GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şəmsəddin Hacıyev niyə «vuruldu»?

Şəmsəddin Hacıyev niyə «vuruldu»?

Tarix: 6-03-2014, 16:31 Bölmə :Manşet Baxış: 2 355
Şəmsəddin Hacıyev niyə «vuruldu»?
İqtisad Universitetinin rektorunun adı diplom korrupsiyasında hallanır

Bu gün Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə İqtisad Universitetinin rektoru,millət vəkili,Milli Məclisin Elm və Təhsil komissiyasının üzvü,Şöhrət ordenli Şəmsəddin Hacıyev tutduğu vəzifədən azad olunmuşdur.Həmçinin prezidentin fərmanı ilə əvvəllər İqtisadiyyat və Sənaye Nazirliyində iqtisadi siyasət,təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışmış Ədalət Muradov Universitetin yeni rektoru təyin olunub.Son günlərdə birbaşa prezident aparatının nəzarəti altında İqtisad Universitetində aparılan yoxlamalardan sonra gözlənilən təyinat baş tutub.
Son dövrlərdə rəhbərlik etdiyi təhsil müəssisəsində baş verən qanunsuzluqlar,cinayət tərkibli əməllərlə gündəmdən düşməyən rektor gözlənildiyi kimi artıq ölkənin ən çox korrupsiyalaşmış və daima müzakirə obyekti olan universitetinin rəhbərliyindən azad edildi.Vəzifə pillələrində yüksəlişinə görə daha çox sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevə borclu olan Şəmsəddin Hacıyevin adı son zamanlar daha çox saxta diplom əməliyyatlarında hallandırılırdı.Nəzərinizə çatdıraq ki,sabiq rektor “diplom əməlıiyyatını” daha çox İqtisad Universitetinin Dərbənd filialı vasitəsilə həyata keçirmişdir.Dərbənddə yaşayayan azərbaycanlıların təhsil problemlərinin həll olunmasına yardım məqsədilə mərhum prezident H.Əliyevin təşəbbüsü ilə yaradılmış İqtisad Universitetinin Dərbənd filialı son zamanlar təhsil sahəsində ən çox korrupsiya və rüşvət faktlarında adı hallandırılan bir təhsil müəssisəsi idi.Dəfələrlə bildirildiyi kimi Dərbənd filialı sabiq rektorun “diplom bazarında” ən mühüm rol oynayan bir obyekt olmuşdur.Dərbənd filialının rektoru Rövşən Göyüşovla işbirliyi quran Şöhrət ordenli rektor bu yolla hər il tələbə qəbulundan və köçürmələrdən külli miqdarda vəsait əldə etmişdir.Belə ki,Azərbaycanda tələbə adına layiq görülməyən abituriyentlər daxili imtahan adı ilə Dərbənd filialına “daxil olmuş”, bir ildən sonra isə İqtisad Universitetinə “köçürülməklə” öz təhsillərini davam etdirərək diplom almışlar.Təbii ki,bu “mütərəqqi” təhsil sistemi heç də havayı olmamışdır.Dərbənd filialına qəbul olunmanın qiyməti 10-15 min manat,həmçinin İqtisad Universitetinə “Perevod” olunmanın da dəyəri fakultədən asılı olaraq 10-15 min manat arasında dəyişmişdir.Hər il Milli Məclisdə elm və təhsilin inkişafı naminə xeyli çaba sərf edən Şəmsəddin müəllimin “qayğıkeşliyi” nəticəsində neçə-neçə gəncimiz bu yolla tələbə adına “layiq görülmüşdür”.Verilən məlumatlara görə təkcə ötən ilin dekabrından indiyə kimi 20-yə yaxın tələbə rektorun “köçürmə”əməliyyatından yararlanmışdır.Ümumiyyətlə hər il bu yolla yüzlərlə tələbənin “köçürüldüyünü” nəzərə alsaq sabiq rektorun “köçkünlərin” hesabına nə qədər qazandığını düşünmək olar.Verilən məlumatlara görə hər il universitetə 3000 tələbə qəbul olunsa da məzun olanların sayı 4500-ə qədər olurmuş. Məhz Şəmsəddin Hacıyevin bu “köçürülmə” əməliyyatlarının qurbanı olduğu bildirilir.Son zamanlar saxta diplom qalmaqallarının gündəmdən düşməməsi də belə deməyə əsas verir.
Şəmsəddin Hacıyevin rektorluq dönəmi həmçinin İqtisad Universitetinin ən çox rüşvət və korrupsiya faktlarında adı hallandırılan bir dönəmi olmuşdur.Universitetdə hökm sürən rüşvət ab-havası haqqında zaman-zaman ilginc faktlar aşkrlanmış və mediada işıqlandırılmışdır.İqtisad Universitetini özününküləşdirməyi bacaran Ş.Hacıyevin təhsil sahəsindəki “biznes dövriyyəsi” hər il on milyonlarla ölçülürdü.Bir semestr ərzində burada qiymət almanın “qiyməti”nin 3-5 min manat arasında dəyişdiyi bildirilirdi.Rəhbərlik etdiyi universiteti tamamilə qohumbazlıq,tayfabazlıq yuvasına çevirdiyi bildirilən Ş.Hacıyevin rəhbərliyi dövründə çoxlu sayda ziyalılar bu elm müəssisəsindən uzaqlaşdırılmışdır.Universitetdə bütün mühüm postlara öz yaxınlarını yerləşdirən sabiq rektor İqtisad Universitetində rüşvət piramidasının yaranmasına şərait yaratmışdır.Təsadüfi deyil ki,millət vəkilinin rəhbərliyi dönəmində İqtisad Universiteti mətbuatda ən çox adı hallandırılan bir təhsil müəssisəsi olaraq reytinqlər qırmışdır.Xüsusilə son vaxtlar bütün diqqətləri öz üzərinə çəkmiş “saxta diplom” əməliyyatlarında da yenə də ilk olaraq nəzərlər İqtisad Universitetinə və onun Şöhrət ordenli rektoruna yönəldi.
Deyilənə görə hazırki təhsil naziri Mikayıl Cabbarov da Şəmsəddin Hacıyevin tələbəsi olub və sabiq rektor son zamanlar bununla xüsusi olaraqfəxr edirmiş.Lakin,göründüyü kimi elə diplom verdiyi tələbəsinin nazirliyi dövründə Şəmsəddin Hacıyev diplom qalmaqalına görə də işdən kənarlaşdırıldı.Neynəyəsən,bumeranqı hara atsan da yenə də üstünə qayıdır...

Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" qoydu

    Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" ...

    9-10-2014, 03:46

  • 
  • Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

    Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi” ...

    28-04-2014, 10:03

  • 
  • Professor deputat məhkəməyə verib

    Professor deputat məhkəməyə verib ...

    17-03-2015, 00:24

  • 
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29

  • 
  • Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb

    Sumqayıt Dövlət Universitetində yoxlama başlayıb ...

    10-12-2013, 21:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu