GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kürdəmir səhiyyəsində həyacan təbili çalınır

Kürdəmir səhiyyəsində həyacan təbili çalınır

Tarix: 14-09-2016, 20:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 988
Kürdəmir səhiyyəsində həyacan təbili çalınır

Əldə etdiyimiz məlumatlara görə Məhəmməd Musayev, hər bir həkimə nəzarətini həyata keçirmək üçün, özünün etibar etdiyi şəxslərin imkanlarından istifadə edir və həmin şəxslər də gündəlik ona hesabatlarını çatdırırlar
Hal-hazırda Azərbaycan səhiyyəsinin yenidən qurulması və bu sahədə əmələ gələn hər cür neqativ amillərin aradan qaldırılması istiqamətində əməli addımlar atılırsa, nədənsə səhiyyəmizin bir çox sahələrində əmələ gələn problemlərin varlığına rəvac verən şəxslər hələ də vəzifə başındadırlar. Bu sırada adı daha çox hallanan vəzifə sahiblərindən biri də, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi cənab Məhəmməd Musayevdir. Onun iş fəaliyyəti haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, MRX-sı bir neçə il bundan əvvəl təmir olunub qaydaya salınsa da, qaydaya salınmayan yalnız baş həkimin diktəsi ilə həyata keçirilən idarəçilikdə yaşanan problemlərin varlığıdır. Çünki, Azərbaycanın dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin pulsuz olmasını nəzərdə tutan qanunların varlığına baxmayaraq, bu gün rayon ərazisindəki hər bir poliklinika və ya xəstəxana yazılmamış qanunlarla idarə olunmaqdadır.
Məlumatlı mənbə bildirir ki, bu gün rayon sakinlərinə təqribən 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim tibb məntəqəsi, 33 tibb məntəqəsi və Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir ki, bu da rayonun ümumi səhiyyə sistemində 112 həkimin, 416 tibb bacısının və 415 kiçik tibb işçisinin zəhməti müqabilində əmələ gəlir.
Əldə etdiyimiz başqa bir məlumatlara görə, təqribən bir il müddətinə yaxın vaxt ərzində rayonun mərkəzi xəstəxanasına rəhbərlik edən Məhəmməd Musayev, hal-hazırda həyata keçirdiyi idarəçiliklə nəinki kollektiv üzvlərindən bəzilərini, hətta səhiyyə ocaqlarına üz tutan xəstələrin də tam əksəriyyətini narazı salmaqdadır. Baş qaldıran narazılığın kökündə isə, yuxarıda qeyd etdiyimiz kimi baş həkimin həyata keçirdiyi idarəçilik durur. Məsələn, rayonun səhiyyə ocaqlarına üz tutan xəstələr müayinə, müalicə olmaq istəyərlərsə, mütləq həkimlərini “görməli” və tibb bacılarının da hüzurunda “sərasər dayanmalıdırlar”. Vay o xəstənin halına ki, onun səhhətindəki problemlə bağlı onu Bakıya çatdırmaq lazım gəlsin. O zaman xəstənin yaxınları müəyyən olunmuş “rüsum”u ünvanı üzrə çatdırmalıdır ki, niyyətlərini “çin” edə bilsinlər.
Kürdəmir səhiyyəsində yaşananlarla bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə onu da bildirir ki, rayonun kənd xəstəxanalarında və digər tibb məntəqələrində ən adi sanitar qaydalara riayət olunmadığından, belə bir problemlərin varlığı gündəlik yeni-yeni problemlərin əmələ gəlməsinə də səbəb olur. Baş həkimin idarəçiliyində diqqəti çəkən məqam, onun həkimləri nəzarətində saxlaya bilməsidir. Məsələn, əldə etdiyimiz məlumatlara görə Məhəmməd Musayev, hər bir həkimə nəzarətini həyata keçirmək üçün, özünün etibar etdiyi şəxslərin imkanlarından istifadə edir və həmin şəxslər də gündəlik ona hesabatlarını çatdırırlar. Düzdür, belə bir addımın atılması kifayət qədər uğurlu addım olsa da, daha çox isə, neqativ amillərin əmələ gəlməsinə səbəb olur ki, bunun da zərbəsi çox zaman imkansız xəstələrə, yaxud da onların yaxınlarına dəyir.
Çatdırılan məlumatlarda o da bildirilir ki, Kürdəmir MRX-sı ilə bərabər, rayonun digər tibb müəssisələrində də, nazirlik tərəfindən xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar heç də lazımınca icra olunmur. Məsələn, adicə qeydiyyatları aparılmış vərəmli və şəkərli diabet xəstələr pulsuz dərmanlarla təmin olunmalı olduqları halda, belə bir təminolunma da lazımınca həyata keçirilmir. Sakinlərə göstərilməli olan pulsuz tibbi xidmətlər, ümumi şəkildə götürdükdə yox səviyyəsindədir.


Rayon sakinlərini narazı salan məqamlardan biri də, tibb müəssisələrinə dərmanlar alınan zaman şişirdilmiş qiymətlərin göstərilməsidir. Məsələn, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman, təqribən üç-dörd dəfə artıq göstərilir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında və onun tabeçiliyində olan müəssisələrdə hər tibbi xidmətlərə görə müəyyən məbləğdə “haqq-hesab”ın alınması, dərman preparatları ilə həyata keçirilən spekulyasiyalar, səhiyyə ocaqlarında cərrahiyə və digər tibbi əməliyyatların çox zaman antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar, zaman-zaman təsdiqini tapmaqdadır. Bəzi şəxslərin iddialarına görə, hətta elə hallar da olur ki, infeksiya daşıyıcılarının aşkarlanma faktları xəstəxana səlahiyətliləri tərəfindən də gizlədilir.
P.S. Hörmətli oxucular! Hal-hazırda səhiyyə sahəsi dövlətimiz üçün olduqca strateji əhəmiyyət kəsb edən sahələrdən biri hesab olunur. Belə bir səbəblər üzündən də, Kürdəmir səhiyyəsində yaşanan problemlər bir mətbu orqan olaraq bizim də diqqətimizi cəlb etməkdədir. Odur ki, növbəti açıqlamalarımızda bu rayonun səhiyyə müəssisələrində yaşanan digər olaylardan da bəhs etməyə çalışacağıq.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    29-04-2016, 17:16

  • 
  • Nəqliyyatımızın bərbadlığı

    Nəqliyyatımızın bərbadlığı ...

    4-02-2015, 23:25

  • 
  • Ağstafa Mərkəzi Xəstəxanasında İlham Mustafayevin “hoqqaları”

    Ağstafa Mərkəzi Xəstəxanasında İlham Mustafayevin ...

    13-05-2015, 22:01

  • 
  • Etibar müəllimin etibarsızlığı

    Etibar müəllimin etibarsızlığı ...

    26-10-2015, 21:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu