GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azercell-in sahibi ilə bağlı korrupsiya şübhəsi

Azercell-in sahibi ilə bağlı korrupsiya şübhəsi

Tarix: 9-01-2013, 10:04 Bölmə :Maraqlı Baxış: 911
Azercell-in sahibi ilə bağlı korrupsiya şübhəsi

Azercell mobil operatorunun sahibi kimi tanınan
“Telia Sonera”nın qaranlıq maxinasiyaları üzə çıxır


İsveçin telekommunikasiya nəhəngi olan “Telia Sonera” (Azərbaycan oxucularına yerli Azercell mobil operatorunun sahibi kimi tanınan) korrupsiyada şübhəli bilinir. Yeni il bayramlarından sonra müvafiq geniş məruzə dərc edilməlidir. Yerli bazarda irəliləmək üçün holdinq funksionerlərinin Özbəkistan məmurlarına rüşvət verməsi ilə bağlı ciddi şübhələr var. Bununla əlaqədar olaraq artıq İsveçdə və İsveçrədə bir neçə bank hesabı dondurulub.
Şirkətin məlumatına görə (http://www.teliasonera.com/en/about-us/markets-and-brands/uzbekistan), 2007-ci ildən etibarən o, Rusiyanın iki şirkəti (“Vımpelkom” və MTS) nominal tərəfdaşlıqla Özbəkistan bazarının 94%-ni (28 mln.-dan çox əhali və 96% mobilləşmə, stasionar telefonlar 7%) mənimsəyib. İsveç İctimai Televiziyasının və Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya qarşı mübarizə üzrə Hesabat Layihəsinin (OCCRP) məlumatına görə, “TeliaSonera” şirkətinin iki yüksək vəzifəli rəhbəri Mərkəzi Asiya ölkələrində 3G şəbəkələri lisenziyası almaq üçün offşor şirkət yaradıblar. Şirkətin aktivlərinə İslam Kərimovun qızı Gülnarə vəkilləri vasitəsilə nəzarət edir.
“TeliaSonera” adı çəkilən lisenziyanı Özbəkistan qanunlarında nəzərdə tutulduğu kimi dövlətdən deyil, Gibraltarda qeydiyyatdan keçmiş kiçik profilli offşor Takilant LTD şirkətindən alıb. Şirkətin rəhbəri bir neçə il Daşkənddə Gülnarənin paytaxtın məşhur Model Evinin əlindən aldığı “Stil evi”nin direktoru olan Qayana Avakyandır. Avakyan həmçinin Londonda qeydiyyatdan keçmiş Panally LTD şirkətinin direktorudur. Kəşfiyyatçıların bu iki şirkətin fəaliyyət növü haqqında məlumatı yoxdur, əvəzində Britaniya vergi xidmətləri Ermənistan-Özbəkistan maliyyə dostluğunun çiçəkləndiyini bildirir.
“TeliaSonera” şirkəti Avakyanın şirkəti ilə saziş bağladığı faktını təsdiq edərək, Takilant Ltd-yə cəmi 30 mln. dollar (real məbləğdən 10 dəfədən də az) ödədiyini və Ucell-də 26% pay verdiyini bildirib. İsveç jurnalistlərinin məlumatına görə, məhz bu məbləğ Takilant Ltd-nin hesabından silinib. Bu pullar Londondakı şirkət, o cümlədən Panally Ltd vasitəsilə “yuyulub” və çox güman ki, özbək diktatorunun qızının hesablarına keçib.
İsveçrə Baş Prokurorluğu pulların yuyulmasında şübhəli bilinən dörd Özbəkistan vətəndaşına qarşı cinayət işi açıb. Onlardan ikisi - Şoxrux Sobirov və Alişer Erqaşev “Koka-kola- Özbəkistan” şirkətinin menecerləri, iyulun 30-da Cenevrədə həbs olunub, lakin oktyabrın 15-də girova buraxılıblar və İsveçrə prokurorluğu açıqlama vermədən Daşkəndə gediblər. Digər iki nəfər barəsində də prokurorluq axtarış elan edib. Onların adları açıqlanmır, amma onlardan biri Avakyandır. Şübhəsiz, İsveçin nəhəng şirkəti böyük investisiyalardan sonra yerli bazarda dəyişkən müvəffəqiyyətlə sıxışdırılan Rusiyanın MTS şirkəti nümunəsində Özbəkistanda hakim ailənin iştahı haqqında bilirdi. Lakin, görünür, artıq qazanc ehtirası ehtiyatlılıqdan daha güclü çıxdı. Aktivlərin 37%-i İsveç hökumətinə məxsus olan sözləşmə o deməkdir ki, istənilən şübhəli hərəkət təhqiqat predmetinə çevriləcək. Belə ki, rabitə vasitələri haqqında təsəvvürü olmayan təcrübəsiz qadının rəhbərliyi ilə (o vaxt Avakyan 24 yaşında idi) offşor Takilant Ltd ilə sövdələşmə təkcə Özbəkistanın deyil, beynəlxalq qanunvericiliyə də ziddir.
Oktyabrın əvvəllərində TeliaSonera mübahisəli alışla bağlı öz araşdırmalarını aparacağını və yanvarda məruzə dərc edəcəyini vəd edib. “TeliaSonera-ya qarşı ittihamlar çox ciddidir”, deyə şirkətin baş direktoru Niberg Radio Service-ə (İsveçin İctimai radiosu) müsahibəsində bildirib. O qeyd edib ki, ittihamlar təsdiq olunarsa vəzifəsindən gedəcək.
Xatırladaq ki, nəhəng şirkət 2002-ci ildə İsveçin Telia və Finlandiyanın Sonera telekommunikasiya şirkətinin birləşməsi ilə yaranıb. 2004-cü ildə Skandinaviya bazarını mənimsədikdən sonra şirkət diqqətini keçmiş SSRİ ölkələrinə (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Rusiya, Özbəkistan, Tacikistan və Estoniya) yönəldib. Bundan başqa, şirkət Nepal, İspaniya və Türkiyə bazarlarına nüfuz edib (ümumilikdə 17 ölkə).
Yarıkriminal postsovet rejimləri ilə əlaqələr, demək olar ki, 10 illik genişlənmə o qədər də uğurlu olmayıb. Lakin bu ölkələr sayəsində təkcə keçən il şirkət 5 mlrd. dollardan çox vəsait qazanıb. Digər tərəfdən bu holdinqin yerli qurumları dəfələrlə Azərbaycan və Belarus təhlükəsizlik orqanlarına müştərilərinin məlumatlarına çıxış verməkdə ittiham olunub (lisenziya müqabilində). Bu yaxınlarda TeliaSonera hökumətin ölkənin şərqində abunəçilərin mobil telefon rabitəsini və İnternetə çıxışını kəsməsinə (məhkəmə qərarı olmadan) kömək etdiyinə görə Tacikistanda da tənqid atəşinə məruz qalıb.
Bəs demokratiya necə olsun? İsveç hər zaman ən demokratik ölkələr siyahılarının başında durur. Bakıda Eurovision-2012 musiqi müsabiqəsində məhz bu ölkənin nümayəndəsi təkcə ifasına görə deyil, həm də hüquq müdafiə fəaliyyətinə görə beynəlxalq ictimaiyyətin simpatiyasını qazanaraq birinci yeri tutub. İsveç söz və fikri ifadə etmə azadlığının pozulmasının qlobal təhlükə olaraq qəbul edildiyi bir çox beynəlxalq aktların təşəbbüskarıdır. Lakin bu ölkənin ən iri vergi ödəyicilərindən biri avtoritar ölkələrdə İsveç üçün qəbuledilməz olan addımlar atır.
Contact.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərimovanın işi: “Vimpelkom” şirkətinin keçmiş rəhbəri həbs olundu

    Kərimovanın işi: “Vimpelkom” şirkətinin keçmiş ...

    5-11-2015, 20:56

  • 
  • 28 May Respublika Günü İsveçdə qeyd edilib

    28 May Respublika Günü İsveçdə qeyd edilib ...

    29-05-2013, 17:19

  • 
  • Azercell”də korrupsiya məsələsinə aydınlıq gətirdi

    Azercell”də korrupsiya məsələsinə aydınlıq gətirdi ...

    13-01-2014, 23:10

  • 
  • Azercell “İlin Mobil Operatoru” seçildi

    Azercell “İlin Mobil Operatoru” seçildi ...

    21-12-2015, 19:24

  • 
  • Azercell-in yerli start-up-lara dəstəyinə Türkiyənin e-Toxum layihəsi də qoşuldu

    Azercell-in yerli start-up-lara dəstəyinə ...

    21-06-2013, 18:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu