GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Tarix: 28-02-2017, 13:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 111
Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Haqsız qətnamə çıxaran hakimin marağı nə olub?

Ötən il iyulun 25-də Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ceyhun Məmmədovun sədrliyi ilə Rəşid Babayevin və digər iddiaçının iddiası ilə məhkəmə iclası keçirilib və hakim qeyri-qanuni, qüvvədən düşmüş sənədlər əsasında absurd qətnamə çıxarıb. Bu da haqlı olaraq "Şərq bazarı"nda fəaliyyət göstərən 66 sahibkarın narazılığına səbəb olub. Bununla əlaqədar ”Şərq Bazarı”nda fəaliyyət göstərən bir qrup Sumqayıt sahibkarları redaksiyamıza müraciət ediblər.

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Onların bildirdiyinə görə, iddiaçılar - "Şərq bazarı"nın keçmiş direktoru , “RŞHT” Şirkətinin Ticarət Mərkəzinin təsisçisi Rəşid Babayev, digər təsisçi Afət Həsənovanın nümayəndəsi öz iddialarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında guya ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 7 metr hündürlüyündə dəmir beton dirəklərdən ibarət, 3 tərəfdən bazarı əhatəyə alan karkasın cavabdehlər tərəfindən sökülməsini və həmin yarımçıq tikililərin inşa olunması nəticəsində guya şirkətə vurulmuş 140.000 min manatın cavabdehlərdən tutulmasını xahiş ediblər.

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Sahibkarlar deyir ki, nə qədər absurd və qanunazidd olsa da, hakim bu iddianı təmin edib. Sahibkarların nümayəndəsi Yusif Məmmədovun bildirdiyinə görə, bu qərar ona görə qanuna ziddir ki, adıçəkilən dirəklər iddiaçıların ərazisində yerləşmir. Çünki 2013-ci ildə Rəşid Babayevin və digər təsisçinin mülkiyyətində olan 1 hektar 8 sot torpaq sahəsinə aid olan çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müvafiq sərəncamı ilə etibarsız hesab olunub və adıçəkilən mülkiyyətçilərin mülkiyyət hüquqlarının qeydiyyatı daşınmaz dövlət reyestrində ləğv olunub: "Belə olan halda hakim Ceyhun Məmmədov hansı əsasla bazarkomun iddiasını təmin edib, çox təəccüblüdür. Təbii ki, sahibkarlar qərardan apellyasiya şikayəti veriblər və martın 1-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Telman Quliyevin sədrliyi ilə növbəti məhkəmə iclası keçiriləcək. Ilkin iclas isə bir müddət əvvəl keçirilib və hakim tərəfindən Ədliyyə Nazirliyinin ekpertinə tapşırılıb ki, məhkəmə predmeti olan həmin dirəklərin hansı tərəfin ərazində olmasını müəyyən etsin".

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Ümumiyyətlə son zamanlar ədalətsiz qərarlar çıxarmış , hakimlik səlahiyyətini aşan bir çox hakimlər vəzifəsindən kənarlaşdırılıb. Təkcə keçən il vətəndaşların narazılığına səbəb olan pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib. Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə fevralda keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib. Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə bir şox hakimlər cəzalanıb, vəzifələri aşağı salınıb, bir çoxlarına töhmət verilib, irad tutulub. Ceyhun Məmmədovun da qərarı elə cəzalanmış hakimlərin çıxardıqları qərarlar qəbildəndir.

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Qədim yunan mifologiyasında ədalət ilahəsi olan Femida, sonralar ədalət mühakiməsinin mücəssəməsi oldu. Femida gözübağlı və əlində çəki daşları tutmuş vəziyyətdə təsvir olunurdu. Onun gözübağlı olması qərəzsiz olması ,hamıya eyni gözlə baxması anlamında başa düşülür. Ancaq təəsüf ki, bir çox hakimlər bunun tərsinə olaraq gözlərini açıb, hansısa maraqlar naminə həqiqəti görmək istəmirlər.
Sahibkarla bildirir ki, keçən ilin iyun ayından onların dükanlarının qabağı abadlaşma adı ilə Rəşid Babayev tərəfindən qanunsuz olaraq hasarlanıb. Bu da sahibkarlara böyük ziyandır: "Bəs hörmətli hakim niyə bunu görmək istəmir və nəzərə almır ?! Konkret göz qabağında neçə metr hündürlüyündə sədd çəkilib. Necə olur ki, bütün dükanlar boyu dəmir hasar görüNmür,amma dirəklər tez görülür?!"

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Sahibkarların nümayəndəsi Yusif Məmmədovun dediyinə görə, dükanların qabağı demək olar ki, hər tərəfdən hasarlandığından bura alıcı az gəlir və ticarət çox zəifləyib: "Hal-hazırki iqtisadi böhran şəraitində ölkə prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir və məmurlara dəfələrlə xəbərdarlıq edib ki, sahibkarların fəaliyyətinə mane etməsinlər, vətəndaşlara xidmət etsinər, əksinə onların qayğıarı ilə maraqlansınlar. Sahibkarlar da ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir və prezidenti dəstəkləyir. Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir. Bundan başqa nəzərə almaq lazımdır ki, çoxsaylı qanun pozuntuları ilə işləyən Rəşid Babayevdən fəqli olaraq 66 dükan sahibi illərdir nümunəvi vergi ödəyiciləridirlər".

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Bəs hakim nəyə əsasən iddiaçıların sahibkarlara qarşı 140 min manat pul təzminatı ilə bağlı iddiasını rahatca təmin edib?! Əcəba, görəsən dirəklərin lap tutaq ki, qanunsuz belə ucalması Rəşid Babayevin şirkətinə neçə ziyan vura bilər?! Dirəklərə isə qalsa burda əsas günah yenə də elə "bazarkom"un özündədir. Çünki sahibkarlar başıbəlalı dirəkləri abadlaşıdrmaq niyyəti ilə inşa ediblər, Rəşid Babayev isə Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verib. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırılıb. Ümumiyyətlə sahibkarlarla Rəşid Babayevin çəkişməsi 6 ilə yaxındır ki, sürür. Keçirilən bütün məhkəmlər sahibkarların xeyrinə nəticələnsə də, vəziyyətləri dəyişməyib.

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

66 sahibkar bu müddət ərzində dəfələrlə icra hakimiyyətində, keçmiş, həmçinin hazıkı icra başçısının qəbulunda olub və onlarla görüşüblər. Lakin məsələ müsbət həllini tapmayıb, hasarlar keçən ildən qalıb, ticarəti iflas edib, sahibkarlara böyük ziyan dəyib.

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Sahibkarlar eyni zamanda Prezident Administrasiyasına, digər dövlət qurumlarına həm yazılı, həm də qəbula yazılmaqla şikayət ediblər. Uzun müddətdir mətbuatın gündəmindən düşməyən məsələ dəfələrlə ölkənin müxtəlif mətbu orqanlarda işıqlandırılıb. Lakin hələ də sahibkarlara qarşı haqsızlıq davam edir.

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Sahibkarlar qısaca olaraq məsələnin tarixçəsini belə anladırlar: "1988-ci il aprelin 12-də o zamankı Sumqayıt şəhər icraiyyə komitəsinin müvafiq qərarı əsasında 9-cu mikrorayonda ticarət mərkəzinin tikilməsi məqsədi ilə 1 hektar torpaq sahəsi ayrılmış və həmin topraq sahəsinin üzərində “Şərq bazarı” inşa edilmişdir. “Şərq bazarı”nın “A”, “B” koprusları əmək kollektivinin üzvləri tərəfindən alqı-satqı ilə satılmış və mülkiyyət hüququ Rəşid Babayeva və Afət Həsənova keçmişdir. “Şərq bazarı”nın bazası əsasında 1997-ci il 27 yanvarda “RŞHT” şirkəti yaradılıb və bazar bu adla fəaliyyət göstərib. 1994-cü ildə mərhum prezident Heydər Əliyevin sahibkarlığın inkişafı üçün imzaladığı sərəncama əsaslanaraq, ”Şərq bazarı” ərazisində ticarət üçün ərazidə yer ayrıldı və həmin Ticarət binasının yanında indi məşhur olan arkalı 66 dükan tikildi. Hansı ki, o dükanların Rəşidin ərazisinə və mülkiyyətinə heç bir aidiyyatı yox idi (bu torpaq sahəsinin dövlət tərəfindən təsdiq olunmuş planının şəklindən də aydın görünür) və sahibkarların öz şəxsi vəsaitləri hesabına tikilib.

Sumqayıtda "bazarkom" 66 sahibkara zülm edir

Problemin yaranması isə 2010-cu ildən, R.Babayevin keçmiş ”Şərq bazarı”nın yerləşdiyi torpaq sahəsinin Dövlət Əmlak Komitəsindən alınaraq özəlləşdirilməsindən sonra başlayıb. İş orasındadır ki, dükanların arxasında da R.Babayevin ərazisi var və o, 66 dükanın yerləşdiyi ərazisini də qanunsuz olaraq, gizlincə, sahibkarlardan xəbərsiz özəlləşdirməyə nail olub və sənəddə sahibkarlara məxsus ərazini öz ərazisinə qatıb. Halbuki sahibkarlar dükanlarını ondan qat-qat əvvəl özəlləşdiriblər. Sahibkarlar bu qanunsuzluqdan xəbər tutduqdan sonra Əmlak Komitəsini də, Rəşid Babyevi də məhkəməyə verib və Sumqayıt İnzibati –İqtisadi Məhkəməsi 2011-ci ilin avqustunda onların xeyrinə qərar çıxarıb, 44 mağazanın sahibinə məxsus topaq sahəsi R.Babayevin və digərinin mülkiyyətindən çıxarılıb. İş ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları,Apellyasiya Məhkəməsi də , Ali Məhkəmə də sahibkarların xeyrinə qərar çıxarıblar. Ümumiyyətlə R.Babayev bütün məhkəmələrdə məğlub olub. Məhkəmənin qərarı ilə R.Babayevin və şərikinin mülkiyyətində olan 1 hektar 8 sotdan ibarət olan topaq sahəsinin çıxarışı ləğv edilib və həmin ərazinin 25 sotu sahibkarların mülkiyyətinə verilib, yəni haqq-ədalət bərqərar olub. Bundan sonra "bazarkom" Əmlak Komitəsini də 2012-ci ildə məhkəməyə verib, lakin bu dəfə də məhkəmə onun iddiasını təmin etməyib. 2013-cü ildə isə Əmlak Məsələləri Dövlət Komitəsindən ona rəsmi məktub göndərilib . Məktubda onun sənədləri,mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan, ərazisi 25 sot azaldığından yenidən komitəyə ərizə ilə müraciət etməsi xahiş olunur. Amma çox qəribə də olsa, R.Babayev indiyəcən Əmlak Komitəsinin Sumqayıt Ərazi idarəsinə müraciət etməyib və qalan torpaq üzərində olan mülkiyyət hüququnu qeydiyyatdan keçirib təsdiq etdirməyib, sənədlərini təzələməyib. Bu ümumiyyətlə R.Babayevin qanunlara olan münasibətidir. Bütün bundan bir qənatə gəlmək olur ki, o, Azərbaycan qanunlarını qəbul etmək istəmir. Belə olan halda o hansı əsasla sahibkaları məhkəməyə verərək dirəkləri sökdürmək istəyir. Özünün sənədi natamam ola-ola sənədləri tam qaydasında olan sahibkarları haqsız çıxartmağa çalışır və hakim də bunları necəsə görmür. Sahibkarların dediyinə görə əslində dirək məsələsi bir bəhanədir. Onun dərdi dirəklər deyil. Bütün məhkəmələri uduzan, sahibkarların dükanlarını ələ keçirə bilməyən "bazarkom" intiqam məqsədi ilə sahibkarlara hər vəchlə mümkün qədər problem yaratmağa çalışır. Məqsəd sahibkarları müflis etmək, sıradan çıxartmaq və sonda hər şeyi ələ keçirmək, ya da dükanları söküb burda Ticarət obyekti açıb kirəyə pulu yığmaqdır. Çünki bu obyektlər şəxsi olduğundan ona heç bir gəlir gəlmir və o da bunu heç cür həzm edə bilmir. Yeri gəlmişkən bir neçə il əvvəl o bir qrup yerli məmurla sövdələşərək 66 obyekti sökdürməyə cəhd edib, amma buna nail olmayıb. Hakimlər qərar qəbul edərkən hansısa maraqlardan yox, dövlətçilik maraqlarından çıxış etməlidir. Bu məsələdə hakim qərar qəbul edərkən düşünməlidir ki, söhbət 70-ə yaxın sahibkardan və onların ailələrindən gedir. Bu adamlar hamısı vergi ödəyiciləridir.

Sahibkarlar ümid edir ki, Sumqayıt Apellyasiya Məhkəməsində martın 1-də keçiriləcək məhkəmə iclasında hakim Telman Quliyev bütün bunları nəzərə alacaq və ədalətin tərəfində olacaq.

Samir







  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənov amansız savaşı uduzdu

    Kərəm Həsənov amansız savaşı uduzdu ...

    4-02-2013, 10:03

  • 
  • Eldar Əzizova meydan oxuyan tapıldı

    Eldar Əzizova meydan oxuyan tapıldı ...

    1-02-2013, 10:27

  • 
  • Paytaxtdakı “Qul bazarı”nda işsizlər ordusu – VİDEO

    Paytaxtdakı “Qul bazarı”nda işsizlər ordusu – ...

    15-01-2017, 23:08

  • 
  • Qazağın Mərkəzi Bazarı bərbad haldadır

    Qazağın Mərkəzi Bazarı bərbad haldadır ...

    20-11-2015, 18:38

  • 
  • Sumqayıtda 8-ci mikrorayon yarmarkası köçürüldü

    Sumqayıtda 8-ci mikrorayon yarmarkası köçürüldü ...

    15-09-2015, 17:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu