Artıq bu gün universitet yenə Nadir Qəhramanovun zamanındakı duruma düşüb
Bu gün Ali təhsil ocaqlarındakı durum hamını narahat edir və bu narahatçılığın ciddi əsasları da var. Elə buna görə də son illər Azərbaycanda universitetlərə gənclərdə maraq azalıb və yüksək bal toplayan tələbələr daha çox Avropaya, ən pis halda isə Türkiyəyə üz tuturlar. Bu isə sözsüz ki, təhsil ocaqlarındakı durumla bağlıdır. Belə ali məktəblərdən biri də Sumqayıt Dövlət Universitetidir. Universitetə uzun müddət qəssab ləqəbli Nadir Qəhrəmanov rəhbərlik edib. Məhz o dövrdən universitetdə rüşvət açıq-aşkar alınmağa başladı və təhsilə ölümcül zərbə vuruldu. Saxta diplomdan tutmuş, dərsə gəlməyərək diplom alanlara qədər yüz cür hoqqalardan çıxan Nadir Qəhramanov nəhayət ki, uzaqlaşdırıldı. Yerinə isə BDU-in müəllimi olmuş Elxan Hüseynov gətirildi. Gəlişinin ilk aylarında nizam-intizamın yaranmasına çalışan Elxan Hüseynov bir müddətdən sonra başladığı işi yarımçıq buraxdı. Daha doğrusu uzun illər Nadir Qəhramanovun pul yığanları ilə mübarizəni dayandırdı. Artıq bu gün universitet yenə Nadir Qəhramanovun zamanındakı duruma düşüb.
Universitet tələbələrinin “Gündəm Xəbər”ə deməsinə görə universitetdə ən ciddi problemlərdən biri də müəllim heyətinin həddindən artıq zəif olmasıdır. Bunun isə başlıca səbəbi budur ki, rüşvətdən uzaq olan savadlı müəllimlərə qarşı gözügörünməz qüvvələr kompaniya təşkil edir və universitetdən kənarlaşmalarına nail olurlar. Bu günə qədər universitetdə təmizliyinə görə ad qazanmış Rasim İsmayılov, Elçin İsgəndərzadə kimi müəllimlər təhsil ocağında işləməkdən imtina ediblər. Rektor Elxan Hüseynov isə başqa cür ad qazanmış müəllimlərin əhatəsindədir və faktiki universitetə rəhbərliyi həyata keçirdə bilmir. Buna görə də universitetin maddi-texniki bazası işbazlar tərəfindən açıq şəkildə talan edilir. Universitet tələbələrinin başqa bir iddiasına görə smestrlər başalayan zaman tələbələrin qara günləri də başlayır. Çünki smestr ərzində azından 6 imtahan olur və hər imtahanın qiyməti 60 manatdır. Beləcə bir tələbə kəsirsiz smestri başa vurmaq istəyirsə 360 manatdan keçməlidir. İndi təsəvvür edin ki, universitetdə nə qədər tələbə oxuyur və bir il ərzində bu tələbələr 720 manat pul ödəməyə məcburdurlar. Universitetin başqa bir problemi isə kadr potensialının olmamasıdır. Savadlı müəllimlər universiteti tərk edəndən sonra işə qəbul olunan müəllimlərin əksəriyyətinin savadı orta məktəb müəlliminin səviyyəsindən də aşağıdır. Çox maraqlıdır ki, bu universitetdə işə qəbul olmaq istəyən müəllimlərin əksəriyyəti saxta diplomalarla ad qazanan ABU-nun və Təfəkkür universitetinin məzunlarıdır. Onların hansı savada malik olduqlarını isə hamı yaxşı bilir. Universitet haqqında bilgisi olanlar buna görə hesab edirlər ki, Sumqayıt Dövlət Universiteti bu gün ali məktəblərin sıralamasında ən axırıncı yerdə durur. Əgər rektor Elxan Hüseynov yaxın zamanlarda konkret tədbirlər görməsə durum daha da ağırlaşacaq. O ki, qaldı universitetin maddi-texniki bazasına, dəfələrlə universitetin iqtisadi məsələlər üzrə prorektoru Hacıyev Naibə yaxın şəxslər bildirib ki, onların bütün səlahiyyətləri, hətta universitetin yeməkxanasına ərzaqın belə gətirilməsinə onlar qatışa bilmir və bu cür məsələlər yuxarılarda (?) həll olunur. Bu haqda isə gələn sayımızda.
Sorğu
Yeni dizaynımız necədir?