GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudovla adı keçən icra başçısının şok korrupsiyası - Dosye

Eldar Mahmudovla adı keçən icra başçısının şok korrupsiyası - Dosye

Tarix: 26-03-2017, 22:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 768
Eldar Mahmudovla adı keçən icra başçısının şok korrupsiyası - Dosye

Süleyman Mikayılov Qaradağ Su-Kanal idarəsində Etibar İbrahimov və Əhliman Mansurovun qanunsuz əməllərinə şərik olub - Detallar

Nərimanovdan gəlmiş təzə rəisin müdhiş əməlləri ifşa olub və qaçqınlara kələyi faş edilib - İddialar

MTN rəhbərinə rayonda şərait yaratmış Qaradağ şefi prezidentin gözündən necə düşüb? - təfsilat

Hələ ötən ilin iyulunda Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) keçirilən hesabat yığıncağında yerli Su-Kanal idarəsi rəisi məruzə ilə çıxış edib.
Qaradağ rayon Su-Kanal Departamentinin rəisi İbrahimov Etibar Bayram oğlu görülmüş işlər və qarşıda duran vəzifələr haqda danışıb.
Belə məlum olub ki, yüksək səviyyədə fəaliyyət var, hər şey şəffafdır və Qaradağın icra başçısı Süleyman Mikayılov da hesabatdan razı qalıb.
“Gündəm-Xəbər”in araşdırması zamanı aydın olub ki, S.Mikayılovun ürəyinə su kimi səpilən həmin hesabatın alqışlarla qarşılanmasının səbəbi var imiş.
Demə, sukanal idarəsinin rəisi Əhliman Mansurov icra başçısı Süleyman Mikayılovu “görməmiş” heç bir əməliyyat həyata keçirməyib. İcra başçısını razı salan idarə rəhbərliyi öz maxinasiyalarını və qanunsuz işlərini davam etdiriblər.
Bu özbaşınalıqlar Qaradağ rayonunda yaşayan məcburi köçkünlər üzərindən reallaşıb və icra başçısı da korrupsiya əməliyyatına şərik olub. Prezidentin gözündən düşən və etimadını itirdiyi iddia edilən S.Mikayılovun bu rüsvayçı işlərdə rolunun olması məhz gəlir etmək niyyəti olub.
Nərimanovun rəisi olmuş Əhliman Mansurov Qaradağ Su-Kanal İdarəsinə ötən il dekabrda rəis təyin edilib. O, gələr-gəlməz təcrübəsini burada tətbiq edib və icra başçısının ürəyincə olub. S.Mikayılov bu idarədəki maxinasiyalardan qazandığı pulları məhz onun əli ilə əldə edib.
Belə ki, Qaradağ sukanal İdarəsi qaçqınların “cibinə girir”. Hətta, bununla bağlı rəsmi sənədləşmə apararaq, hər bir köçkün ailəsinə borc da yazırlar
Bu gün Qaradağ rayonu ərazisində yaşanan çoxsaylı problemlərdən biri də, təqribən 1680 ailəni əhatə edən və 6892 nəfər məcburi köçkünün başına gətirilən həngamələrin varlığıdır.
Bildirilir ki, əgər 2013-cü ildən bu günə kimi məcburi köçkün ailəsinin hər üzvünə 5 kub içməli təmiz su verilirdisə və verilən hər kub suya görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsindən ayrılan vəsait Qaradağ rayon Su-Kanal İdarəsinə köçürülürdüsə, bu heç vaxt hansısa söz-söhbətin əmələ gəlməsinə də səbəb olmurdu.
Amma, bu gün yeni rəhbərliyin atdığı addımların nəticəsində “yeni ocaq”lar yanmağa başlayıb. Çünki hər bir köçkün ailəsinin üzvü ay ərzində verilmiş normadan az miqdarda içməli su işlədirsə, deməli ona aid Su-Kanal İdarəsinin balansında xeyli miqdarda vəsait qalır.
Əslində həmin vəsait dövlət tərəfindən ödənildiyi üçün, toplanmış vəsaitlər məcburi köçkün ailəsinin hər bir üzvünə çatmalı və həmin şəxş də, toplanmış vəsaitdən istədiyi formada istifadə etmək hüququna malikdir.
Qaradağ rayon Su-Kanal İdarəsinin əməkdaşları məcburi köçkünlərin yaşadıqları mənzillərə gedir və içməli sudan istifadəyə görə borc əmələ gəldiyini də bildirirlər.
Hətta, bununla bağlı rəsmi sənədləşmə apararaq, hər bir köçkün ailəsinə borc da yazırlar. Düzdür, 2017-ci ildə məcburi köçkünlərin kommunal xidmətlərdən istifadəyə görə imtiyazları ləğv edildi.
Amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məcburi köçkünlərə içməli təmiz suya görə ödənilmiş vəsaitlərin xeyli hissəsi Qaradağ rayon Su-Kanal İdarəsinin balansında qalsa da, yeni rəhbərlik toplanmış vəsaitləri sahiblərinə verməkdən imtina edir. Bu da məcburi köçkün ailələrinin haqlı narazılığına səbəb olmaqdadır.
Faciə odur ki, Su-Kanal İdarəsinin əməkdaşları məcburi köçkün ailələrinə borc yazarkən onu da bildirirlər ki, “heç də narahat olmayın, yazılmış borcları mart ayında siləcəyik”. O halda sual oluna bilər ki, bu cür addım nəyə əsaslanıb atılacaq?
Ötən illər ərzində yığılıb qalan və məcburi köçkünlərə verilməli olan təqribən 20-30 min vəsaitin, Qaradağ rayon Su-Kanal İdarəsi tərəfindən mənimsənilməsinə hesablanmış addımdır.
Bu pullardan S.Mikayılova çatdığı deyilir. “Azərsu” ASC rəhbərliyinin də göz yumduğu bu məsələ məmurları hərtərəfli qane edib.
“Gündəm-Xəbər”in apardığı araşdırması zamanı aydın olub ki, Qaradağın icra başçısı təkcə sukanal idarəsi rəhbərliyi ilə deyil, MTN şefi olmuş Eldar Mahmudov şəbəkəsi ilə də işləyib.
Bu rayon MTN-nin keçmiş rəhbərinin obyektlərinin çoxluğu ilə fərqlənən rayonlardan biri olub. Keçmiş nazirin Qaradağ rayonu ərazisində bir neçə obyekti və hətta Lokbatanda 2 böyuk marketi, bir avtosalonu fəaliyyət göstərib.
S.Mikayılov Eldar Mahmudovun qüdrəti qarşısında duruş gətirməməklə yanaşı, bu xidmətin müqabilində müəyyən qədər gəlir də əldə edib.
Rayon daxilində yolların genişləndirilməsi planlarının icrası zamanı E.Mahmudovun obyeklərinə dəyə biləcək zərərin qarşısının alınmasında da icra başçısı canfəşanlıq göstərib.
Belə ki, məhz Süleyman Mikayılovun tapşırığı ilə Eldar Mahmudovun obyeklərini yolların genişləndirilməsi planına düşməməsi təmin edilib.
Bu günlərdə isə ölkə mətbuatında qardaşı Bağır Mikayılovla bağlı yayılmış Qaradağ RİH başçısı üçün gözlənilməz zərbə olub. Həmin məlumatlarda deyilir ki, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır.
Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib.
Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib, işlərin müqabilində pullar ödəyiblər. Bəzi bilgilərə görə, belə adamların toplam sayı 50 nəfərdən çoxdur.
Məlumatda qeyd edilir ki, Bağır Mikayılovun həmin şəxslərə 500 min manatdan artıq borcu yaranıb. Həmin şəxslər isə pullarını geri ala bilmədiklərindən şikayətçi düşüblər.
İcra başçısının qardaşını müdafiə etməsi isə şikayətçilərin daha yuxarı instansiyalara müraciət etməsinə səbəb olub. Bu isə onsuz da etimadı zədələnmiş icra başçısı üçün daha bir zərbə olub.
Yeri gəlmişkən, adı həmişə qanunsuzluqda hallanmış və prezidentin ona olan inamını itirmiş icra başçısının daha bir skandalını xatırlamaq yerinə düşər.
Qaradağ Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rasim Hüseynov Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil İsmayılov Natiq İsmayıl oğlundan külli miqdarda rüşvət tələb etmişdi. Hətta mətbuatda buna dair səs yazısı da paylaşılmışdı.
Məsələ böyüdükdən sonra isə fakt qarşısında qalan Qaradağ RİH başçısı Süleyman Mikayılov R.Hüseynova bir müddət icra aparatında görünməməyi, hər şey unudulandan sonra yenidən vəzifəsinin başına qayıda biləcəyini demişdi.
Qaradağ rayonunda, əksər yerlərdə rüşvətsiz tikinti həyata keçirmək mümkünsüzə çevrilib. Fərdi ev tikintisinə imkan vermirlər, ciddi problem yaradırlar. Bu problemlər heç də qısa şəkildə izah olunmaqla bitmir.
Qaradağın icra başçısı Süleyman Mikayılov, müavinləri Emil Abbasov və Elnur Qurbanov, meydan sulayırlar. Xüsusən də fərdi ev tikintisində şıdırğı rüşvət olduğu xəbər verilir.
Puta qəsəbə nümayəndəsi İsa Gözəlov, Korgöz qəsəbə nümayəndəsi Zaur Məmmədov, Qızıldaş qəsəbə nümayəndəsi İlham Yusifov, Çeyildağ qəsəbə nümayəndəsi Akif Cavadov icra başçısının komandasında yer alır və onların əlindən heç bir vətəndaş daşı daş üstünə qoya bilmir.
Mediada gedən məlumatlara görə, Süleyman Mikayılovun 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyi barədə tərcümeyi-halında qeyd var. Ancaq bu rəsmi sənədlərdə olandır.
Əslində isə icra başçısının Dərbənddə adı bəlli olmayan bir ali məktəbə pul müqabilində daxil olduğu deyilir. 2001-ci ildə həmin ali məktəbdə tələbələr siyhısında Süleyman Mikayılovun da adı olub və düz 1 il müddətində həmin məktəbdə “təhsil alıb”.
1 il sonra isə köçürmə yolu ilə BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı hətta bir zamanlar tərcümeyi-halına elmlər namizədi olduğuna dair qeyd də yazdırmaq istəyib.
Amma bu arzusunu hansısa səbəbdən reallaşdıra bilməyib və bu istiqamətdə çalışmalara hansısa səbəbdən yarımçıq buraxmalı olub. Onun rəhbərliyi dönəmində rayondakı vəziyyət getdikcə ağırlaşıb.
Sahibkarların, xüsusilə də daş karхanalarının rəhbərlərinin hədəfə alınması, onların fəaliyyətinə maneə törədərək qazancalarına şərik olmaq kimi müxtəlif qanunsuz əməllərə imza atan icra başçısı nüfuzunu itirib.
Amma prezidentin son xəbərdarlığından sonra da fəaliyyətini eyni qaydada davam etdirməkdə israrlıdır. Onu da deyək ki, icra başçısı “Kurtlar vadisi” serialının məşhur obrazı “Çakır” adlanır.
“Mən prezidentin təyin etdiyi icra başçısıyam. İşim göstərilən etimadı doğrultmaq və xalqa xidmət etməkdir. Mən bilmirəm ki, nəyə görə, mətbuatda adımı “Çakır” deyə yazırlar”.
Bu sözləri bir neçə il əvvəl açıqlamasında Süleyman Mikayılov adının mediada “Çakır” yazılmasına münasibət bildirərkən söyləmişdi.
Onun sözlərinə görə, “Çakır” adını bir filmdə görüb, yazırlar: “Mən “Çakır“ deyiləm. Mənim işim yalnız xalqa xidmət etməkdir. Başqa nə deyirlər, yazırlarsa özləri bilsinlər".
Problemin varlığını diqqətdə saxlayacağıq. Araşdırmalarımız davam edəcək. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaradağ Su-Kanal İdarəsi qaçqınların “cibinə girir”

    Qaradağ Su-Kanal İdarəsi qaçqınların “cibinə ...

    13-03-2017, 22:31

  • 
  • Qaradağı viran qoyan icra başçısının komandasında kimlər var? - Araşdırma

    Qaradağı viran qoyan icra başçısının komandasında ...

    14-03-2017, 20:01

  • 
  • Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı

    Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı ...

    12-05-2016, 16:40

  • 
  • Ucar Su İdarəsi müdiri büdcəni dağıdır

    Ucar Su İdarəsi müdiri büdcəni dağıdır ...

    23-06-2015, 12:45

  • 
  • Ucar Su İdarəsi müdiri büdcəni dağıdır

    Ucar Su İdarəsi müdiri büdcəni dağıdır ...

    23-06-2015, 12:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu