Yaxud Ucar Su Kanal İdarəsinin müdiriAsif Şirinov nədən ucarlıları kanalizasiya suyu içməyə məcbur edir?
"Ucar şəhərində günlərdir ki, içməli su kəsilib. Əhaliyə su verilmir". Bu sətirlər Ucar rayon sakini olan bir qrup qadının "Gündəm Xəbər"in redaksiyasına ünvanladığı şikayətməktubunda yer alıb.
Məktub müəllifləri yazırlar ki, yerli məmurlar suyun kəsilməsinə səbəb kimi ana boruda qəza baş verdiyini göstərirlər. Lakin şikayətçilər bununla razılaşmırlar. Onların fikrincə, əhalinin susuz qalmasının səbəbi başqadır. Daha dəqiqi, şikayətçilər bildirirlər ki, sular əslində Ucar Su Kanal İdarəsinin müdiriAsif Şirinovun kommersiya maraqlarına görə qəsdən kəsilib.
Şikayət məktubunda bu iddia belə əsaslandırılır: "Suyun kəsilməsinin səbəbi Asif Şirinovun su satıb qazanmaq istəyidir. Çünki içməli su Asif Şirinovun su maşınları ilə əhaliyə satılır. Bu insan Ucar Su Kanal İdarəsinə müdiri vəzifəsinə təyin olunandan ucarlılara su zülümü yaşadır. Havalar istiləşən kimi müxtəlif bəhanələrlə suyu kəsib su satışına start verir. Görün, bu yarıtmaz müdir necə xain əməllərə əl atır. Qəsdən kanalizasiya suyunun içməli suya qarışdırılmasını təşkil edir ki, heç kəs həmin istifadə etməsin və onun satdığı su alınsın. Görün, əhalini su ilə təmin etməli olan bu məmur necə pis əməllərlə məşğul olur?!"
Şikayətçilər bildirirlər ki, Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinov Ucar şəhərinin 20 000 nəfərə yaxın əhalisinin həyatını təhlükə altında qoyu: "İmkanı olanlar pul verib Asif Şirinovun satdığı suyu alıb işlədir.İmkanı olmayanlar isə uzaq məsafədə yerləşən arxlardan əllərində qablarla su daşıyırlar. Biz mətbuat vasitəsi ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, bu cür naqis əməllərlə məşğul olan Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinovun fəaliyyətinin araşdırılması barədə göstəriş verəsiniz.
Qeyd edək ki, Asif Şirinovun bu əməlində cinayət tərkibi var. Onun barəsində cinayətişi açılmalı və o, cinayət məsuliyyətinə cəlb olunmalıdır".
Şikayət məktubunu.Məmmədova Tənzilə Baba qızı, Əliyeva Fatma Adil qızı, Salahov Şövkət Əli qızı, Abdullayeva Dursun Camal qızı, Şükürova Nisə Dadaş qızı, Alıyeva Vəsilə Zeynal qızı, Məmmədova Xədicə Kərim qızı, Hacıyeva Rəna Hüseyn qızı, Beydullayeva Gülbuta Fərhad qızı, Mayılova Mədinə Məhəmməd qızı, Ələkbərova Şamama Nuh qızı, Hüseynova Kütah Əvəz qızı imzalayıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?