Mehriban Əzizqızı: “Onların kim olduğu bu gün çoxlarına məlumdur. Baş verən təhdid və təzyiqlər isə səbəbsiz deyil”
"Gündəm Xəbər"in ötən sayında bölgə müxbiri Mehriban Əzizqızının, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanımb Əliyevaya ünvanladığı müraciətinin dərcindən sonra, o, redaksiyamıza yeni bir açıqlama verdi. Xanım jurnalist çəkinmədən bildirdi ki, “mən reket jurnalistika və ona qarşı mübarızə zamanı regionda xoşagəlməz olaylarla rastlaşmışam. Çünki, bəzi şəxslərlə yaşanan insidentlər, reket jurnalistikanı dəstəkləyənlərə qarşı davamlı mübarizəm, məni çox oyunlara saldı. Amma, belə bir mübarizə yolumdan çəkinmədim və bu gün də ardıcıl mübarizəmi davam etdirməkdəyəm”. Əziz oxucular! Odur ki, xanım jurnalistin üz-üzə qaldığı problemləri, onun çoxsaylı oxucularımizın diqqətinə çatdırmaq istədiyi bəzi məqamları, məhz sizlərə çatdırmağı özümüz üçün bir borc bildik. İlk öncə onu xatırladaq ki, "Gündem Xəbər"in sonuncu sayında Mehriban Əzizqızı peşə fəaliyyəti ilə bağlı təqib və təhdidlərdən usandığından, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciətini dərc etmişdik. O, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ilə bağlı məqama da aydınlıq gətirərək bildirdi ki, 2011-dən indiyə qədər nə özünə, nə də mətbuata qarşı Elmar müəllimin hansısa müdaxiləsi olmamış, əksinə Gəncədə media nümayəndələrinə geniş imkanlar yaradılmışdır. Bütün zamanlarda icra başçısı media nümayəndələrinə hörmətlə-izzətlə yanaşsa da, məhz onun ətrafındakı məmur qruplaşmasının yanaşması isə fərqli olub. Burada fikirlər haçalanır. Belə bir səbəb üzündən də, təqib və təzyiqlərdən usanan müxbir birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək məcburiyyətində qalır. Bölgə müxbiri bizimlə söhbətində cənab Prezidentin ölkədə baş verənlərin mediada işıqlandırması yolunda yaranan bəzi çətinliklərdən, müstəqil fəaliyyət göstərən mətbu orqanlara Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin əsl jurnalistika ilə məşğul olan qəzetlərə verilməməsi ilə də bağlı giley-güzarnı bildirdi. Dövlətdən dəstək görməyən qəzetlərin maddi sıxıntılar içərisində fəalyyət göstərmələri bəs deyilmiş kimi, üstəlik bəzi korrupsioner məmurların onu təqib və təhdid etmələri ilə bağlı giley-güzarı da dərc olunmuşdu. Xatırladaq ki, Mehriban Əzizqızı artıq 10 ilə yaxındır ki, Gəncəbasarda fəaliyyət göstərir və onun ayrı-ayrı vaxtlarda bir çox məqalələri də dərc olunmuşdur. Onlardan “ADY"QSC-nin bağlı qapıları arxasında nə baş verir" (2010), "Gəncə dünən və bu gün" (2011), "Bakı ağ şəhər, Gəncə yaşıl şəhər oldu" (2012), "Gəncə Nizamisinə, Nizami Gəncəsinə qovuşdu", "Gəncənin tarixi, tarixin Gəncəsi", "Samuxda yaşıl ölüm", "Bazarı, avtovağzalı, qəzet köşkü olmayan Samux rayonu", "Gəncə Müəllimlər İnstitutu saxta diplom bazarı " (2013), "Gəncənin ölü canlar filarmoniyası" (2015), "GDU-da plagiat sindromu" (2017), "Gəncə musiqi kollecində görünməmiş rüşvətxorluq" (2017), "Gəncə Dövlət Filarmoniyası rəhbərindən görünməmiş saxtakarlıq" (2017) və s. göstərmək olar. "Gündəm Xəbər"in sonuncu sayında isə "Elmar Vəliyev xanım jurnalisti təhdid etdirir: "Gəncəni tərk et" başlıqlı yazısına münasibət bildirən Mehriban Əzizqızı, belə bir bəyanat da yaydı. "2011-ci ildə Elmar Vəliyevin Gəncə şəhərinə icra başçısı təyinatı zamanı mən Gəncəbasarda bölgə müxbiri idim. Mehriban xanıma müraciətimi tam oxuyanlar və məsələdən xəbəri olmayanlara bildirmək istəyirəm ki, Gəncədə hazırda quruculuq və abadlıq işləri getdiyi bir vaxtda, şəhərdə daha bir xoşagəlməz ab-hava hökm sürməkdədir. Bunu yaradanlar isə Gəncənin "şər-böhtan mafiyası"dır. Artıq mənim kimi, elə şəhərin vicdanlı məmurlarının cana doyduğu bu mafiyanın əlindən zara gəlmiş məmurlardan, hətta mənim halıma təsəlli olaraq "nə vecinə, ştampın yox, möhürün yox, sən yenə səsini çixarda bilirsən" deyərək mənə bəxtəvərlik verənlər də var. Əslində maraqlı hal odur ki, fəaliyyətim zaman bir həqiqət, reallığı özündə əks etdirən məqam ondan ibarət olub ki, şəxsən Elmar Vəliyevdən bütün zamanlarda vicdanlı jurnalistlərə qarşı hörmət-izzət gördüyümüz halda, onun ətrafında olan mafiyadan isə nəinki jurnalistlər, hətta xalq belə incik düşüb. Onların kim olduğu bu gün çoxlarına məlumdur. Baş verən təhdid və təzyiqlər isə səbəbsiz deyildir. Mən bir neçə dəfə icra başçısı Elmar Vəliyevlə görüşmək üçün aidiyyəti üzrə müraciət etsəm də, onu ətrafında olan "blokada" nı yara bilmədim. Belə bir səbəbdən də məcbur olub cənab İlham Əliyevə, PA-nın rəhbəri cənab Ramiz Mehdiyevə ünvanladığım məktublarda "sər -böhtan mafiyası"nın fəaliyyəti ilə bağlı məktublar ünvanladım. Görünür mətbuatda yazılanlar doğru imiş. Belə ki, deyəsən bu mafiya doğrudanda paytaxt Bakıya göndərilən məktubları açıb məzmunu ilə tanış olur. Deyəsən mən bilmədən Gəncənin şər-böhtan mafiyası mənə qarşı yalnız bir seçim yolu müəyyən edib. Açıq-aydın "ağsaqqalları" ilə birgə mənə təzyiq və təqib göstərmək yolunu müəyyən ediblər. Bu mafiyanın əməlləri o həddə çatıb ki, onlar bu gün Elmar Vəliyevin adından istifadə edərək nəinki məmurları incidir, hətta məni Gəncə şəhər İcra Hakimiyyətinə dəvət edərək, mənə hədə-qorxu gəlməkdən çəkinmirlər. Bu haqda məlumatı hüquq mühafizə orqanı əməkdaşları bilsələrdə, hələ ki, sükutu pozan yoxdur. Məmurlar bilməlidirlər ki, onlar hansı cəhdlərə əl atsalar belə sonu puçdur. Gəncənin icra başçısı adından danışan "şər-böhtan mafiyası"na dəstək olan və bu gün onlara xidmət göstərən reket jurnalistlər də var. Mafiya üzvləri əsasən kadr məsələlərində dəyişiklik etmək zamanı şahmat taxtasında olduğu kimi ipə-sapa yatmayanlara qarşı reket jurnalistlərini işə salaraq istəklərinə nail olur və şaiyə yayma mexanizminə də güvənirlər. Şəhər ölkənin ikinci böyük şəhəri olsa da təbii ki, region olduğu üçün şaiyələr yayılır. İstədikləri an vicdanlını vicdansız, düzü əyri, əyrini düz, namuslunu binamus etmək üçün mafiyanın "yararlı kadrları" da var. Bu kimi mənliksiz və məsləksizlər biıməlidirlər ki, nə dövlət, nə də xalq onlardan ibarət deyil. Dövlətimiz güclüdür. Onların səyi yəqin ki, son anda boş çıxacaq. Vicdanlı məmur, vicdanlı rəhbərlik nə qədər varsa, məhz onların səyləri də heçə çıxacaq. Mən buna əminəm. Əgər bu gün hansısa vicdanlı məmur dövlətinə, xalqına vicdanla xidmət göstərib can yandırırsa, şər-böhtan mafiyası canını yandırıb, reallığı görmək istəyən gözləri kor edirsə, bu artıq onların problemidir, vay onların hayına. Bir asan başa gəlməyən həqiqət isə ondan ibarətdir ki, "Qurani-Kərim" də yazılır ki, haqq yolunda mübarizə, Allah yolunda mübarizədir”.
Sorğu
Yeni dizaynımız necədir?