GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mətbuat Şurasının reketçiklə mübarizəsi yoxsa mediaya təhdid? - Təfsilat

Mətbuat Şurasının reketçiklə mübarizəsi yoxsa mediaya təhdid? - Təfsilat

Tarix: 27-04-2017, 12:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 661
Mətbuat Şurasının reketçiklə mübarizəsi yoxsa mediaya təhdid? - Təfsilat


Mətbuat Şurası Dövlət Təhlükəsizliyi Xidmətini və Daxili İşlər Nazirliyini bu prosesə cəlb edir; mürəkkəb situasiyanın başlanğıcının təməli qoyulur
Medianın və peşəkarlığın bəlasına çevrilmiş reket jurnalistika ilə mübarizə müstəqil mətbuatın da azadlığını boğacaqmı? - Detallar


Mətbuat Şurası reket jurnalistikaya qarşı mübarizə tədbirlərini genişləndirir. Azərbaycan mətbuatında ayaq açıb yeriyən reket mediası ciddi problemə çevrilməkdədir.
“Qurunun oduna yaş da yanır” deyiminə uyğun olaraq müstəqil və peşəkar mətbuat da reket jurnalistlərin ucbatından öz nüfuzunu itirməkdədir.
Buna qarşı zaman-zaman mübarizə olsa da, faktiki reket medianın tamamilə bir sinif kimi silinməsi üçün siyasi iradə nümayiş etdirilmir. Ona görə ki, həmin jurnalistləri ayrı-ayrı məmurlar, vəzifəli şəxslər indiyə kimi himayə edirlər.
Eyni zamanda, Mətbuat Şurasıın özü də reket jurnalistikası ilə mubarizədə yumşaqlığı İlə diqqət çəkib. Ancaq indi MŞ Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi ilə birgə bu kimi problemləri kökündən həll etməyə başlayır.
Əlbəttə, irəli sürülən təşəbbüs bu sahənin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımdır və müəyyən nəticələrin olacağı gözləntiləri də realdır. Lakin MŞ-nın məsələnin həllinə yanaşma forması kifayət qədər aqressiv və təhdid üsulunda qoyulub.
“Gündəm-Xəbər” yazır ki, MŞ hüquq-mühafizə orqanlarını bu işə cəlb etməklə mürəkkəb bir prosesin təməlini qoymuş olur.
Söhbət jurnalistlərin təzyiq və məhdudiyyət altında işləməsindən, əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün qarşı tərəfin fikrini öyrənən zaman bunun reketçilik kimi qiymətəndirilməsindən gedir.
Məsələn, adicə bir misal çəkək. Hələ bir müddət bundan əvvəl Gəncədəki musiqi kolleci direktorunun rüşvətxor əməllərinə aydınlıq gətirmək üçün, “Gündəm-Xəbər”in müxbiri kollecin rəhbərinə zəng edib onunla əlaqə saxlayır. Məqsəd qarşı tərəfin problemlərin varlığına münasibətini öyrənmək olur. Çox keçmir ki, adı çəkilən musiqi kollecinin direktoru olmuş Gülçin Mirzəyeva Mətbuat Şurasına şanlı şikayətini ünvanlayır və “Gündəm Xəbər”in əməkdaşını əməlli-başlıca ittiham da edir. Elə ki, MŞ-da araşdırmalar müəyyən aparılır, o zaman bəlli olur ki, xanım Mirzəyevanın rəhbərlik etdiyi kolleclə bağlı, adı çəkilən mətbu orqanda heç bir açıqlama dərc olunmayıb. Sadəcə olaraq xanım direktor qabaqlayıcı addım atıb məqsədinə nail olmaq istəsə də, son anda atdığı addım “fiaksoya” uğrayır.
Əməkdaşımızın hazırladığı məqalə çapa getdikdən 3-4 gün sonra prokurorluq direktoru rüşvət üstündə yaxaladı. Əgər prokurorluq araşdırma aparmasaydı, saytın kollecə zəngi reketçilik, şantaj etmək kimi qiymətləndiriləcəkdi.
Odur ki, mübahisəli vəziyyət yaranıb. MŞ isə obyektiv və real şəkildə iş aparmalıdır. Əks təqdirdə, DTX və DİN-lə birgə mübarizə tədbirləri sanki medianın üzərinə bir ordunun yürüməsi kimi görünəcək.
Və yaxud hansısa jurnalist əldə etdiyi xəbəri dəqiqləşdirmək üçün məmura zəng edir, həmin xəbərə qarşı tərəf münasibət bildirmir, yazı dərc olunur.
Bu halda DTX və DİN mətbu orqanı bir vəzifəli şəxsi təhdid etməkdə ittiham edəcəkmi? Bütün bu nüanslara aydınlıq gətirilməlidir.
“Gündəm-Xəbər” yazır ki, bundan sonra mediadan şikayətləri DTX, DİN araşdıracaq. Bu işə prokurorluq və başqa dövlət orqanları da qoşulacaq. Yəni, daha sistemli şəkildə mübarizə gözlənir.
MŞ sədri Əflatun Amaşovun sözlərinə görə, işə dövlət qurumları da cəlb olunub: “Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək”.
Ə. Amaşov bildirib ki, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır:
"Həmişə şikayət olur ki, jurnalist və yaxud mətbuat orqanı reketçilik edir. Amma bunun qarşı tərəfi də var axı... Yəni şantaj olunan məmur, təşkilat, yaxud dövlət qurumu. Məmurun nə marağı var ki, jurnalistə pul verir?
Elə məqam ola bilər ki, hansısa qurum, hansısa təşkilat mətbuat orqanını, jurnalisti ittiham edər. Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq.
İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin o jurnalistlə bağlılığı, jurnalistlərə pul veribmi, verməyibmi – bunlar hamısı gün işığına çıxarılacaq.
Yəni komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır”.
Şura sədri bildirib ki, həmin komissiyada internet medianı Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Parlament Jurnalistləri birliyinin sədri Elşad Eyvazlı təmsil edəcək:
“Nəzarət-Təftiş Komissiyasının üzvü Elşad Eyvazlı da həmin komissiyaya salınıb. O media ilə bağlı şikayətlərin obyektiv şəkildə araşdırılmasında iştirak edəcək”.
“Gündəm-Xəbər” yazır ki, reket jurnalistikası əslində jurnalistika faktı deyil. Onlar cəmiyyət üçün təhlükəli məlumatlar yayan, vətəndaşları mənəvi cəhətdən zədələyən, zorla, hədə yolu ilə insanlardan pul qoparmağa çalışan saxtakarlardır.
Onlar cəmiyyətin alaq otlarıdır. Bunları kökündən qopardıb atmaq lazımdır. Onlar həm jurnalistika adına, həm də hüquq adına ləkədir. Buna görə bunlara qarşı mübarizə aparmaq lazımdır.
Amma heç bir halda normal tənqid yazan saytın, qəzetin bu bahanə ilə fəaliyyəti məhdudlaşdırıla bilməz. "Reket jurnalistlər" bəlidir.
Cəmiyyətdə bunlar haqqında təsəvvür var. Onlar yazmırlar, anonim informasiyalar hazırlayıb insanları hədələyirlər. Onlar mütəşəkkil, kriminal qruplaşma və ya jurnalist də ola bilərlər.
Çünki həmin jurnalistika cəmiyyətdə heç bir ictimai rəy yarada bilməzlər. Cani nə qədər təhlükəlidirsə, bu cür jurnalistlər də cəmiyyət üçün o qədər təhlükəlidir və bunların hər ikisi də kriminal elementlərdir.
Həqiqi jurnalistika ilə "reket jurnalistikası"nı bir-birindən ayırmaq lazımdır. Cinayətkarlığa "reket jurnalistika"sı adını qoymaq yanlışdır.
“Reket jurnalistika” ilə məşğul olanlar qeyri-dəqiq faktı müxtəlif rəylərlə mütəmadi olaraq yaymaqla məşğuldurlar.
Əgər əlində əsaslı faktlar varsa, bir ay ərzində yaxşı yazı vermək mümkündür. Amma, bir fərd haqqında həftədə 3-5 yazı verirsənsə, bu artıq fəaliyyətinin nə olduğunun göstəricisidir.
“Gündəm-Xəbər” yazır ki, elə mətbuat orqanları var ki, peşə davranış qaydalarını mütəmadi olaraq pozur, jurnalistika prinsiplərinə tamamilə zidd hərəkətlər edirlər.
Amma MŞ bu hallara göz yumduğu məqamlar olub. Səbəbləri bəlli olmasa da, reket medianın yaranma amiləri, onları himayə edən qüvvələrin kimliyi arxa lana keçirilir.
Adi bir oğrunu həbs etmək nə qədər sadə işdirsə, reket jurnalisti tutmaq da o qədər sadədir.
Əgər həmin illərlə fəaliyyət göstərirsə, demək ki, reket mediaya qarşı mübarizə təkcə onları zərərsizləşdirmək deyil, hamilərini də ifşa etməkdir. Necə ki, son həbslərsə bunu görmək mümkün oldu.
Öz məqsədlərini həyata keçirmək üçün bu sahədən daha yaxşı təbliğat vasitəsi düşünə bilməyənlər elə jurnanilstika vasitəsilə də istəklərini həyata keçirir. Çox zaman da niyyəti xoş olmayan insanların jurnalistka peşəsindən, bu peşənin çətinliklərindən xəbəri olmur.
Və yaxud jurnalist hansısa informasiyanı dəqiqləşdirmək üçün bir yox, telefonu açmadığı halda bir neçə dəfə eyni məmura zəng edirsə, yekunda cavabsız qalan zənglərdə sonra məqalə dərc olunursa, həmin vəzifəli şəxs MŞ-a, DTX və DİN-ə şikayət edirsə, bunu reketçilik kimi qiymətləndirmək düzgündürmü? Ən azı həmin media şantaj ya da pul tələb etmir.
“Gündəm-Xəbər” yazır ki, reket jurnalistlərin böyük əksəriyyəti orta məktəb səviyyəsi həcmində savaddan da bixəbərdirlər.
Azərbaycan mətbuatında savadsız bir kütlə-"jurnalistlər" peyda olub və onlar mətbuatı korlamaqla məşğul olurlar.
Öz tərcümeyi-hallarını yazanda belə səhvə yol verirlər. Nəinki ifadə səhvlərinə, orfoqrafik səhvlərə yol verirlər. Bunlar da qəbulolunmaz hallardır.
Onu da demək lazımdır ki, məmurların fəaliyyətləri şəffaf şəkildə olmadığı üçün ölkədə “reket jurnalistika”sının kökünün tamamilə kəsilməsi bir qədər çətin olacaq.
Reket jurnalistika xofu ölkəmizdə elə sürətlə yayılıb ki, artıq vəzifəli şəxslər jurnalist görəndə əllərini ciblərinə atmağa adət ediblər.
Bunun qabağını almaq üçün Mətbuat Şurasının apardığı mübarizə müəyyən təsirə malik olsa da, yetərli deyil.
Çünki hər dəfə yeni siyahılar tərtib olunduqca, yeni "reket göbələklər” yaranır. Sadəcə bu ölkədə kimin kim olduğu, haradan gəldiyi, necə həyat yaşadığı hər kəsə gün kimi aydındır.
Hazırda mətbuatın durumu yaxşı deyil və mediadakı mövcud vəziyyətin yaranmasında Mətbuat Şurasının da rolu az deyil. “Reket jurnalist"ləri bütün dövlət tədbirlərinə dəvət edənlərdən də bunu soruşmaq lazımdır.
Bəzi qəzetlər, saytlar müəyyən adamlar tərəfindən himayə olunur. Həmin şəxslər onlar qanunsuz əməllərinin arxasında dururlar. Bu yolverilməz haldır.
Belə şəxslər həmin KİV-in redaksiyasını cinayətə sürükləməklə məşğuldur. Bu, eyni zamanda cəmiyyətin sağlam formada inkişafına əngəl törədən maneələrdən biridir.
Əslində həmin yazıların özündə ciddi faktlar yoxdur. Əsası olmayan, qeyri-dəqiq faktı müxtəlif səpkilərdə yayırlar.
Məqsəd haqqında yazılan şəxsə psixoloji təsir etmək, mənəvi cəhətdən aşağılamaq, eyni zamanda onu ictimai nüfuzdan salmaqdır.
Bütövlükdə normal fəaliyyətini qura biləcək media orqanı peşə davranış qaydalarını əsas götürməlidir. Ümid edirik ki, MŞ-nın reketçiliyə qarşı yeni mübarizə tədbirləri ciddi nəticələr verəcək. Əks halda bu prosesə də qeyri-ciddi yanaşma olacaq və həmin “jurnalistlər” yenə fəaliyyətini davam etdirəcək.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mətbuat Şurası “reket” KİV-lərlə  mübarizəyə DTX, Prokurorluq və DİN-i cəlb edir – Yeni layihə

    Mətbuat Şurası “reket” KİV-lərlə mübarizəyə DTX, ...

    10-04-2017, 13:29

  • 
  • Bakıda “reket jurnalistlər" tutuldu – HƏM DƏ İŞ BAŞINDA

    Bakıda “reket jurnalistlər" tutuldu – HƏM DƏ ...

    21-04-2016, 01:01

  • 
  • "Ağlımıza gətirmirdik ki, o jurnalistlərin arxasında MTN-nin vəzifəli şəxsləri dura bilər"

    "Ağlımıza gətirmirdik ki, o jurnalistlərin ...

    30-03-2016, 01:44

  • 
  • Əvəz Zeynallının Mətbuat Şurası ilə davası davam edir

    Əvəz Zeynallının Mətbuat Şurası ilə davası davam ...

    19-12-2013, 09:28

  • 
  • Əvəz Zeynallı ilə Mətbuat Şurasının məhkəmə çəkişməsi başladı

    Əvəz Zeynallı ilə Mətbuat Şurasının məhkəmə ...

    13-08-2013, 16:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu