GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Abbas Abbasova qarşı şok ittiham

Abbas Abbasova qarşı şok ittiham

Tarix: 22-11-2013, 18:33 Bölmə :Manşet Baxış: 924
Abbas Abbasova qarşı şok ittiham
“Azərros” Ağsaqqallar Şurasının sədri Kremlin azərbaycanlı miqrantları sıxışdırmaq siyasətinin dəstəkçisi olmaqda suçlandı

Rusiyanın miqrasiya siyasəti qeyri-slavyanları, öncə azərbaycanlıları ölkələrinə qayıtmağa məcbur etmək məqsədi daşıyır.

Virtualaz.org bildirir ki, APA-nın yaydığı təhlil materialına görə, miqrantlara qarşı təzyiqlərə başlanması bu prosesin ilk mərhələsidir, ikinci mərhələ onları vətənlərinə köçə məcbur etmək, üçüncü mərhələ isə Kremlin nəzərində sosial narazı kütlə olan miqrantlardan yerli hakimiyyətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Başqa sözlə, Moskva evə qayıdan miqrantlardan “beşinci kolon” yaratmaq istəyir və bu prosesə bəzi etnik əsaslarda formalaşan qurumları da cəlb edib. Bunlardan biri də Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətidir (“AzerRos”). Bu quruma Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasov rəhbərlik edir. “Milyarderlər İttifaqı”nın yaradıcısı, ilhamvericisi olan Abbas Abbasov...

“Milyarderlər İttifaqı”nı yaradanlar qurumu ictimai rəyə Rusiyada yaşayan və işləyən azərbaycanlıların hüquqlarını müdafiə edəcək təsisat kimi təqdim etməyə çalışır, bu kontekstdə soydaşlarımızın ciddi problemlərlə üzləşdiklərini öz plana çəkirdilər. Bu problemlər həmişə mövcud olub, lakin indiki kimi total deyil, lokal xarakter daşıyırdı. Lakin Qərbi Biryulevo hadisələri əmək miqrantlarına gerçək münasibəti üzə çıxardı, bu, Moskvanın qeyri-slavyan mənşəli miqrantlara yürütdüyü siyasətin pik nöqtəsi idi. Kreml bazarlarda reydlərə başlamaqla, azərbaycanlıları miqrasiya qanunvericiliyini əsas gətirərək bazarlardan çıxarmaqla gerçək üzünü açığa çıxarmış oldu.

Səhnəyə azərbaycanlı əmək mühacirlərinin hüquqlarını müdafiə bayrağı ilə çıxan “Milyarderlər İttifaqı” isə meydanda yox idi. Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri, həmçinin “Milyarderlər İttifaqı”nın təsisçilərindən Abbas Abbasov bu proseslərə dair açıqlaması ilə “özünü yandırmış” oldu. “Azərbaycanlılara xəbərdarlıq edirik ki, bir müddət restoranlara getməsinlər” deyə “bəyanat” verən Abbas Abbasov əslində həm problemin mahiyyətini anlamadıqlarını (yaxud anlamaq istəmədiklərini) ortaya qoydu, həm də “Milyarderlər İttifaqı”nın guya miqrantların problemini həll etmək üçün yaradıldığı barədə sabun köpüyünü partlatmış oldu.

Sual olunur: “Bu müddət ərzində Abbas Abbasov miqrantların üzləşdiyi problemlər, onların həll yolları ilə bağlı hansı tədbir keçirib, azərbaycanlılara qarşı qeyri-insani münasibətlə bağlı hansı bəyanatı verib?” Azərbaycan cəmiyyəti bu problemlə bağlı Abbasov tərəfindən hər hansı addımın şahidi olmayıb. Əvəzində isə Abbas Abbasovun təşəbbüsü ilə Rusiyanın dövlət miqrasiya siyasətinə dəstək vermək üçün “Prezident otel”də tədbir keçirilir və baş nazirin sabiq müavini o tədbirdə çıxış edərək Kremlin miqrasiya siyasətini (oxu: Azərbaycana və azərbaycanlılara qarşı təzyiq siyasətini) dəstəklədiyini bəyan edir.

Rusiyanın miqrasiya siyasəti qeyri-slavyanlara qarşı təzyiq siyasətidir, sənəddə əksini tapmasa da, qanunların icrası bunu aşkar şəkildə göstərir. Bu siyasət miqrantları ölkələrinə göndərməklə həmin dövlətlərdə stabilliyi pozmaq məqsədi güdür. Moskva köçə zorlanan miqrantları, bu sosial narazı kütləni onların ölkəsinə qarşı alət kimi istifadə etməyə çalışır və Abbas Abbasov bu siyasəti dəstəklədiyini açıqlayır. Məsələ Abbasovun niyə belə etməsində deyil. Sual olunur: “Əgər gerçək niyyətini gizlətmək istəyirsənsə, bunu “azərbaycanlı miqrantların hüquqlarını qorumaq” kimi bir anlayış altında kamuflyaj etmək nəyə lazım idi?” “Milyarderlər İttifaqı” öz niyyətini gözə və qulağa xoş gələn başqa bəhanələrlə kamuflyaj edə bilərdi, amma siyasi səhnəyə ilk addımlarını “miqrant hüquqları”nın arxasında gizlənməklə atdı və özünü elə ilk addımdaca, Biryulevo hadisələrində ifşa etdi.

Demək səmimi deyillər, demək niyyət başqadır. Gerçək niyyəti təxmin etmək çətin deyil, bu niyyət Moskvanın Azərbaycanı Gömrük Birliyinə qoşmaq niyyəti ilə üst-üstə düşür. Başqa sözlə, “Milyarderlər İttifaqı” kimlərinsə əlində alətdir və Abbas Abbasov toplantıda söylədiyi fikirlərlə alət olduğunu gizlətmir də. Məsələn, “Azərros”un Ağsaqqallar Şurasının sədri bildirir ki, hər bir miqrantın taleyi yalnız onu qəbul edən ölkədən yox, həm də onun gəldiyi ölkə və ya regionun məsuliyyətindən asılıdır. Yəni, Abbas Abbasov Rusiyada bu gün azərbaycanlı miqrantlara qarşı təzyiqlərin davam etməsinə görə məsuliyyəti öz iqtisadi və siyasi müstəqilliyini Kremlə güzəştə getmək istəməyən rəsmi Bakının üzərinə atır. Səbəb məlumdur - Kreml azərbaycanlı miqrantları sıxışdırmaqla onların Azərbaycana qayıdışını təmin edə bilsə də, onları sosial narazı kütlə kimi rəsmi Bakıya qarşı qoya bilmədi. Bu missiyanı üzərinə götürən Abbas Abbasov artıq ona bəslənən ümidləri doğrultmadığına görə Kremlin etimadını itirmək üzrədir. Bu səbəbdən o indiyədək yürütdüyü siyasəti darmadağın edəcəyini bilməsinə rəğmən tədbir keçirərək Moskvanın miqrasiya siyasətinə açıq şəkildə dəstək verdiyini bildirir. Abbasovun buna ehtiyacı var, çünki məşhur bir filmdə deyildiyi kimi, “on ne opravdıval okazannoye im visokoqo doveriya”. Bir tədbirlə bu etimadı bərpa ediləcəyini düşünmək isə... Artıq bu, Abbasovun öz problemidir.

Qeyd edək ki, Abbas Abbasov APA-nın əməkdaşının tədbirlə bağlı sualını eşidən kimi telefonu məşğul edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abbas Abbasovun oğlu atasının açdığı telekanaldan danışdı

    Abbas Abbasovun oğlu atasının açdığı telekanaldan ...

    15-01-2014, 15:26

  • 
  • Abbas Abbasova təzyiqlər artır

    Abbas Abbasova təzyiqlər artır ...

    9-12-2012, 12:41

  • 
  • Abbas Abbasov Rusiyada telekanal açır

    Abbas Abbasov Rusiyada telekanal açır ...

    15-01-2014, 12:41

  • 
  • Moskvada Abbas Abbasova yeni vəzifə verildi

    Moskvada Abbas Abbasova yeni vəzifə verildi ...

    9-07-2013, 19:35

  • 
  • Əli Əhməov Abbas Abbasovun cavabını verdi

    Əli Əhməov Abbas Abbasovun cavabını verdi ...

    13-06-2013, 14:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu