasına gətirib çıxarır.

Prezident xətaya yol verən məmuru cəzasız qoymur və ictimaiyyətin də bu cəzadan xəbəri olur. Prezident son dərəcə həssaslıq nümayiş etdirir və insanların heysiyyatına toxunan əməlləri görə məmurlarla bağlı ölçü götürür.

İstər xalqa “otxod” demiş deputat ola, istər nakam şairin abidəsinə vandal münasibət. Hansı sahəyə rəhbər təyin edilmiş insanlar o sahəni inkişaf etdirə bilmirsə, o sahənin öhdəsindən gələ bilmirsə, əlbəttə ki, orada kadr islahatlar davam edəcək.

Silinən pullar və işbirliyi

Yeri gəlmişkən, Torpaq və Xəritəçəkmə Komitəsi kimi adıçəkilən bu qurumların da ləğvi gündəmdədir. “Azəravtoyol” ASC-nin də ayrılıqda fəaliyyəti mənasızdır. Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil.

Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır.

Bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb.

Xatırladaq ki, prezident sərəncamı ilə “Azəravtoyol”a ayrı-ayrı rayonlarda çəkiləcək yolların tikintisi üçün ayrılan vəsaitə Saleh Məmmədov özünə yaxın MMC-ləri də ortaq edir.

“Azəravtoyol”un tabeliyində demək olar ki, hər rayonda yol-istismar idarələri olsa da, bu idarələr bir kənarda saxlanılır, əvəzində isə böyük maliyyə imkanlarına sahib olan şəxslərin nəzarətindəki MMC-lər respublikadaxili strateji yolların tikintisinə cəlb olunurlar.

Amma həmin MMC-lərin çoxunun nə yol tikintisində təcürbəsi var, nə də müvafiq texnikaları. Texnikaların çoxu icarəyə götürülərək, layihədə istifadə olunur ki, bu da əlavə vəsait sərfiyyatı deməkdir. Bu isə büdcə pullarının yayındırılmasına imkan yaratmaqla yanaşı işin keyfiyyətinə də mənfi təsir edir.

Məlumatlı şəxs deyib ki, Saleh Məmmədov İmişlidə “OREN MMC” adlı bir şirkətin sahibi olan Astan Şükürovu ASC-nin regional idarəsinin rəhbəri vəzifəsinə təyin edib. Bu MMC ilə pullar silinib.

Qeyd edək ki, Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini bitirib.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB

    CAVİD QURBANOVUN ƏN YAXIN ADAMI ƏLƏ KEÇİB ...

    8-10-2013, 16:36

  • 
  • Mikayıl Müşfiqin heykəlini dağıtdığına görə iş icraçısı işdən qovulub

    Mikayıl Müşfiqin heykəlini dağıtdığına görə iş ...

    1-03-2017, 00:14

  • 
  • Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini yoxlatdırdı, baş mühasib özünü asdı

    Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini ...

    1-08-2015, 01:57

  • 
  • Cavid Qurbanov çətin suallar qarşısında

    Cavid Qurbanov çətin suallar qarşısında ...

    28-09-2013, 11:44

  • 
  • Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza istədi, Zakir Sultanov naziri saymadı - Skandal

    Nərgiz Paşayeva “Azəravtoyol” sədrinə cəza ...

    1-03-2017, 00:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu