GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakı Avtovağzalındakı “mafiya”dan müdhiş addımlar

Bakı Avtovağzalındakı “mafiya”dan müdhiş addımlar

Tarix: 7-03-2017, 18:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 811
Bakı Avtovağzalındakı “mafiya”dan müdhiş addımlar

Sərnişinlərin az sayda sənədləşdirilməsində vəzifə sahiblərinin “pərdəarxası maraqlar”ı təmin olunur
Azərbaycan respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə əsaslı yenidənqurma işlərinin həyata keçirilməsi, dövlət qurumlarını formalaşması və işlək vəziyyətə gətirilməsi, bir çox islahat proqramlarının tətbiqi və s. sanki zərurətə çevrildi. Düzdür, illər keçdikcə həlli vacib olan problemlərin bir çoxu həllini tapdı və bəzilərinin həlli istiqamətində əməli addımlar da atıldı. Ölkəmizin səhiyyəsi, təhsili, mədəniyyəti, ordu quruculuğu, aqrar sahəsi və digər sahələri daim diqqətdə saxlanıldı. Bütün bunlar onu söyləməyə əsas verir ki, müstəqil respublikamızın daha qüdrətli dövlətə çevrilməsi üçün hər şeydən öncə əməli addımlar atılmalıdır.
Nəqliyyat infrastrukturunun yeniləşməsi zərurətə çevrildi
Ölkəmizin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və bu sahədə müəyyən yeniliklərin tətbiqi də olduqca zərurətə çevrildi. Çünki, müstəqil dövlətin nəqliyyat infrastrukturunu sovet dönəmindən qalma və müasir dövrün tələblərinə cavab verməyən yeni infrastrukturla əvəzləmək zərurəti yarandı. Belə bir səbəblər üzündən də, ilk növbədə ölkəmizin nəqliyyat sahəsindəki problemləri aradan qaldırmaq, yeni avtovağzalın tikintisini həyata keçirmək və digər ciddi islahatları tətbiq etmək, sanki hər kəsin gələcəyə ümidlə baxmasına da səbəb oldu. Onu da vurğulayaq ki, görüləcək işlər içərisində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın tikintisi daha çox diqqəti cəlb etdi. Çünki, bu avtovağzalın müasir üslubda tikintisi ilə bağlı büdcədən külli miqdarda vəsait də ayrıldı. Hələ tikinti işləri aparılarkən sürücülər, çoxsaylı sakinlər ümid edirdilər ki, arzusunda olduğumuz problemlər qısa zaman kəsiyində həllini tapacaq və hər kəsin rahatlığı da təmin olunacaq.
Avtovağzalla bağlı arzular, puç olan ümidlər
Amma bu heç də belə olmadı. Çünki, adı çəkilən avtovağzalın tikintisi başa çatdırıldı və yuxarıda qeyd etdiyimiz kimi, bu məqsədlə büdcədən milyonlarla vəsait xərclənsə də, adı çəkilən sahədə qayda-qanun bərpa olunmadı ki, olunmadı. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri oldu. Bu səbəblər içərisində ən başlıcası isə, müxtəlif istiqamətlərə hərəkət edən nəqliyyat vasitələri üzərində, məhz bu sahəni inhisarında saxlayan şəxslərin inhisarçılığı oldu. Bu gün də Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından ölkəmizin bütün istiqamətlərinə hərəkət edən nəqliyyat vasitələri təsir dairəsində saxlanmaqdadır. Məsələn, adicə bir faktı qeyd edək ki, ölkəmizin qərb zonasına hərəkət edən nəqliyyat vasitələrinin sahiblərinə “mütləq Ucar Avtovağzalındakı yeməkxanada dayanmalısınız” deyə, şifahi tapşırıqlar verilir. Belə bir tapşırıqların verilməsinin də özəl səbəbləri var. Çünki, həmin yeməkxanın bir neçə gün bundan əvvələ qədər nəqliyyat naziri vəzifəsini daşımış Ziya Məmmədova bağlı olduğu da bildirilirdi. Məhz belə bir səbəb üzündən də, bu sahədə çalışan sahibkarlar verilmiş tapşırıqlardan heç cür kənara çıxa bilmir və hər bir əmrə “baş üstə” deməyə də məcbur olurlar.
Sabiq baş nəqliyyatçının “əmr”i, bu gün də yerinə yetirilməkdədir
Maraqlı hal odur ki, hal-hazırda Ziya Məmmədov ölkəmizin Nəqliyyat Naziri deyil, amma buna baxmayaraq, yenə də sürücülər Ucar Avtovağzalındakı yeməkxanada dayanmağa vadar olunurlar və avtovağzal səlahiyyətliləri tərəfindən sürücülərə verilmiş sənədlərə, məhz həmin yeməkxanada dayanmalarını təsdiq etmək üçün hansısa möhür də vurulur. Hələ bu azmış kimi onlar müəyyən məbləğdə “rüsum” ödəməyə də vadar edilirlər.

Sürücü, sərnişin hüquqları niyə pozulmalıdır?
Diqqəti bir məqama yönəldək ki, sürücülərin belə bir addımlar atmalarına vadar olunmaları, təkcə onların deyil, hətta çoxsaylı sərnişinlərin də hüquqlarının pozulması ilə nəticələnməkdədir. Çünki, bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran sərnişinlər bildirirlər ki, “yol kənarlarında çoxlu sayda yeməkxanalar var və həmin yeməkxanalarda həm keyfiyyətli, həm də ucuz yeməklər verilir. Amma Ucar Avtovağzalında isə, fərqli ab-hava yaşanmaqdadır. Yəni, adı çəkilən avtovağzaldakı yeməkxanada bahaçılıq olmaqla bərabər, həm də keyfiyyətsiz yeməklər verilir. Digər tərəfdən, bu sahə ilə məşğul olan neçə-neçə sahibkar var ki, atılan addımlar, məhz onların iş fəaliyyətlərinə olduqca mənfi təsir də göstərir. Onu da vurğulayaq ki, Ucar Avtovağzalındakı yeməkxanada sərnişinlərə verilən yeməklərin müqabilində bir kimsəyə hər hansı qəbz verilmir. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən yeməkxanaya rəhbərlik edən şəxs və yaxud şəxslər vergidən yayınır və belə bir yolla da, gündəlik vergi cinayətinə qol qoymuş olurllar.
Inhisarçılıq ölkəmizin imicinə də mənfi təsir göstərir
Hələ bir neçə gün bundan əvvəl, qardaş Türkiyə dövlətinə gedən Aslan adlı şəxs redaksiyamızla əlaqə saxlayıb bildirdi ki, “sərnişinlər nə qədər təkid etsələr də, bizi aparan sürücü nəqliyyat vasitəsini Ucar Avtovağzalında saxladı və bildirdi ki, “mənə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın rəhbərliyindən tapşırıq verilib, mən həmin tapşırıqdan heç cür kənara çıxa bilmərəm”. Elə ki, adı çəkilən avtovağzalda dayandıq, o halda gördüm ki, nəinki Türkiyə dövlətinə, hətta İrana gedənləri də adı çəkilən avtovağzalda dayanmağa vadar ediblər. Belə bir addımların atılması, yəqin ki, əcnəbi vətəndaşlarda Azərbaycan haqda müəyyən ictimai fikrin formalaşmasına səbəb olur və istənilən halda ölkəmizin imicinə bu və ya digər formada xələl də gətirir”.
Avtovağzalda oturub Ucar Avtovağzalını idarə edənlər
Bütün bunlardan əlavə, bir-iki gün bundan öncə özünün Ucar rayon sakini olduğunu bildirən şəxs redaksiyamızla əlaqə saxlayıb vurğuladı ki, “Ucar Avtovağzalında idarəetməni, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında çalışan Etiram və Əzizağa adlı şəxslər həyata keçirirlər. Əzizağadan fərqli olaraq, Etiram “Azərbaycanın Milli Qəhrəmanı” adını daşıyır. Bu şəxslər adı çəkilən avtovağzala daxil olan nəqliyyat vasitələrini nəzarətdə saxlatdırır və “açot-uçot”unu da apartdırırlar”. Belə bir məlumatı eşitdikdən sonra çox götür-qoy etdik. Çünki hər kəsə bəllidir ki, milli qəhrəman adını daşıyan şəxslər xalqımızın qürur mənbəyidir və həmin şəxslər döyüş bölgələrində göstərdikləri qəhrəmanlıqlara görə, məhz belə bir ada layiq görülürlər. Verilən bu cür məlumatdan sonra bəzi düşüncələrə sahib olduq və o qənaətə də gəldik ki, hər kəs bu adın ucalığını qorumağa çalışmalıdır. Amma, “Azərbaycanın Milli Qəhrəmanı” adını daşıyan Etiram adlı şəxsin hansısa qruplaşma ilə işbirliyinə girərək, hərəkətdə olan nəqliyyat vasitələrini təsir dairəsində saxlaması, çoxsaylı sərnişinlərin hüquqlarının pozulması ilə nəticələnən addımlar atması və s. yəqin ki, bir kimsə tərəfindən təqdirəlayiq addım da hesab oluna bilməz.

Avtovağzaldakı yanacaqla bağlı yaşanan problemlər
Ölkəmizin nəqliyyat sektorunda yaşanan acınacaqlı olaylardan biri də, avtovağzal rəhbərliyi tərəfindən sürücülərin idarə etdikləri nəqliyyat vasitələrinin yanacaqla təminatınıda yaşanan problemlərin varlığıdır. Çünki, daim bu sahəni də nəzarətdə saxlayan rəhbərlik bəzi hallarda sürücüləri vadar edir ki, onlar istifadə etdikləri yanacağı avtovağzaldakı yanacaqdoldurma məntəqəsindən doldurmalıdırlar. Bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran, amma adının çəkilməsini istəməyən sürücülərdən bir neçəsi bildirir ki, “bəzən avtovağzalda satılan yanacaq gəmilər üçün nəzərdə tutulduğundan, ondan istifadə zamanı avtobusların ayrı-ayrı detalları tez bir zamanda sıradan çıxır. Belə bir halın varlığını isə, nəiki avtovağzal rəhbərliyi, hətta digər işçilər də nəzərə almırlar. Çünki, vəzifə sahiblərini nəqliyyat vasitələrinin durumu deyil, daha çox əldə olunacaq “haq-hesab”ın varlığı düşündürür.

Kassalar niyə “sürgün” olunmuş yerdə yerləşdirilib?
Onu da vurğulayaq ki, bu gün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rüşvətxorluq ayaq tutub yeriməkdədir. Bu ünvanda yaşananlarla bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıranlar bildirirlər ki, kassalar avtovağzalın “podval”ında, yəni birinci mərtəbəsində yerləşdiyindən, sərnişinlərin tam əksəriyyəti kassaların harada, hansı ünvanda yerləºməsindən xəbərsiz olurlar. Kassaların belə bir ünvanda yerləşdirilməsinin də özəl səbəbləri var. Yəqin ki, bu cür halın varlığı bu gün də Bakı Avtovağzalında rəhbərliyi həyata keçirən cənab Seymur Quliyevin maraqlarına cavab verməkdədir. Bilet kassaları “podval”da yerləşdiyindən, məhz kassalardakı biletlərin çoxu əllərdə olur və onu sürücülər sərnişinlərə baha qiymətə satırlar.
Sərnişinlərin az sayda sənədləşdirilməsində pərdəarxası maraqlar
Çatdırılan məlumatlarda o da bildirilir ki, iritutumlu nəqliyyat vasitələrində sərnişinlər nə qədər çox olsa da, ölkədaxili, hətta xaricə gedən avtobusların hər reysinə cəmi 5-6 nəfər sərnişin, daha çox halda isə, rəsmi sənədlərdə 10 nəfər sərnişin sənədləşdirilir. Əslində satılan hər biletin satış qiymətinin 16%-i dövlətə ödənilməli olduğu halda, yalnız az sayda sənədləşdirilən sərnişinlərdən alınan pulların faizi dövlətə ödənilir. Başqa sərnişinlərdən əldə olunan bilet pulları isə, ayrı-ayrı vəzifə sahibləri arasında “pay-püş” olunur. Onu da vurğulayaq ki, “pay-püş” edilən pullar hər kəsin daşıdığı vəzifəsinə görə bölünür. Yalnız kassalarda çalışanlara isə, ümumi bölgüdən cəmi 10 manat pulun çatdığı bildirilir.

Hansı vəzifə sahibinə nə qədər “haqq-hesab” çatır?
Əgər sərnişin sürücüdən şikayət edərsə, istənilən halda sürücü günahkar çıxarılır və avtovağzal rəhbərliyi ilə bərabər, onun yan-yörəsində “fırlanan”lar isə təmizə çıxarılırlar. Avtovağzalda rüşvətxorluq daha çox xarici ölkələrə gedən avtobuslarda yaşanmaqdadır. Məsələn, adı çəkilən qurumda növbə rəisi işləyən Məhəmməd adlı şəxsə təkcə Bakı-Kazan reysinin hər birindən 100 manat, dispeçer işləyən Abbas adlı şəxsə 50 manat, “baqajnik” işləyənlərə isə, 30 manat “haqq-hesab”ın çatdığı bildirilir.

Avtovağzaldakı “kitab pulu” kimlərin büdcəsinə daxil olur?
Maraqlı hal odur ki, xarici ölkələrə gedən nəqliyyat vasitələrinin sürücüləri əgər avtovağzaldan yanacaq götürmürlərsə, o halda əlavə 18 manat “rüsum” da ödəməli olurlar. Nəqliyyat vasitələri avtovağzaldakı dayanacağa daxil olarkən “şlaqbaum”u endirib-qaldıranlara 2 AZN, dayanacaqda sutka ərzində dayanmaya görə gözətçilərə 2 AZN, hər sürücüyə görə avtovağzal həkimlərinə 2 AZN, məlumat bürosunda işləyənə 2 AZN “rüsum” ödənilir. Hələ bunlar azmış kimi, iritutumlu nəqliyyat vasitələri avtovağzaldan çıxarkən nəqliyyat vasitələrinin sahiblərindən 20 AZN alınır ki, bunun da adını “kitab pulu” qoyurlar. Ərazidə təhlükəsizliyə və sabitliyin qorunmasına cavabdehlik daşıyan post patrul xidmətinin əməkdaşları isə, hər iritutumlu nəqliyyat vasitəsinin sahibindən 10 AZN aldığı iddia olunur. Avtovağzalda yaşanan ən böyük qanunsuzluqlardan biri də, vergidən yayınma hallarının baş verməsidir. Çünki, adı çəkilən qurumun ərazisində yüzlərlə mağaza, bir neçə yeməkxana var ki, onlar ticarətlə məşğul olurlar və kassa aparatından çox zaman da istifadə etmirlər. Bütün bunlar onu söyləməyə əsas verir ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında əsaslı tədbirlərin görülməsinin artıq zamanı çatıb.
Nazirliyin ləğvi yeniliklərə yol açacaq
Ölkəmizin nəqliyyat sahəsində yaşanan acınacaqlı durumun varlığına baxmayaraq, bu gün də əksəriyyət ümidini üzməyib. Çünki, 2003-cü ildən Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin, hələ bir neçə gün bundan əvvəl ləğv edilməsi və əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması, məhz tam əksəriyyətdə belə bir fikirin fomalaşmasına da səbəb olub ki, cənab Ramin Quluzadə bu sahəni inhisarçılıqdan birdəfəlik xilas edəcək. Çünki, cənab Nazirin bir neçə gün bundan əvvəl Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında olması və problemlərin aradan qaldırılması istiqamətində çox ciddi tapşırıqlarını verməsi, hər kəsdə yeni bir ümid hissinin baş qaldırmasına da səbəb olub.
Onu da qeyd edək ki, Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2003-cü il tarixli 880 saylı fərmanı ilə yaradılmışdı və nazirliklə bağlı Əsasnamə təsdiq olunduqdan sonra adı çəkilən qurum fəaliyyətə başlamışdır. Ötən illər ərzində Nəqliyyat Nazirliyinin tabeçiliyindəki qurumlarda vəzifə sahibi olan bir çox “qoçu dəstələri”nin qol qoyduqları çoxsaylı qanunsuzluqlar, atdıqları addımlar və s. sanki bu sahədə çalışanların “toxunulmaz şəxs” statusuna malik olmalarını göstərirdi.
Deyəsən bu sahədə fərqi ab-hava yaşanması üçün, olduqca yaxın vaxtlarda müəyyən addımlar atılacaq. Çünki heç cür inana bilmərik ki, ölkəmizin olduqca strateji sahələrdən biri hesab olunan nəqliyyat sahəsində idarəçilik, bu gün ölkə rəhbəri tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsini daşıyan Ramin Quluzadəyə etibar edilirsə, deməli bu şəxs adı çəkilən sahənin “bataqlıq”lar içərisində məhv edilməsinə heç cür imkan verməyəcək. Yəqin ki, atılan hər bir addım istər Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında, istərsə də regionlardakı avtovağzallarda, xüsusilə də Ucar Avtovağzalındakı inhisarçılığa, məcburetməyə, sərnişin hüquqlarının pozulmasına birdəfəlik “yox” deyəcək.
Bu yöndə araşdırmalarımız davam edəcək. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AMEA kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət

    AMEA kollektivi adından Azərbaycan ...

    6-04-2016, 21:29

  • 
  • Sahibkarlığın inkişafı günün tələbidir

    Sahibkarlığın inkişafı günün tələbidir ...

    17-10-2016, 18:07

  • 
  • Nəqliyyatımızın bərbadlığı

    Nəqliyyatımızın bərbadlığı ...

    4-02-2015, 23:25

  • 
  • Azərbaycanda yollara 25 milyard xərclənib

    Azərbaycanda yollara 25 milyard xərclənib ...

    9-06-2016, 16:40

  • 
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu