GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fərəcovun “fərasət”i sahibkarları çökdürür- “Şərq”in giriş-çıxış yolları bağlanıb

Fərəcovun “fərasət”i sahibkarları çökdürür- “Şərq”in giriş-çıxış yolları bağlanıb

Tarix: 16-05-2017, 16:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 845
Fərəcovun “fərasət”i sahibkarları çökdürür- “Şərq”in giriş-çıxış yolları bağlanıb


Sumqayıtda icra başçısı 66 sahibkarın əmlakını heç bir məhkəmə qərarı olmadan tarmar etdirir... - Ölkə qanunlarına məhəl belə qoyulmur

İcra başçısı Zakir Fərəcov deyib ki, lazım olsa güc tədbiq edəcəyik.

“Uşağın gücü çatmayıb aparatı tez yığışdırmağa, icra başçısının müavini Akif Quliyev “Qril” aparatını təpiklə vurub sındırıb”
Bildiyiniz kimi “Şərq Bazarı” ətrafında baş verən olaylar 2011-ci ildən başlayıb və çəkişmə qurtarmaq bilmir. Uzun müddətdir mətbuatın gündəmindən düşməyən məsələ dəfələrlə “Gündəm Xəbər”in səhifələrində işıqlandırılıb. Məsələ kifayət qədər işıqlandırıldığından uzun-uzadı məhkəmə qərarları ilə bezdirmək istəməzdik. Məsələnin kökündə “Şərq bazarı” nın direktoru Rəşid Babayevin və onun məmur havadarlarının 66 sahibkara məxsus dükanları onların əlindən almaq, söküb yerinə özləri üçün obyekt tikməkdir. İş ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları, Apellyasiya Məhkəməsi də , Ali Məhkəmə də sahibkarların xeyrinə qərar çıxarıblar. Ümumiyyətlə R. Babayev bütün məhkəmələrdə məğlub olmuşdur. Amma buna
baxmayaraq sahibkarlar daima R.Babayev və yerli məmurlar tərəfindən təzyiqə, təhdidə məruz qalır, keçən il isə onların dükanlarının qabağı icra hakimiyyəti tərəfindən hasarlanmışdır ki, bu da onların onsuz zəif olan ticarətinə çox pis təsir etmişdir. Məhkəmənin qərarı ilə Əmlak Komitəsi R.Babayevin və şərikinin mülkiyyətində olan 1 hektar 8 sotdan ibarət olan topaq sahəsinin çıxarışı ləğv etmiş və həmin ərazinin 25 sotu sahibkarların mülkiyyətinə verilmişdir, yəni haqq-ədalət bərqərar olmuşdur. Üstəlik Əmlak Komitəsi Babayevin sənədləri, mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan, onun ərazisi 25 sot azaldığından yenidən komitəyə ərizə ilə müraciət etməsi xahiş edib, amma çox qəribə də olsa R.Babayev indiyədək Əmlak Komitəsinin Sumqayıt Ərazi idarəsinə müraciət etməyib və qalan torpaq üzərində olan mülkiyyət hüququnu qeydiyyatdan keçirib təsdiq etdirməyib, sənədlərini təzələməyib. Yəni onun sahibkarları məhkəməyə verməyə heç hüququ da yoxdur.
Onu da aydınlıq üçün bildirək ki, sahibkarların yerləşdiyi yer onların şəxsi mülkiyyətidir və ərazi ümumən eyni- “Şərq bazarı”adlansa da Babayevə məxsus ərazi, inzibatı bina, bazar korpusu tamamilə ayrıdır.
Sahibkarlar “Gündəm Xəbər”ə bildirir ki, dünən icra başçısı Zakir Fərəcov çoxsaylı işçiləri ilə əraziyə gəlmiş lakin sahibkarlarla yox, bazarkom Rəşid Babyevlə görüşmüşdür. Halbuki Zakir Fərəcov keçən il yayda elə qəbuluna düşən sahibkarların nümayəndələri ilə söhbətdə demişdir ki, onların da təqdim etdiyi yeni layihəyə baxa bilər , o layihə də müzakirə oluna bilər, sahibkarları dəstəkləmiş və onlarla xoş söhbət etmişdir.
İcra başçısı ilə görüşüb söhbət etmək istəyən dükan sahiblərini-sahibkarları yaxına buraxmayıblar. Zakir Fərəcov bazarkomla söhbətdə bildirib ki, buralar söküləcək və yerinə 4 mərtəbəli Ticarət Mərkəzi tikiləcək. Sahibkarlar icra başçısından soruşanda ki, bəs biz 66 sahibkarın hər-bir dövlət sənədi qaydasında olan dükanları necə olacaq, onlara cavab verilib ki, söküləcək , lazım olsa lap güc tədbiq olunacaq. Sahibkarlara isə guya təzə tikilən ticarət mərkəzindən 16 kvm yer veriləcək. (Halbuki sahibkarların yeri Əmlak Komitəsindən verilən sənədə görə 20 kv. metrdir.) Amma sahibkarlar dükanlarının qəti surətdə qərarsız-filansız abadlıq bəhanəsi ilə sökülməsinə qarşıdırlar. Onlar düşünür ki, dükanları söküləndən sonra tikilə biləcək onlara 1 kvadrat metr belə yer verilən deyil. Uzağı onlara arendaya yer verəcəklər . Bundan başqa sahibkarlar haqlı olaraq deyir ki, şəxsi mülkiyyət yalnız dövlət ehtiyacı üçün sökülə bilər və qanunla da bunun üçün müvafiq kompensasiya nəzərdə tutulur. Bundan başqa təzə tikilə biləcək ticarət mərkəzində onlara guya veriləcək yeri hüquqi baxımdan da realığa uyğun deyil, bu daha çox başaldatmağa oxşayır.
Bazarın ətrafındakı yolların qabağına traktor vasitəsilə daş blokların qoyulması və maşınlara giriş-çıxışın bağlanması da onu göstərir ki, icra hakimiyyəti ölkə qanunlarına məhəl qoymadan sahibkarların qanuni dükanlarını heç bir məhkəmə qərarı olmadan sökmək istəyir və bunu abadlıq bəhanəsi ilə həyata keçirmək istəyir. Halbuki sahibkarlar ikiəlli dükanlarını müasir standartlara cavab verməsini, ümumiyyətlə abadlıq işlərini həmişə dəstəkləyiblər. Sahibkarların “Gündəm Xəbər”ə bildirir ki, abadlıq yaxşı şeydir, amma bu mülkiyyət hüququnun tapdanılması hesabına baş verməməlidir. 2014-cü ildə ərazini abadlaşdırmaq işi Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdir müavini Kamil Məmmədova tapşırılıb və sahibkarlar da ərazini öz şəxsi vəsaitləri hesabına abadlaşdırmağa başladılar, 100 min manatdan çox xərc də çəkildi. Mmma iş başlayandan bir müddət sonra Rəşid Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verdi. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırıldı. Bu da onu göstərir ki, abadlıq məsələsi bəhanədən başqa bir şey deyil. Əgər abadlıq əsas məqsə olsa idi Rəşid Babayevin yolun
kənarındakı antisanitariya vəziyyətində olan, heç ucqar kəndlərdə belə olmayan biabırçı, qanunsuz meyvə- tərəvəz bazarı uzun illərdir fəaliyyət göstərməzdi. Məqsəd tamam başqadır.
Aprelin 17-si özünü Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin işçisi kimi təqdim edən şəxs sahibkarlara, abadlıq və yenidənqurma işləri çərçivəsində dükanlarından mallarını boşaldılması və tikinti işlərinə başlanılması üçün şərait yaratmalrı haqda xəbərdarlıq-bildiriş vərəqi paylamaq istəyib. Həmin bildirişdə həmçinin qeyd olunub ki, yeni tikiləcək, müasir standartlara cavab verəcək ticarət mərkəzində guya sahibkarların da müvafiq ölçüdə ticarət sahəsi ilə təmin oluması nəzərdə tutulub. Sahibkarların əksəriyyəti bu bildirişi heç götürməyib və onu qeyri-ciddi, qeyri qanuni bir kağız parçası adlandırıblar.
Sadəcə Rəşid Babayev və onun icra hakimiyyətindəki havadarları, şərikləri artıq qanuni yolla məqsədinə çata bilmədiyini görüb bu addımlara əl atırlar.
“Bu qanunsuzluq və Azərbaycan qanunlarına saymamazlıq, hörmətsizlikdir. Bu bizim şəxsi mülkiyyətimizdir və obyekti sökmək üçün mütləq məhkəmə qərarı olmalıdır və bu məsələ ümumiyyətlə memarlığın, nə də icra hakimiyyətinin səlahiyyətində deyil”. Maraqlıdır ki, ümumiyyətlə icra hakimiyyəti nə vaxtdan kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyətini əldə edib ticarət mərkəzi tikdirir?!
Sahibkarların dükanalrını sökmək işində ən çox cafəşanlıq edən isə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin birinci müavini Akif Quliyev olub. Həmin Akif Quliyevdir ki, Rəşid Babayevlə söhbət zamanı onun 2011-ci ildə Rəşid Babayevə ”Lazım olsa, özüm traktora oturub bunların dükanını sökəcəyəm" deməsi o zaman qəzet, manşetlərinin başlığına çevrilmişdi. İndi təsəvvür edin, belə deyən məmurdan qanunun aliliyini gözləmək nə qədər düzgündür?! Şahidlərin redaksiyamıza dediyinə görə, hətta icra hakimiyyəti dünən əraziyə gələn zaman yan-yörədə küçə ticarəti ilə məşğul olanları qovarkən,”Qril” aparatının yığışdırılmasını tələb edib. Lakin deyilənə görə aparatı gücü çatmadığına görə uşaq tez götürə bilməyib və Akif Quliyev təpiklə vurub aparatı sındırıb. Ümumiyyətlə Akif Quliyevin ən böyük arzularından biri sanki 66 sahibkarın
düknalrını sökməkdir. Hətta daş blokları da qoymaqda şəxsən özü iştirak edib. Axşam isə əraziyə gələrək sahibkarlara deyib ki, siz hələ mallarınızı çıxartmamısınız?
Bəzi məmurlar unudur ki, onların borcu, möhtərəm prezident İlham Əliyevin dediyi kimi xalqa xidmət etməkdir, gəlib demək yox ki, dükanlarınızı başınıza ucuracam. Onlar prezidentin dediklərinə qarşı çıxaraq vətəndaşlara təkəbbürlülük edir, ona yuxarıdan aşağı baxır, onunla kobud, aqresiv davranır. Lakin onlar unudur ki, prezidentin dediyi kimi axır-əvvəl cəzalanacaqlar.
Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir.
Hal-hazırki iqtisadi böhran şəraitində ölkə prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir və məmurlara dəfələrlə xəbərdarlıq da edib ki, sahibkarların fəaliyyətinə mane olmasınlar, vətəndaşlara xidmət etsinər, əksinə onların qayğıları ilə maraqlansınlar.Və sahibkarlar da ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir, prezidenti dəstəkləyir və ona inanırlar.
Ona görə də bütün bunlara baxmayaraq sahibkarlar bütün qanuni vasitələrdən istifadə edib hüquqlarını qorumaqda israrlıdırlar. Onların başqa yolu da yoxdur, əksəriyyətinin başqa qazanc yeri də yoxdur.
Sahibkarlar düşünürlər ki, bu cür özbaşınalıqla məmurlar vətəndaşları dövlətə qarşı incik salmış olurlar. Bu da yolverilməzdir və məmurların qanunları saymaması dövlət başçısı tərəfindən dəfələrlə qətiyyətlə pislənilib və onlar cəzalanıb.
Həm də onlar hüquqi dövlətdə yaşadıqlarına inandıqlarından bu cür qanunsuzluğun baş verəcəyinə inanmırlar və lazım gələrsə məsələ ilə bağlı ölkə rəhbərliyinə şikayət edəcəklərini bildirirlər.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

    Sumqayıtda "bazarkom" 66 sahibkara zülm ...

    28-02-2017, 13:24

  • 
  • Sumqayıtın yeni icra başçısının ilk addımı qarşıdurmaya səbəb ola bilər

    Sumqayıtın yeni icra başçısının ilk addımı ...

    7-09-2015, 14:01

  • 
  • Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha yüksək vəzifə verdi

    Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha ...

    13-10-2015, 13:39

  • 
  • Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi

    Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi ...

    3-09-2015, 23:05

  • 
  • Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ MÜNASİBƏT

    Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ ...

    9-12-2013, 17:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (287)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu