Mehriban Vəzir Milli Şuradan xaric edilib. Bu haqda onun özü məlumat yayıb:
“Milli Şura məni üzvlükdən çıxarıb. Çünki MŞ-ya verilən bir yalan-böhtan hesabatın üstünü açmışam. Bunlar elə bil Ərdoğanın qohumlarıdı. O qoçaq da uşaqlar, bizi niyə rüsvay edirsiniz, demək əvəzinə, övladlarının əllərində qutu-qutu pul ifşa edən polis rəhbərliyini həbs etdirdi".
Moderator.az-a açıqlama verən Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev Mehriban Vəzirdən qurumda aşkar etdiyi yalan hesabatı ictimaiyyətlə bölüşməsini istədi:
“Meriban Vəzir bizim nizamnaməni pozduğuna görə Milli Şuradan xaric olunub. O, bildirir ki, biz hansısa yalan hesabat yaymışıq. Qurumun bütün bəyanatları ortadadır. Hansını yalan hesab edir buyursun mövqe bildirsin. Mehriban xanım heç özü bilmir nəyin üstünü açıb. Yaxşı olar ki, bu haqda açıq mövqe ortaya qoysun.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?