Çünki yaxın çevrəsinin adına yaratdığı "Turan-2009" MMC, ”İqtisadçı" MTK və digər şirkətlər vasitəsiylə milyonlarla dollar həcmində pul silinib İqtisad Universitetinin keçmiş rektoru , millət vəkili Şəmsəddin Hacıyevin keçmiş fəaliyyəti yenidən gündəmə gəlib. Hələ bir müddət öncə rektorlıuqdan istefa verərək millət vəkili seçilməyi bacaran Şəmsəddin Hacıyev real həbs təhlükəsindən xilas ola bildi. Deputat toxunulmamazlığını rektorluqdan üstün tutan millət vəkili hazırda proseslərdən kənarda durmağa çalışır. Bunun isə ciddi səbəbləri var. Belə ki, iqtisadi inflyasiyadan sonra illər əzrində büdcəyə vurulan ziyanlar araşdırılmağa başlanılıb. Məhz bu araşdırmalardan sonra bir çox iş adamı həbs edildi, Beynəlxalq Bankın fırıldaqları ortaya çıxdı, maxenasiyalarda iştirakı təsdiqlənən Ziya Məmmədov vəzifəsindən azad edildi və bu proses davam etdirilir. Çünki söhbət milyardlarla dollar puldan gedir ki, bu pullarda ölkədən çıxarılıb. “Gündəm Xəbər”ə daxil olan məlumata görə, hazırda Şəmsəddin Hacıyevin də fəaliyyəti araşdırmaya yönəldiləcək. Çünki yaxın çevrəsinin adına yaratdığı "Turan-2009" MMC, ”İqtisadçı" MTK və digər şirkətlər vasitəsiylə milyonlarla dollar həcmində pul silinib. Bununla yanaşı rektor olduğu dövrdə universitetin Dərbənd filialını yaratmaq adıyla milyonlarla pul silinib və kütləvi şəkildə saxta diplom satışı həyata keçirilir. Amma sonradan millət vəkili seçildiyi üçün bu məsələ gizlədildi. İndi isə aparılan araşdırmalardan sonra ya Şəmsəddin Hacıyev mənimsənilən pulları geri qaytarmalı olacaq ya da yaxın çevrəsindəkilərin həbsinə qərar veriləcək. Mövzu diqqətimizdədir odur ki, bizi izləyin. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?