Sabiq rektorun növbəti ildə niyə deputat ola bilməyəcəyinin təfərrüatları “Gündəm-xəbər”də...
2015-ci ilin parlament seçkilərinə mandat əldə edə bilməyəcək hazırkı millət vəkili Şəmsəddin Hacıyevdir. Sabiq rektor növbəti seçkidə deputat ola bilməyəcək. Mənbə iddia edir ki, bir sıra “ÇP”lərə yol verən Hacıyev daha hakimiyyətin işinə yarımayanlar sırasında daxildir. Məlumat qaynağımızın iddiasına görə, parlamentin hazırkı tərkibinin təxminən 50 faizi dəyişəcək. Növbəti parlamentin tərkibinə düşməyəcəyi iddia olunan deputatlardan bəzilərinin qələmlərinin məhz siyasi səhv buraxdıqları, ölkə rəhbərliyinin gözündən düşdüyü üçün qırıldığı deyilir. Mənbə qeyd edir ki, hakimiyyət Ş.Hacıyevlə yollarını ayırıb. Ona parlamentdə yer verilməyəcək. Rektorluğu dövründə xətalara yol verən deputat artıq mandatını da itirəcək. Mənbə deyir ki, rektor olarkən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) rüşvət qiymətlərinin qaldırılması, açıq alınması onun işini bitirib. Şəmsəddin Hacıyev İqtisad Universitetini artıq özəlləşdirmişdi. Kadrlar əsasən öz qohumları, yerliləri idi. Şəmsəddin Hacıyev elə bir mexanizm qurmuşdu ki, pullar dekanlar və onların müavinləri vasitəsilə yığılırdı. Sonda isə hamısı hesabat əsasında rektora çatırdı. Heç kəs bir nəfər tələbəyə kömək edə bilməzdi. Dövlət imtahanlarından ildə 5 milyon pul yığılırdı. Qiyabilər üçün imtahanlara buraxılmayan tələbələrin hər birindən 2-3 min manat pul alınırdı. Əks halda, onlar universitetdən qovulurdular. Qovulanları sonradan 5 min manat pul alaraq bərpa edirdilər. Bütün bunlar ölkə rəhbərliyinin qulağına çatmışdı. Prezident məsələdən agah idi. Onun Göyçaydakı biznesi də əlindən alına bilər. Rafiq Qara
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?