GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 5 milyon azərbaycanlıya erməni deyən biznesmenin vəkili ermənilərə qahmar çıxır

5 milyon azərbaycanlıya erməni deyən biznesmenin vəkili ermənilərə qahmar çıxır

Tarix: 11-04-2017, 16:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 487
5 milyon azərbaycanlıya erməni deyən biznesmenin vəkili ermənilərə qahmar çıxır

Aslan İsmayılov “Emre-Piliç” şirkətində iki erməni səhmdarı - Oskayanla Bozaçyanı israrla müdafiə edir, Bakıda Qərbi azərbaycanlıları isə təhqir etdirir

Hətta onlar haqlı olsalar belə, vəkili müdafəçi rolunda iştiraka vadar edən nədir? - Şok təfərrüat, müdhiş gəlişmələr “Gündəm-Xəbər”də...

“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi Ramil Usubova, Mədət Quliyevə və Zakir Qaralova müraciətində yarımerməni firmasının sahibini ölkədən çıxarmağa çağırıb - Təfsilat

“Bu gün Azərbaycanda yaşayıb ölkəmi sevən, qanunlarına hörmət edən ermənini də müdafiə edərəm”.

“O aparata qoşulan erməni (Raffi Bozaçıyan-red) dirilib bura gəlsə və iddia qaldırsa, onu məmnuniyyətlə müdafiə edərəm”.

5 milyon azərbaycanlıya erməni deyən biznesmenin vəkili ermənilərə qahmar çıxır

İndi kosmopolitlik zamanı

“Gündəm-Xəbər” yazır ki, bu fikirləri anti-Azərbaycan kampaniyası aparan separatçı Əlikram Hümmətov ya da Fəxrəddin Abbaszadə yox, tanınmış vəkil, Sumqayıt hadisələrində dövlət ittihamçısı olmuş Aslan İsmayılov müsahibəsində dilə gətirib. Heyrətamizdir.

O A.İsmayılov ki, indi kosmopolitə çevrilib, irqçiliyə qarşı çıxır, ali hüquqdan danışır. Səbəb sadədir - girişdiyi işi üz-gözünə bulaşdırıb deyə kosmpolit ampluada dayanmalıdır.

Nəzərə almaq lazımdır ki, həm də ortalıqda ciddi bir məbləğ var. Ayrı vaxt olsaydı, A.İsmayılov uro-patriotluğundan qalmazdı, “Emre Piliç” firmasında erməni şərikliyi faktına görə aləmə car çəkərdi.

Ancaq bu dəfə erməni şərikliyi olan şirkətin hüquqlarının müdafiəçisidir deyə Sumqayıt hadisələri də, Qarabağda, Xocalıda xalqımızı qarşı törədilən cinayətlər də bir kənarda qalıb, “tolerantlıq” nümayiş etdirir.

Çünki indi ona belə sərf edir, sabah lazım olsa vətənpərvərlik göstərəcək. Hər halda ayrı bir situasiyada götürəcəyi vəkillik işində “O aparata qoşulan erməni (Raffi Bozaçıyan-red) dirilib bura gəlsə və iddia qaldırsa, onu məmnuniyyətlə müdafiə edərəm” deməyəcək.

O da var ki, Bozaçıyan komadadır A.İsmayılova dəstək verə bilmir, bəs yaxşı, Arto Sevan Oskayan özünü necə hiss edir?

Lap elə deyək ki, hətta bu məsələdə “Emre Piliç” firması və şirkətin erməni şərikləri hüquqi cəhətdən tam haqlıdır, onları müdafiə etmək A.İsmayılovun nəyinə lazımdır? Hansı haqqı və ədaləti və kimə sübut etmək istəyir?

Onu nə vadar edir ki, Türkiyədə fəaliyyət göstərən bir şirkəti israrla müdafiə edir? İstəsəydi, bu işi götürməzdi, sadəcə, ortadakı məbləğdən imtina edə bilmir. Odur ki, kosmopolit mövqedən çıxış etmək məcburiyyətində qalıb.

Necə olur ki, “Xəmsə” restoranının və böyük damazlıq təsərrüfatının sahibi Mürvət Həsənli “Emre Piliç”də şəriklərin ikisinin erməni olduğunu bildikdə əməkdaşlığı dayandırır, vəkil isə əksinə, əməkdaşlığı genişləndirir?!

5 milyon azərbaycanlıya erməni deyən biznesmenin vəkili ermənilərə qahmar çıxır

Vəkili nə vadar edir?

“Gündəm-Xəbər” yazır ki, aylardır Azərbaycanın quşçuluq müəssisələrinə damazlıq yumurta, cücə və toyuq əti satmış Türkiyənin “Emre Piliç” şirkəti ilə bağlı məsələ medianın gündəmindən düşmür.

Qalmaqalı böyüdən şirkətin rəsmi səhmdarları arasında 2 erməninin olmasıdır. Əks halda qardaş ölkədən yerli quşçuluq təsərrüfatlarına yumurta satılmasına nə qəbahət ola bilərdi ki?

Lakin vəkil Aslan İsmayılov məhz səhmdarları arasında ermənilərin olduğu bir şirkətə qahmar çıxmaq qərarı verib.

Erməni şirkətinin Azərbaycanla əməkdaşlığı üzə çıxdıqdan sonra bu şirkətin bəzi azərbaycanlı tərəfdaşları ilə borc üstündə məhkəmə çəkişməsinin də olduğu məlum olub.

Tutaq ki, azərbaycanlı iş adamı həqiqətən də yarıerməni şirkətinə olan borcunu ödəyə bilmir. Erməninin vəkilliyini etmək etmək Aslan İsmayılova qalıb?!

Təbii ki, “O aparata qoşulan erməni (Raffi Bozaçıyan-red) dirilib bura gəlsə və iddia qaldırsa, onu məmnuniyyətlə müdafiə edərəm” deyən vəkilin hazırkı mövqeyi tam aydınlaşır.

Mediada yazılan maraqlı məlumatlardan biri isə A.İsmayılovun bu iş üçün 200 min dollar qonorar almasıdır. Lakin ortada heç bir real iş görülməyib. Ona görə də “Emre Piliç” tərəfi ciddi şəkildə ondan narazılıq etməkdədir.

Mətbuat yazıb ki, A.İsmayılov özünü sığortalamaq üçün sosial şəbəkələrə sığınaraq, özünü müdafiə etməyə cəhd göstərib. Düzdür, özünü müdafiə cəhdləri uğursuz alınsa da, bir sıra məsələlərdə insanlarda çaşqınlıq yarada bilib.

İctimai rəy isə M.Həsənli sükutu pozaraq faktları açıqlamasından sonra dəyişdi. Cəmiyyəti hipnoz etmiş və Feysuk üzərindən inandırmış vəkilin arqumentləri darmadağın olunanda, A.İsmayılov M.Həsənlini bu dəfə MTN-nin həbsdə olan odioz generalı Akif Çovdarovla bağlamağa başlayıb.

Nəticə isə dəyişmir: azərbaycanlı iş adamı erməni şərikliyi olan quşçuluq firması ilə məsələdən agah olan kimi əməkdaşlığı dayandırıb, azərbaycanlı vəkil isə erməni səhmdarları olan şirkəti bu günə kimi müdafiə edir.

Milyonlarla Qərbi azərbaycanlıya ağır təhqir

“Gündəm-Xəbər” yazır ki, artıq “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən müraciət ünvanlanıb.

Müraciət Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə, Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralova göndərilib.

Müraciət Qərbi Azərbaycandan olan milyonlarla soydaşımızın heysiyyatını təhqir edən türkiyəli iş adamının bəyanatı ilə bağlıdır.

Birliyin sədri Əziz Ələkbərlinin imzaladığı müraciəti təqdim edirik: “Bildirmək istəyirik ki, bu bəyanatla bağlı cəmiyyətimizə çoxsaylı müraciətlər daxil olmuşdur.

Belə ki, Türkiyə Respublikasının “EmrePiliç” şirkətinin təsisçisi, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Ömür Oral və onun hüquqlarını müdafiə edən Gürcüstanda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Aslan Ziyəddin oğlunun 10 mart 2017-ci il tarixdə Bakı şəhərində yerləşən “FourSeason” hotelində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Qərbi Azərbaycan qaçqınlarını və bütün Qərbi Azərbaycan əsilli insanları təhqir etmişdir.

Ömür Oral mətbuat konfransında çıxış edərək, təsisçisi olduğu şirkətin ortaqlarından ikisinin erməni əsilli olduğunu etiraf etmiş, lakin onların İstanbul doğumlu olduğu üçün türk olduğunu, ticari mübahisəsi olduğu Azərbaycan iş adamının - Həsənli Mürvət Tapdıq oğlunun isə Ermənistan (Qərbi Azərbaycan) doğumlu olduğu üçün erməni olduğunu söyləmiş, bununla kifayətlənməyərək, bu fikrini üç dəfə təkrar etmişdir ki: “Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?”

2008-ci ildən Azərbaycanda ticarət qurub, uzun illər boyu buradan milyonlarla pul qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları olan Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan, təhqir etməkdən başqa bir şey hesab etmirik”.

Ömür Oralın amneziyası - yaddaş pozğunluğu

“Gündəm-Xəbər” yazır ki, müraciətdə tarixi faktlarla göstərilib: “Ömür Oral heç olmasa ortaqlarının “yan” soyad sonluğunu və “Sevan”, “Andranik” adlarından utanıb xəcalət çəkməli və yadına salmalı idi ki, Bozaçıyanıın adını daşıdığı Andranik 1914-1915-ci illərdə Sarıqamışda, Türkiyənin başqa bölgələrində yüz minlərlə türk vətəndaşını, uşağını, gəncini, qadınını, qocasını vəhşicəsinə qətlə yetirib.

Bu gün hələ də “yan” soyad sonluğunu, Andranik adını daşıyan erməni necə olur ki, türk olur? Böyük Türk xalqı bu cür andraniklərlə, oskayanlarlamı birləşdirəcək Turan ellərini? “Biz bir millətik” dedik, amma Ömür Oral, Andranik, Oskayan kimi “türklərlə” bir millət olaq demədik.

Biz 400 min nəfər Qərbi Azərbaycan qaçqınını, 4 milyona yaxın Qərbi Azərbaycan əsilli insanı təmsil edən bir Cəmiyyət olaraq insanlarımızı təhqir edən və bizim üçün milli mənsubiyyəti şübhəli olan Ömür Oral adlı bu insanın dərhal Azərbaycandan çıxarılmasını, onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsini istəyirik”.

Müraciətdə deyilir ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətində olan bir ölkədir: “Müharibə gedən bir ölkədə Ömür Oral kimi insanların gəlib ermənipərəst təbliğat aparmasını qəbuledilməz hesab edirik. Belə insanlar məsuliyyətsiz və təhlükəli bəyanatları ilə Azərbaycan-Türkiyə qardaşlığına da ziyan vurur.

Bu əməllərin törədilməsində hüquqşünas, keçmiş vəkil İsmayılov Aslan Ziyəddin oğlunun da iştirak etməklə Ömür Oralı dəstəkləməsinin də araşdırılmasına zərurət var.

Belə ki, mətbuat konfransı bilavasitə İsmayılov Aslan Ziyəddin oğlu tərəfindən təşkil edilmiş və özünün söylədiyi kimi, mülki mübahisənin məhkəmə müstəvisində (red. bataqlıq) deyil, belə “açıqlamalar” (böhtan, təhqir) verilməsi yolu ilə mümkün olduğunu Ömür Orala bildirmişdir.

Maraqlarını təmsil etdiyi şirkətin mülki mübahisəsinin həlli üçün yüz minlərlə Qərbi Azərbaycanlının milli ləyaqətinin alçaldılmasına yönəlmiş hərəkətlər öz hüquqi qiymətini almalı, təqsirkar şəxslər məsuliyyətə cəlb edilməlidir.

Sübut etməyə ehtiyac yoxdur ki, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər cinayət əməlidir və qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısı alınmalıdır (Cinayət Məcəlləsinin 283-cü maddəsi).

Yuxarıda qeyd olunanları nəzərinizə çatdırmaqla, açıq-aşkar cinayət (milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər) törətmiş Türkiyə Respublikasının vətəndaşı Ömür Oralın və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Aslan Ziyəddin oğlunun qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyinizi xahiş edirik”.

“Andranikin qulağı kimi...”

Yeri gəlmişkən, bu təhqiramiz ifadələrə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də sərt şəkildə münasibət bildirib: “Aslandır, tülküdür nədir bilmirəm, o, və türk iş adamı qələt edir başından böyük danışır.

Elə etməsinlər ki, onların da qulağın Andranikin qulağı kimi kəsib özlərinə yedirdək. Qərbi Azərbaycanlılar türk kökənlidirlər. O, kimdir ki, 5 milyonluq Qərbi Azərbaycanlıya erməni deyir?Bunu deyənin özü ermənidən törəmədir”- deyə H. Hacıyev bildirib.

O, hüquqşünas Aslan İsmayılovun ermənilərlə əməkdaşlıq etdiyini, ermənilərin isə tapşırıqları Fətullah Güləndən aldığını bildirib:

“Elə ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlir onda ermənilər çalışırlar ki, Azərbaycanın daxilində müəyyən qarışıqlıq yaratsınlar. Çox təəssüf ki, “aslanlar”, “dovşanlar”, “tülkülər” erməni pulu ilə Azərbaycanda at oynadırlar”

Mürvət Həsənli isə bildirib ki, türk iş adamının Qərbi Azərbaycanlıları təhqir etməsinə hüquqi qiymət verilməsi üçün əlindən gələni edəcək.

Amma bu müraciətlə və yuxarıda sadalanan faktlarla “Emre Piliç” işi bitmir, Oral-Oskayan-İsmayılov işbirliyi haqda detallı məlumatlar əldə etmişik.

Eyni zamanda vəkilin iş adamı tərəfindən məhkəməyə verilməsi, A.İsmayılovun adını gizlətdiyi erməni Oskayan haqda maraqlı məlumatları növbəti sayımızda müfəssəl bilgilərlə dolu araşdırma yazısı olaraq təqdim edəcəyik. Bizi izləyin...

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaçqınlar güc strukturlarına müraciət etdi

    Qaçqınlar güc strukturlarına müraciət etdi ...

    9-04-2017, 22:10

  • 
  • Aslan İsmayılov məhkəmədən qovuldu

    Aslan İsmayılov məhkəmədən qovuldu ...

    21-11-2013, 17:51

  • 
  • Aslan Ismayılov səbəst buraxıldı -FOTOLAR

    Aslan Ismayılov səbəst buraxıldı -FOTOLAR ...

    17-05-2013, 18:31

  • 
  • Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı

    Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı ...

    13-03-2017, 20:44

  • 
  • Aslan İsmayılovdan şok müraciət

    Aslan İsmayılovdan şok müraciət ...

    5-06-2013, 19:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu