Ermənidən yumurta almayan sahibkarın suçu nə? - bir həbsin təfsilatı
“Xəmsə” sahibi Mürvət Həsənli erməni şərikləri olan “Emre Piliç” rəhbərinin aylar əvvəlki şikayəti əsasında mayın 3-dən “Banditizm”də saxlanır Prezident iş adamlarına dəstək verir, tanınmış biznesmen isə erməni ilə işləməkdən imtina etdiyi halda təzyiqlə üzləşir Bozaçıyanla Oskayanın səhmləri olan Türkiyədəki damazlıq firması niyə Azərbaycanda işləmək istəyir? - Şok pərdəarxası Azərbaycana yumurta satan erməni şirkətinin məhsullarının idxalına qadağa qoyulması əvəzinə onunla əməkdaşlığı dayandırmış təsərrüfat sahibinə təzyiqlər var. Ötən ildən medianın gündəmindən düşməyən bu məsələ artıq getdikcə fərqli yön almağa başlayıb və Türkiyədə fəaliyyət göstərən “Emre Piliç” şirkətinin səhmdarı Ömür Oralın şikayəti əsasında həbs gerçəkləşir. “Gündəm-Xəbər” yazır ki, söhbət məşhur “Xəmsə” və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət Həsənlinin mayın 3-dən Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılmasından gedir. Tanınmış iş adamından hələ də xəbər yoxdur və onun həbsinin detalları açıqlanmır. Belə görünür ki, onun saxlanması hansısa dairələrə lazımdır. Di gəl ki, M.Həsənli açıq şəkildə “Emre Piliç”də erməni səhmdarlar olduğunu bildiyi üçün əməkdaşlığı dayandırdığını elan edib. Azərbaycan vətəndaşı olan M.Həsənli erməni izi olan firmadan xalqına yumurta satmaq istəməyib və əfsus ki, sahibkar bu vətənpərvərliyinin qarşılığında həbs olunmaqla “mükafat” almış olur. Prezident iş adamlarına dəstək verir, qeyri-neft sektorunun inkişaf etdirir, sahibkarların üzləşdiyi maneələri aradan qaldırır, onlarla görüşlər keçirir, problemlərinin həllinə göstərişlər verir. Ancaq dövlət başçısının bu iqtisadi siyasətinin əleyhinə olaraq M.Həsənli saxlanır və onun timsalında iş adamlarında bir xof yaranır. Azərbaycana investisiya qoyan, iş yeri açan, neçə-neçə ailəni dolandıran sahibkar istəsəydi göz yumub erməni şirkəti ilə əməkdaşlıq edərdi, yumurta idxalı dayanmazdı. Lakin o, buna getmir və mənfur düşmənlərin şərikliyi olan şirkətlə işbirliyini dayandırır. Ona təşəkkür əvəzi isə həbslər nəticələnir. Ö.Oralın aylar əvvəl etdiyi şikayət əsasında “Bandotdel”ə aparılır. “Gündəm-Xəbər” yazır ki, iş adamının saxlanılmasının səbəbi barədə rəsmi məlumat verilməyib. Onun səhmdarları arasında ermənilərin də olduğu “Emre Piliç” şirkəti ilə davasına görə saxlanıldığı ehtimal edilir. Sadəcə, idarədən onun saxlanması haqda məlumatı musavat.com-a bor cümləlik təsdiqləyiblər. O, türk iş adamı Ömür Oral və onun türkiyəli vəkilinin Azərbaycanda hədələnməsi ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Ö.Oral DİN rəhbərliyinə müraciətində qeyd edib ki, vəkili ilə birgə Bakıya gələn zaman Hava Limanından yerləşəcəyi “Bulvar” hotelinə qədər Mürvət Həsənli tərəfindən təqib edilib. Onu və vəkilini hədələyib. Təqib və təhdid bir neçə ay öncə baş verib. Maraqlıdır ki, bir neçə ay öncə edilmiş şikayətlə bağlı indi sahibkarı saxlayıblar. Ona cinayət işi açılıb-açılmadığı da bəlli deyil. Lakin aylar əvvəl olan şikayətə görə M.Həsənlinin niyə məhz indi “Banditizm”ə aparılması müəmmalıdır. Azərbaycanlı iş adamının yarımerməni şirkətlə olan qalmaqalına görə tutulması da sual doğurur. Hər halda iş adamı ölkəmizə yumurta satan şirkətdə erməni barmağının olmasını bildiyi üçün “Emre Piliç”lə əməkdaşlığı dayandırıb. Bu halda erməniyə qarşı mübarizə aparan iş adamımızı saxlamaq qəribə və məntiqsiz görünür. Əksinə, M.Həsənlinin gözləntisi ondan ibarət idi ki, bu məsələdə Azərbaycan dövləti erməni əli olan şirkətə qarşı savaşında onu sorğu-sualsız müdafiə edəcək. Lakin göründüyü kimi, iş adamı mayın 3-dən BMCMİ-də saxlanır. Onun həbsi bir halda məntiqli olardı ki, “Xəmsə” sahibi “Emre Piliç”də erməni şəriklərin olduğunu bilərəkdən yenə də şirkətlə əməkdaşlığı davam etdirərdi, Azərbaycana yumurta idxalına son qoyulmazdı. Müəmmalı məqamdır ki, vətənpərvərlik nümayiş etdirən və maddi maraqlarının üstündən xətt çəkən azərbaycanlı iş adamı həmin şirkətin, yəni Bozaçyaynla Sakoyanın şəriki Ömür Oralın aylar qabaq etdiyi şikayət əsasında saxlanır. “Gündəm-Xəbər” yazır ki, şirkət sahibi Ömür Oral erməni şərikləri ilə iş qurmağına görə abrına bükülmək əvəzinə damazlıq təsərrüfatı olan və həmin firmada erməni səhmdarlarının olduğunu bilib əməkdaşlığı dayandıran M.Həsənliyə iftira atmaqdadır. Ən təəsüf doğuran məqam isə həmin erməni səhmdarlarının kənardan bu işi müşahidə edib sevinmələridir. Onlar fikirləşirlər ki, baxın - bir millət, iki dövlət, bir-birinə qardaş deyən ölkələrin iş adamları ədavət aparır. Üstəlik, bu çəkişmədə vəkil Aslan İsmayılov da “Emre Piliç”ə dəstəyini əsirgəmir. Ölkədə məhkəmə problemi olan, hüquqları tapdanan vətəndaşlar qəhət olub, A.İsmayılov gedib Türkiyədə ermənilərin şərik olduğu şirkətə qahmar çıxıb. Gəlin M.Həsənlinin dediklərinə diqqət edək: “Emre Piliç” şirkətinin bir hissəsinin ermənilərə məxsus olduğunu mən deməmişəm. Bu faktı Azərbaycan mətbuatı, daha dəqiqi desəm, Eynulla Fətullayev üzə çıxarıb. Yəni bu faktı mən üzə çıxarmamışam ki, bununla hansısa məqsədimi həyata keçirim. Bilirsiz, mən bu şirkətlə bu günə kimi işləyə bilər və bundan xeyli qazanc əldə edərdim. Onların iddia etdiyi məbləğ bizim dövriyyəmizlə nisbətə balaca puldu. Yəni mən məsələyə sırf qazanc, pul mənimsəmək nöqteyi-nəzərdən yanaşan adam olsaydım, daha bu boyda həngaməni niyə qoparırdım ki? Elə onlarla ticarətimi yapar, ortalıqda iddia olunan məbləğlərdən xeyli çox pul qazanardım”. Səhmdarları arasında 30 faiz payla 2 erməninin təmsil olunduğu bir şirkətin Azərbaycana mal-məhsul idxal etməsinə imkan verilməməlidir. İndiyədək imkan verilib – böyük səhvə yol verilib. Lakin biz 3 aya yaxındır onu müşahidə edirik ki, rəsmən yarı erməni şirkəti olan “Emre Piliç”in Azərbaycanla ticarətini davam etdirə bilməsi üçün min oyundan çıxılır. “Gündəm-Xəbər” yazır ki, bu “oyunlar” təpədən dırnağa erməni olan Oskayan, Bozaçıyanlardan türk qayırmaq ağılsızlığına qədər “inkişaf edib”. Bunun da adı Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey deyil. Əsas məqsəd bu şirkətin Azərbaycan bazarındakı mövqeyinin qorunub saxlanmasıdır. Mürvət Həsənli ilə borc qalmaqalı da süni şəkildə şişirdilərək, bu hədəfə çatılmasına xidmət edir. Qarşı tərəfin əsas məqsədi borc məsələsini qabartmaqla, erməni səhmdarlar faktorunu gizlətmək və alverə davam etməkdir. Bu niyyət Ömür Oralın adından yayılan sonuncu bəyanatda da açıq şəkildə etiraf edilir. Fakt budur ki, Ömür Oral Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyanla şərikinə pul qazanır. Bu şəxs “Emre Piliç” şirkətinin səhmdarlarıdır və onlar sadəcə 3 nəfərdən ibarət deyillər. Belə ki, erməni şərikləri ilə birlikdə çalışan Ömər Oral, Onur Oral, Mert İbrahim Daştan və Seyhan Davutoğlu Daştanın da adı var. “Emrə Piliç”in türk və erməni ortaqları Azərbaycandan gələn külli miqdarda qazancdan məhrum olmamaq üçün, necə deyərlər, hiyləyə əl atıblar. “Emre Piliç”in ortaqları rəsmi səhmdarları arasında sözügedən 2 erməninin adının olmadığı yeni şirkətlər - “Orallar” və “Qaranti”ni təsis edərək, Azərbaycan istiqamətində biznesi bu şirkətlər üzərindən həyata keçirməyə başlayıblar. Bununla da, bir növ Azərbaycandan olan tərəfdaşlarının ermənilərlə işbirliyində olması faktını pərdələmiş olublar. Ancaq bu, ölkədən damazlıq yumurta və cücə almaq üçün çıxarılan milyonlardan “Orallar” və “Qaranti”nin faktiki sahibləri Arto Sevan Oskayanın və Andranik Raffi Bozaçıyanın da pay alması faktını dəyişmir. Zamanında gedən bu milyonların sabah Qarabağda seperatçıların əlində Azərbaycan əsgərinə tuşlanan hansısa silaha çevrilməyəcəyinə heç bir təminat yoxdur. Bu arada, sosial şəbəkələrdə Raffi Bozaciyanın 2009-cu ildə Yerevanda çəkildiyi iddia edilən fotosu da var. Bu isə onu deməyə əsas verir ki, adıçəkilən şəxslərin və onların türkiyəli iş birlikçilərinin Yerevanla isti əlaqələri var. “Gündəm-Xəbər” yazır ki, təəsüf doğuran məqam isə həmin erməni səhmdarlarının kənardan bu işi müşahidə edib sevinmələridir. Onlar fikirləşirlər ki, baxın - bir millət, iki dövlət, bir-birinə qardaş deyən ölkələrin iş adamları ədavət aparır. Üstəlik, bu çəkişmədə vəkil Aslan İsmayılov da “Emre Piliç”ə dəstəyini əsirgəmir. Ölkədə məhkəmə problemi olan, hüquqları tapdanan vətəndaşlar qəhət olub, A.İsmayılov gedib Türkiyədə ermənilərin şərik olduğu şirkətə qahmar çıxıb. Ən azından onun bu işi götürməsinə heç nə vadar etmirdi. Sadəcə, maddi maraq onu cəlb edib və indi erməninin hüquqlarını müdafiə edir ki, ondan alacağı qonorarı rahatlıqla xərcləsin. Vəkil A.İsmayılov bu işi udacağı halda erməni şərikliyi olan şirkətdən yüksək məbləğdə qonorar alacaq. Onun bu prosesdə yeganə tərəfkeşliyi də məhz pul üzərində qurulub. Yəni, Ömər Oral da, şərikləri Bozaçyanla Oskayan da azərbaycanlı vəkili pulla ələ alıb bir azərbaycanlı iş adamına qarşı məhkəməyə çıxarıblar. A.İsmayılov da müsahibələrinin birində deyib ki, ermənilərin hüquqlarını müdafiə etməyə hazırdır. Hər halda heç bir erməni vəkil bunu etməzdi. A.İsmayılovun isə indi nədənsə kosmopolitlik damarı tutub. Ermənilər isə dünyanın harasında yaşamasından asılı omayaraq əvvəlcə ermənidi, sonra hüquqşünas, alim və ya jurnalist. İnsanın öz şəxsi maraqlarını hər şeydən üstün tutmasını anlamaq olmur. Söhbət ermənilərdən gedirsə məsələyə xüsus diqqətlə yanaşılmalıdır. Xatırladaq ki, Azərbaycandan bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Saba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyol” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler” və digər şirkətlərin adlarının olduğu ortaya çıxıb. Məlumatlara görə, bu şirkət ən çox “Qaradaşlı” Broylerlə əlaqə qurub. Bu şirkətlər “Emre Piliç”dən əsasən damazlıq yumurta alırlar. Ancaq xəbər tutan kimi əməkdaşlığı dayandırıblar. P.S "Gündəm Xəbər” bu qeyri-müəyyənliyi nəzərə alaraq, M.Həsənli ilə bağlı araşdırma aparıb. Məlum olub ki, vəkil Aslan İsmayılovun həbsi barədə məlumat yaydığı M.Həsənli azadlıqdadır. İş adamı açıqlamasında bildirib ki, həqiqətən də Ömür Oral və onun vəkili Aslan İsmayılovun şikayəti əsasında Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?