GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Abbas Abbasovun Naxçıvan əməliyyatının şok gizlinləri

Abbas Abbasovun Naxçıvan əməliyyatının şok gizlinləri

Tarix: 25-02-2013, 10:05 Bölmə :Maraqlı Baxış: 817
Abbas Abbasovun Naxçıvan əməliyyatının şok gizlinləri

“Milyarderlər İttifaqı” Muxtar Respublikada dayaqlarını
möhkəmləndirməyə çalışsa da, plan de-şifrə olunub


Şərti adı “Milyarderlər İttifaqı” olan Ümumrusiya Azərbaycanlılarının Təşkilatı İttifaqı (ÜATİ) yeni bir proses başladıb. İttifaqın Naxçıvana təsir imkanları nəzərdən keçirilib və bu məqsədlə Abbas Abbasova təlimatlar verilib. A.Abbasovun missiyası yaxın əlaqələrə malik olduğu Naxçıvan Muxtar Respublikası baş nazirinin sabiq müavini, keçmiş kənd təsərrüfatı naziri Məmməd Abbasovla dialoq yaratması olub. A.Abbasov naziri vasitəsilə gizli əlaqələr yaradaraq qurumun Naxçıvandakı dayaqlarını yaratmağa cəhd göstərib.
Bu barədə özəl qaynaqdan aldığımız məlumata görə, xarici ölkələrdən birində keçirilən gizli görüş sonra de-şifrə olunub. Buna görə də M.Abbasov vəzifəsini itirib. Məlumata əsasən o, vəzifəsindən məhz «Milyarderlər İttifaqı» ilə qurduğu gizli əlaqəyə görə azad edilib. Tərəflər arasında razılığa əsasən sabiq nazir Naxçıvanda təşkilatın özəyini yaratmalı, gizli təbliğat işinə başlanmalıydı.
Ona RATİ-dən böyük maliyyə dəstəyi veriləcəyi vəd olunmuşdu. Amma görüşdən xəbər tutan Naxçıvan rəhbərliyi dərhal onu vəzifəsindən kənarlaşdırıb. Bu faktın üzərinə çox gedilməsə də, qaynağımız iddia edir ki, M.Abbasovun postundan uzaqlaşdırılmasının gerçək səbəbi “Milyarderlər İttifaqı” ilə danışıqlara getməsi olub. Naxçıvan rəhbərliyi onu vəzifədən azad etmək üçün əvvəlcə rəsmi Bakı ilə razılaşdırıb. Mərkəzi hakimiyyət A.Abbasovla nazirin əlaqələrini dəqiqləşdirəndən sonra onun istefasına “hə cavabını verib.
Ümumiyyətlə, RATİ-nin Naxçıvandan hərəkətə keçməsi iqtidarı bərk qəzəbləndirib. Hakimiyyət hər “daş altından” Abbas Abbasovun çıxdığını görür və artıq sxemlər qurulmalı olduğunu aydınlaşdırır. Reallıq budur ki, A.Abbasov Əliyev iqtidarına ciddi maneədir və “Milyarderlər İttifaqı” Azərbaycanla bağlı planlarını məhz bu şəxsin əli ilə həyata keçirir.
Diaspora işləri üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun “Yeni Müsavat”a müsahibəsindəki tezislər, prezidentlə görüşdən sonra qaranlıq qalan müzakirələr göstərir ki, hökumət A.Abbasovla barışa bilməyib, problemlər qalıb, Rusiya rəsmi Bakını divara dirəyib.
Mənbənin sözlərinə görə, yaz aylarında RATİ-nin fəaliyyəti açıq fazaya keçəcək və Əliyev-Putin münasibətlərinin hansı səviyyədə olduğu görünəcək. Qaynağımız iddia edir ki, “Milyarderlər İttifaqı” Naxçıvan əməliyyatını uğursuz başa vursa da, hakimiyyətə “əzələ nümayiş” etdirə bilib.
Hakimiyyət daxilə nəzarət edə bilir. Müxalifət, mətbuat, QHT-lər nəzarət altında. Xalq spekuliyasiyalar və qorxu hesabına sakitləşdirilib. Ermənistanda seçkilər formal keçirilib və Qərb Sərkisyanın legitimliyini tanıyıb. Deməli, Qərb Azərbaycandakı seçkilərə münasibəti də birmənalı olacaq. Yerdə qalır Rusiya amili.
O da iqtidar üçün qaranlıq bir nöqtədir və hələlik düyünlər açılmır. Hökumət gözləyir ki, Rusiya planlarını açıq şəkildə “Milyarderlər İttifaqı”nın timsalında nümayiş etdirsin, ondan sonra əks-hücuma keçsin. Rusiya da bunu etmir və məxfi şəkildə işləyir. Hazırda əsas narahatlıq şimal-qərb zonasıdır və Rusiya ilə sərhəd bölgələrdə etirazların qızışmasından çəkinirlər. Güman olunur ki, Rusiya etnik separatçılıq “kartı”nı işə salıb ölkəni qarışdıra bilər. Bu da seçki ilində Əliyevə sərf etmir. Hətta Dağıstana gətirilən rəhbər Ramazan Abdulatipovun RATİ nümayəndəsi olması da rəsmi Bakıya bir işarədir.
Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi Bakı “Milyarderlər İttifaqı”na qarşı hələ də qəzəblidir

    Rəsmi Bakı “Milyarderlər İttifaqı”na qarşı hələ ...

    12-01-2014, 00:51

  • 
  • Söyün Sadıqov "Milyarderlər İttifaqı"nın pulundan danışdı

    Söyün Sadıqov "Milyarderlər ...

    12-11-2013, 14:25

  • 
  • “Milyarderlər İttifaqı” gəncləri toparlayır

    “Milyarderlər İttifaqı” gəncləri toparlayır ...

    29-04-2013, 21:01

  • 
  • Abbas Abbasov prezidentlə görüşdü

    Abbas Abbasov prezidentlə görüşdü ...

    26-12-2012, 19:33

  • 
  • Mahir Abdullayev işində Abbas Abbasov adı

    Mahir Abdullayev işində Abbas Abbasov adı ...

    25-12-2012, 12:59


Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

İyun 2023 (150)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu