GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zakir Fərəcovdan İlham Əliyevə şok şikayət – İş adamları icra başçısının borc siyahısını açıqladı

Zakir Fərəcovdan İlham Əliyevə şok şikayət – İş adamları icra başçısının borc siyahısını açıqladı

Tarix: 16-03-2017, 21:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 179
Zakir Fərəcovdan İlham Əliyevə şok şikayət – İş adamları icra başçısının borc siyahısını açıqladı

Sumqayıtın icra başçısı Zakir Fərəcovdan dövlət başçısı İlham Əliyevə və Baş prokuror Zakir Qaralova şikayət edilib.

Şikayətçilər bir qrup iş adamıdır. Sumqayıtda abadlıq-quruculuq işlərinə öz tövhələrini vermiş iş adamları Aydın Abdullayev, Bəxtiyar Ənnağıyev, Bilal Piriyev, Çingiz Mansurov, Elçin Qarayev, Eyvaz Abbasov, İsa Qasımov, Məhəmməd Əsgərov, Rəşad Abbasov və Zöhrab Rzayevin şikayəti gördükləri işin müqabilində onlara verilməli olan külli miqdarda pul vəsaitini ala bilməmələrindəndir.
İş adamları bir surətini də redaksiyamıza göndərdikləri şikayət məktubunda yazır: “
Cənab prezident, 2016-cı il sentyabr ayının 27-də Sumqayıt şəhərinə səfər edib yenidənqurma-abadlıq işləri ilə tanış olduğunuz zaman Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov görülmüş işlərlə bağlı ümumi məlumatları sizə bildirsə də, ən vacib məqamı – çoxsaylı iş adamlarının və fəhlələrin haqlarının qəsb edildiyini məqsədli şəkildə gizlədib. Yəqin ki, bizim zəhmətimiz nəticəsində ərsəyə gəlmiş bu işləri bəyəndiyinizə görə, siz 2016-cı ilin oktyabr ayının 4-də Zakir Fərəcovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmisiz. İnanırıq ki, bizim bu müraciətimizdən sonra haqqımızın bərpa edilməsinə yardımçı olmaqla bizləri də tezliklə sevindirəcəksiniz”.
İş adamları yazır ki, 2016-cı ilin fevral-sentyabr aylaında Sumqayıt şəhərində yenidənqurma işlərinin bir hissəsinin görülməsi Zakir Fərəcov tərəfindən iş adamı Müqayis Verdiyevə həvalə olunub. Müraciəti imzalayan sahibkarlar əvvəlcə Müqayis Verdiyevin daha sonra isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Fəzail Hüseynovun vədlərnə aldanaraq onları tikinti materialları və işçi qüvvəsi ilə təmin etmələrinə baxmayaraq bunun müqabilində verilməli olan pullarını ala bilmirlər. İş adamları deyir ki, Müqayis Verdiyev onların bir çoxunu gələcəkdə də başqa iri layihələrə cəlb edəcəyi ilə şirnikləndirib. Fəzail Hüseynov isə onları abadlıq işlərinin ölkə başçısının nəzarətində olduğuna və maliyyə probleminin yaşanmayacağına əmin edib. Adıçəkilən məmur iş adamlarına deyib ki, onların pulları ən geci İlham Əliyevin Sumqayıta səfərinin ertəsi veriləcək. İş adamları yazır:
“Gözlənildiyi kimi siz Sumqayıta səfər etdiniz. Səfərin ertəsi günü vəd edildiyi kimi öz halal pulumuzu almaq üçün icra hakimiyyətinin binasına üz tutduq. Lakin oradan bizə bildirildi ki, icra hakimiyyətində nə pul var, nə də şikayətimiz dinləmək həvəsi. Həmçinin xəbərdarlıq etdilər ki, səsimiz ucaldaraq asayişi pozsaq, dərhal polis bölməsinə aparılacağıq. Narazılığın səngimədiyini gördükdən bir neçə gün sonra isə Müqayis Verdiyev barəsində cinayət işi başlandı.
Sumqayıt şəhər prokurorluğunun böyük köməkçisi Feyzulla Qasımovun 08.10.2016-cı il tarixli qərarı ilə Müqayis Verdiyev Cinayət Məcəlləsinin 162.1.1, 179.3.2 və 222.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edildi və daha sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildi.
Maraqlıdır ki, istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda yenidənqurma – abdlıq işləri çərçivəsində baş tutmuş iri miqyaslı korrupsiya cinayətləri ilə bağlı faktlar əksini tapmamış və bizlər məqsədli şəkildə zərərçəkmiş şəxs qismində tanınmamışdıq. Məhz Baş Prokuroluğa və Sumqayıt Şəhər Prokuroluğuna çoxsaylı müraciətlərimizdən sonra bizlər həmin cinayət işi üzrə zəzərçəkmiş şəxs qismində tanındıq və bizdən ətraflı ifadələr alındı.
Hamımız eyni sxem üzrə aldanılmışıq. Əvvəlcə Müqayis Verdiyevlə tanış olmuş, öz təkliflərimizi irəli sürmüşük. Qiymətlərdə razılıq əldə olunduqdan sonra Müqayis Verdiyevin dərhal beh verməsi ona daha çox inanmışıq və öz mallarımızı təqdim etmişik. İlk günlərdə pullarımızı dərhal, sonra hissə-hissə və gecikmələrlə almışıq. Bir müddət sonra isə pullar verilməyib və biz hələ də borclarımızı ala bilmirik”.
İş adamları deyir ki, pulları verilməyəndə tikinti materiallarının təchizatını dayandırıblar. Lakin Fəzail Hüseynov işə qarışaraq onları problemin tezliklə həll olunacağına inandırıb və iş adamlarından təchizatı davam etdirmələrini xahiş edib: ”Fəzail Hüseynov bəzi iş adamlarını bir yerə toplamaqla, bəziləri ilə isə ayrı – ayrı görüşərək abadlıq işlərinə icra hakimiyyətinin rəhbərlik etdiyini və bütün borcların sizin səfərinizdən bir gün sonra ödəniləcyinə zamin durdu.
Bizlər bu dəfə dövlət məmurunun sözünə inanaraq külli miqdarda ziyana uğramaqla öz vəsaitimiz hesabına yenidən tikinti materiallarını və s. xidmətlərimizi sona qədər təqdim etmişik”.
İş adamları onlara olan borcun məbləğini də ayrı-ayrılıqda açıqlayıblar.
Məlum olur ki, Aydın Abdullayevə təqdim etdiyi üzlük daşa görə 119 min 532, 5 manat, Bəxtiyar Ənnağıyevə təqdim etdiyi kabel, taxta, şlanq və ayaqaltı müqabilində 25 min 145 manat, eləcə də 13 işçiyə çatası 10 min 270 manat, Bilal Piriyevə təqdim etdiyi üzlük daş üçün 98 min 339 manat, Çingiz Mansurova təqdim etdiyi beton qarışığına görə 244 min 300 manat, həmçinin Sumqayıtda quraşdırılmış dövlət bayrağın daşınma xərcləri olaraq üçün 4000, Elçin Qarayevə təqdim etdiyi üzlük daşı 36 min 300 manat, Eyvaz Abbasova təqdim etdiyi betonaltı dəmir torun müqabilində 198 min 600 manat, bayrağın trosunun qaydaya salınması xərcləri olaraq 3000 manat, İsa Qasımova təqdim etdiyi üzlük daşı üçün 136 min 500, Məhəmməd Əsgərova təqdim etdiyi tamet daşına görə 179 min manat, həmçinin bayrağa görə ondan alınmş 40 min dollar, Rəşad Abbasova təqdim etdiyi üzlük daşına görə 35 min 600 manat, nəhayət, Zöhrab Rzayevə təqdim etdiyi tamet daşı müqabilində 258 min 280 manat, eləcə də 1 ədəd avtokarın icarə haqqı olaraq 6 min manat verilməlidir.
İş adamları bildirir ki, fəhlələlərə də külli miqdarda borc yaranıb. Onların sözlərinə görə, ümumilikdə borc 3 milyon manatdan artıqdır.
İş adamları yazır ki, bu məsələdə yalnız Müqayis Verdiyev deyil, icra hakimiyyətinin vəzifəli şəxsləri də təqsirkardır. Onlar hesab edir ki, bu baxımdan işin Sumqayıt Şəhər Prokurorluğunda araşdırılması doğru deyil. İş adamlarının fikrincə, işi Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzarətindən çıxarmaq üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməlidir.
Sahibkarlar həmçinin Fəzail Hüseynov tərəfindən hədələndiklərini bildirirlər. Onları şikayətçilərin başına bir iş gələcəyi təqdirdə bunun Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi ilə ediləcəyini deyirlər.
Sonda müarciət müəllifləri dövlət başçısından məsələyə müdaxilə edib ədalətin bərqərar olunmasına yardımçı olmasını xahiş ediblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha yüksək vəzifə verdi

    Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha ...

    13-10-2015, 13:39

  • 
  • Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi

    Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi ...

    3-09-2015, 23:05

  • 
  • Sumqayıtın yeni başçısından ‘dəqiqə bir, qol bir’: pul yığımı başlayır

    Sumqayıtın yeni başçısından ‘dəqiqə bir, qol ...

    7-09-2015, 17:16

  • 
  • Zakir Fərəcov Xaləddin İsgəndərovun kürəyini yerə vurdu

    Zakir Fərəcov Xaləddin İsgəndərovun kürəyini yerə ...

    6-07-2016, 13:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu