GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səbail rayonunda sahə müvəkkili əlil sahibkarı intihara sürükləyir - ŞOK İDDİA

Səbail rayonunda sahə müvəkkili əlil sahibkarı intihara sürükləyir - ŞOK İDDİA

Tarix: 19-04-2017, 17:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 828
Səbail rayonunda sahə müvəkkili əlil sahibkarı intihara sürükləyir - ŞOK İDDİA

Rafiq Şıxəliyev: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumdan, hər ay qanunun tələbinə uyğun dövlətə vergi də ödəyirəm”

İctimai həyatımızda vətəndaş-polis münasibətlərinin tənzimlənməsi, tərəflər arasında normal ab-havanın yaşadılması və s. hər zaman aktuallıq kəsb edən məsələlərdən olub. Çünki, DİN-i dövlətimizin əsas strukturlarından biridir və adı çəkilən quruma inam olduqca da böyükdür. Bu belə olduğu halda görəsən səbəb nə olur ki, ara-sıra “Gündəm Xəbər” qəzetində və digər mətbu orqanlarda vətəndaş-polis münasibətlərinə toxunulur, daxili işlər orqanı əməkdaşlarından bəziləri ilə ayrı-ayrı şəxslər arasında yaşanan qarşıdurma halları da ictimailəşdirilir. Tərəfimizdən bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, DİN-nin struktur bölmələrində çalışan əməkdaşlardan bəziləri, daşıdıqları vəzifələrinə güvənərək polis adıyla uzlaşmayan addımlar atırlar, polis haqqında qəbul olunmuş təlimatlardan kənara da çıxırlar. Məsələn, bir-iki gün bundan öncə redaksiyamıza müraciətini ünvanlayan və 29 mart 2017-ci il tarixdən üz-üzə qaldığı problemlərin ictimailəşdirilməsini xahiş edən, həmçinin Bakı şəhəri, Nəsimi rayonu Ə.Quliyev küçəsi ev-114, mən-9 ünvanında qeydiyyatda olan Şıxəliyev Rafiq Firudin oğlu yazmış olduğu müraciətində bildirir ki, “gözümdə əmələ gələn problemlə bağlı 2012-ci il tarixdən birinci qrup əlil olsam da, 1995-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Belə ki, vaxtilə Səbail RİH-nin başçısına etdiyim yazılı müraciət əsasında, mənə 17 fevral 1995-ci il tarixdə RİH başçısının imzaladığı №499 saylı sərəncamla, Badamdar qəsəbəsi 1-ci yaşayış masivində 600 (altı yüz) kv.m. torpaq sahəsi verildi. Bir müddət keçdikdən sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirdim və 11 mart 2008-ci il tarixdə isə, Daşınmaz Əmlakın Dövlət Reyestrindən № 0101187 saylı çıxarış da aldım. Vaxtilə inşa etdirdiyim fərdi yaşayış evimdə hal-hazırda minbir xırdavat malları satmaqla, uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Belə bir fəaliyyət növü ilə məşğul olduğum üçün, hər ay qanunun tələbinə uyğun dövlətə vergi də ödəyirəm.
Bütün bunlara baxmayaraq, 29 mart 2017-ci il tarixdə saat 13:00-da ərazi üzrə sahə müvəkkili işləyən Mahir Musayev və özünü RİH-nin əməkdaşı kimi təqdim edən digər mülki geyimli şəxs mağazama daxil oldular və onun sökülməsini tələb etdilər. Onu da vurğulayım ki, həmin şəxslər mağazamı dağıtmaq üçün özləri ilə əraziyə traktor da gətirmişdilər. Elə ki, mağazamın içərisində bir qədər mübahisə etdik, çox keçmədi ki, sahə müvəkkili məni təhqir etdi, ünvanıma nalayiq ifadələr işlətdi və teztələsik mağazanın ön hissəsindəki kameraları sındırdılar ki, hər hansı çəkilişi əldə etmək mümkün olmasın. Hələ bu azmış kimi, elektrik xətlərini kəsib atdıqdan sonra, mağazamın üst hissəsini gətirdikləri traktorla uçurtmağa da başladılar. Mağazamı niyə uçurdursunuz deyə sual etdikdə, Mahir Musayev “otur bu maşına, mən sənə hər şeyi izah edərəm niyə uçurduruq” deməkdən də çəkinmədi.
Ərazi üzrə sahə müvəkkili işləyən Mahir Musayevlə belə bir qarşıdurma yaşanmasının kökündə, mənim ona aylıq “haqq-hesab” verməməyim səbəb olur. Çünki, o, daim bildirir ki, “sən mənə aylıq “haqq-hesab” verməlisən, mən də RPİ-nin rəhbərliyinə çatdırmalıyam. Yoxsa məni işləməyə qoymazlar” deyir. Axı, mən sahə müvəkkilinə niyə aylıq “haqq” verməliyəm? Sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, qanunun tələbinə uyğun vergi borcumla bərabər, kommunal xidmətlərdən istifadəyə görə digər borclarımı da ödəyirəm.
Onu da bildirim ki, sahibi olduğum mağazamın yerləşdiyi ərazi heç bir dövlət əhəmiyyətli lahiyə planına düşmədiyi və bir kimsəyə maneçilik yaratmadığı halda, sahə müvəkkili tərəfindən belə bir zorakılığa məruz qalmağım, məni cənab Prezidentimizə, Mehriban xanım Əliyevaya, DİN-nin 102 xidmətinə müraciət etməyə vadar etdi. Düzdür, etdiyim müraciətlərin araşdırılması hal-hazırda BŞBPİ-nin əməkdaşları tərəfindən həyata keçirilir və bununla bağlı adı çəkilən qurumun əməkdaşı izahatımı da alıb. Bu gün də təçviş içindəyəm. Çünki, özümün 1-ci qrup əlil olmağımı, həyat yoldaşımın Xankəndindən məcburi köçkün düşməsini, zəmanəmizin çətinliyini və s. nəzərə almayan Mahir Musayev, yenə də mağazamı uçurdacağı ilə mənə mesajlarını çatdırır. Düzdür, 29 mart 2017-ci il tarixdə saat 13:00 radələrində, Mahir Musayev şəxsi mülkiyyətimdə olan mağazamın yalnız dam örtüyünü dağıtdıra bilmişdi. Bu gün isə ehtiyat edirəm ki, bu şəxs qəflətən addımını atar və mağazamı yerli-dibli dağıtdırar. Odur ki, problemin ictimailəşdirilməsinə qərar verdim ki, DİN-nin rəhbərliyi polis adıyla uzlaşmayan əməllərə qol qoyan sahə müvəkkilinin addımlarından az-çox xəbərdar ola bilsin. Düşünürəm ki, bir sahibkar olaraq üz-üzə qaldığım problemin ictimailəşdirilməsi, məni intihara sürükləyən sahə müvəkkilinin özünü “yığışdırması” ilə də nəticələnəcək.
Axı, bu gün ölkə rəhbəri sahibkarlıq məsələsinə olduqca önəm verir və yerli vəzifə sahiblərinə bu yöndə lazımi tapşırıqlarını da verir. Məsələn, cənab İlham Əliyev keçirdiyi müşavirələrin birində demişdir: “Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”. Bu belə olduğu halda, görəsən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafiq Şıxəliyevin sahə müvəkkili tərəfindən “gözümçıxdıya” salınmasına səbəb nədir?
İşıq üzü görən açıqlamada sadalananlar şikayətçiyə məxsus olduğundan, hələlik yaşananlarla baрlı geniş açıqlama dərc edə bilmirik. Ona görə də problemin varlığını diqqətdə saxlayıb, növbəti saylarımızda daha geniş açıqlamalar dərc etməyə çalışacağıq. Bugünkü açıqlama hazırlanarkən, sahə müvəkkili Mahir Musayevlə heç cür əlaqə saxlaya bilmədiyimizdən, açıqlamanı bitərəfli qaydada dərc etməyə məcbur olduq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naftalanda sahə müvəkkili “at oynadır”

    Naftalanda sahə müvəkkili “at oynadır” ...

    4-04-2017, 23:00

  • 
  • Qubada polis rəisi stomotoloqları “tasa otuzdurub” - ŞOK İDDİA

    Qubada polis rəisi stomotoloqları “tasa ...

    4-04-2017, 22:54

  • 
  • Küçə söyüşləri söyən polis mayoru, hansı cəzaya məhkum ediləcək?

    Küçə söyüşləri söyən polis mayoru, hansı cəzaya ...

    17-01-2017, 17:40

  • 
  • Daxili İşlər Nazirliyi işçi axtarır - Vakant vəzifələr

    Daxili İşlər Nazirliyi işçi axtarır - Vakant ...

    25-11-2014, 20:26

  • 
  • "Polis dövlətçiliyin əsas sütunlarından birinə çevrilib" - Fuad Ələsgərov

    "Polis dövlətçiliyin əsas sütunlarından ...

    2-07-2015, 14:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu