GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məmurların zülümünə məruz qalan ana fəryad edir

Məmurların zülümünə məruz qalan ana fəryad edir

Tarix: 5-07-2017, 14:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 626
Məmurların  zülümünə məruz qalan ana fəryad edir


“Gündəm Xəbər Qəzeti Redaksiyası”na 1961-ci ildə İmişli rayonunun Allahmədətli kəndində qeydiyyatda olan, orta təhsilli, iki övlad anası, heç bir yerdə işləməyən Babayeva Dilarə Zakir qızı tərəfindən ərizə ilə müraciət daxil olub. Həmin müraciəti Dilarə xanım Babayevanın xahişini nəzərə alaraq olduğu kimi dərc edirik.
Bildirirəm ki, mənim övladım Aslanov Xosrov Xanoğlan oğlu Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, Tərtər rayon “N” saylı hərbi hissədə hərbi xidmətdə olduqdan sonra 2011-ci ilin may ayından 2015-ci ilin yanvar ayına kimi “Dəmirbank” ASC İmişli filialında kredit mütəxəssisi işləmiş, işlədiyi bankın filial müdiri Əliyev Paşa Əlibala oğlu ilə vəzifə artımı üstündə mübahisə olduğu üçün Paşa müəllimin 10 il filial müdiri kimi qeyri-qanuni yollarla əldə etdiyi “pulları”, “tanışlar”ı şəxsi prinsipi və ən nəhayət, İmişli rayon Polis Şöbəsində I-ci müavin işləyən çox yaxın qohumu İlqar müəllimin hesabına 05.08.2015-ci il tarixində Xosrovu Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə həbs etdirdi. “Gündəm Xəbər”ə müraciət etməkdə məqsədim təcrübəsizliyindən və inamından istifadə edib. Xosrovu, uzun illərin “işbazı”, Paşa Əliyevin həbs etdirməsi yox, həbs olunduqdan sonra başına gələnləri çatdırmaqdır. Belə ki, Xosrov 2015-ci ilin aprel-may aylarında İmişli şəhərində fərdi yaşayış evinin sənədlərini “reyster” xidmətindən çıxarış” (kupça) halına salmaq istədi. Xosrov hələ “Dəmirbank”da işlədiyi dövr Paşa Əliyevin vasitəçiliyi ilə tanış olduğu, uzun müddət Gəncə şəhərində axund işləmiş, sonralar Xosrovun da bir din xadimi kimi hörmət etdiyi və münasibət qurduğu (Xosrov özü namaz, Quran əhli olduğu üçün) - Hacı-Mustafaya Vaqif Əli oğlu tanışının olması adı ilə guya Xosrova kömək etmək məqsədilə Xosrovdan evinin sənədlərini və 250 manat pul aldı ki, evin çıxarışını alsın. Bir müddət sonra müvafiq idarənin işçiləri gəlib evin şəklini çəkir, lazımi qeydlər aparıb Xosrova bildirdilər ki, evin sənədini hazırlayıb verəcəklər.
Lakin çox keçmədi ki, Xosrov 15.08.2015-ci ildə İmişli rayon Polis Şöbəsi tərəfindən həbs olundu. O, həbs olunduqdan sonra 3 saylı İstintaq Təcridxanasına göndərilən zaman valideynləri olaraq bizim rayon mərkəzindən 40 km kənar yaşamağımızla əlaqədar gec gəlib çatacağımızı düşünüb, elə bizim qədər inanıb, hörmət etdiyi Vaqif Mustafayevi Polis Şöbəsinə çağıraraq, ailəmizə məxsus, lakin texniki pasportla Xosrovun adına olan 30 BG 206 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobilin sənədlərini və digər əşyalarını ona verərək xahiş edir ki, avtomobili İmişli şəhərində fəaliyyət göstərən ustanın həyətindən təmir qurtarana kimi götürsün və evin sənədlərini də alıb bizə çatdırsın. Qeyd edim ki, Xosrov avtomobili təmirə verdiyi ustanı Vaqif yaxşı tanıyır, hətta lazım olan ehtiyat hissələrini Xosrov Vaqiflə bir yerdə ustaya verib. Xosrov həbs olunduqdan sonra şəkər xəstəsi olan atasının və mənim səhhətim pisləşdiyi üçün nə Xosrovla, nə də ki, maşın və evlə maraqlana
bilmədik. Bir müddətdən sonra səhhətimiz nisbətən normallaşanda Xosrovla telefon əlaqəsi zamanı mənə məlum oldu ki, Vaqif maşını və evin sənədlərini bizə verməli olduğu halda hələdə verməyib. Onunla telefon əlaqəsi zamanı Vaqif sənədlərin və maşının tam hazır olmadığını, yaxın müddətə hazır olduğunu bildirdi. Lakin bir müddətdən sonra məlum oldu ki, Vaqif Mustafayev Xosrova məxsus olan evi bizə məlum olmayan vəziyyətə saxtakarlıqla Xosrovun həbsdə olmadığından evi istifadə edərək İmişli rayon Polis Şöbəsində polis nəfəri işləyən Xəyyam adlı şəxsə 18.000 (on səkkiz min) manata satıb.
Mən Vaqif Mustafayevdən bir neçə dəfə evi və maşını tələb etdikdə Vaqif mənim arxamda İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev və digər vəzifə sahibləri dayanıb, nə bilirsiniz edin, - deyə cavab verdikdən sonra İmişli rayon Prokurorluğuna və Baş Prokuror Zakir Qaralova müraciət etdik. Bundan sonra İmişli Prokurorluğundan Sultan Muradov 3 saylı İstintaq Təcridxanasına gedərək Xosrovdan ifadə, imza və yazı nümunələri götürərək araşdırma aparıb və məlum oldu ki, Xosrov 15.08.2015-ci ildən həbsdə olsa da, 2015-ci ilin dekabr ayında Xosrovun adından saxta imza etməklə Ağdam-Tərtər notariusu kimi fəaliyyət göstərən Adil Rüstəmovun verdiyi saxta etibarnamə ilə Xosrovun adına olan 30 BG 206 nömrə nişanlı avtomobil başqa şəxsin adına keçirilib. Xosrovun maşını hazırda Beyləqan rayonu II Şahsevən kənd sakini Əliyev Şirvan Məzahir oğlunun həyətindədir. Qeyd edim ki, biz özümüz də maraqlandıq, həqiqətən avtomobilimizin Əliyev Şirvanın istifadəsində olduğunu öyrəndik. Bütün bunlardan sonra Vaqif Mustafayev 2 saylı cəzaçəkmə müəssisəsinə Xosrovun yanına gedir, müəyyən məbləğdə pul təklif edərək bu işdən əl çəkməsini istəyir. Xosrov razılaşmayaraq Vaqifdən dəymiş ziyanın hamısını, yəni evi və maşını istəyir. Vaqif Xosrovdan özünə sərf edən cavabı almadığını görüb əsəbləşərək mən sənə nə maşın, nə də ki, ev verməyəcəm, hara deyirsən de, özün tutulmusan, ağıllanmamısan, sənin qardaşını da tutduracam kimi hədə-qorxu edərək gedib. Xosrovun yanından qayıtdıqdan sonra Vaqif İmişli rayonunda mənimlə qarşılaşdı və mənə bildirdi ki, Xosrova deyin bu işdən əl çəksin, yoxsa onun başına türmədə oyun açdıracağam, onu sağ-salamat görməyəcəksiniz kimi elə formada hədələdi ki, mən qorxuya düşdüm. Ədliyyə Nazirliyinə teleqram vuraraq Xosrovun təhlükəsizliyinin daha ciddi qorunmasını xahiş etdim. 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi çox sağ olsun ki, bu teleqramanı tez bir zamanda nəzarətə götürərək
Xosrovu qəbul etmiş və müəssisədən onun tam təhlükəsiz şəraitdə olduğunu bildirdikdən sonra mənim bir ana kimi Xosrovun təhlükəsizliyindən heç bir narahatçılığım qalmayıb. Daha sonra bu işi araşdıran İmişli Prokurorunun köməkçisi Sultan Muradov iki dəfə 2 saylı cəzaçəkmə müəssisəsinə Xosrovun yanına gəlib müxtəlif izahlar alıb. Aldadıcı təkliflər etsə də, Xosrov yalnız dəymiş ziyanı istədiyini bildirib. Sonra İmişli Prokurorluğu Vaqif Mustafayevin başçılıq etdiyi cinayətkar qrupun əməlləri barədə tədbir görmək əvəzinə, İmişli Prokurorunun I müavini Famil müəllim istifadəsində olan iş otağındakı telefondan mənim istifadə etdiyim 055-924-98-36 mobil nömrəyə zəng vuraraq Xosrovun ünvanına bir neçə təhqiredici söz deyərək kifayətlənməyib, Vaqif Mustafayevdən nə istəyirsiniz? - deyərək, sanki cinayətkar qrupun vəkili kimi onları, xüsusilə Hacı Vaqifi müdafiə edir. Qeyd edim ki, Vaqif tərəfindən başımıza gətirilən hadisə barədə Baş Prokuror Zakir Qaralova etdiyimiz müraciətə 04.10.2016-cı il tarixli № 160090-01-09074 saylı məktubla “müraciətlərə baxılması idarəsinin rəis müavini” kiçik ədliyyə müşaviri Aynur Osmanova, daha sonra 30.12.2016-cı il tarixli 04-1398 saylı məktubla, “prokurorluqdan istintaqa nəzarət idarəsinin” rəis müavini baş ədliyyə müşaviri Qabil Qasımov bildirmişdir ki, törədilən cinayət İmişli rayon Prokurorluğun prokuror köməkçisi Sultan Muradov tərəfindən araşdırılır. Araşdırma tam, obyektiv və hərtərəfli aparılacaq. Amma 8 aydır davam edər araşdırma heç bir obyektivliyə və qanuna söykənməyərək Vaqif Mustafayevin şəxsi nüfuzu, mənim arxam İmişli icra hakimi Vilyam Hacıyev və digər məmurlardır. Əks etdirən formada aparılaraq, hər bir tərəfi aydın şəkildə görünən cinayətkar qrupun əməlləri İmişli Prokurorluğu və Polis Şöğbəsi tərəfindən pərdələnərək gizlədilir. Belə ki, İmişli rayon Polis Şöbəsi mənə məktub göndərərək bildirib ki, baş verən cinayətin səbəbkarı guya Əliyev Şirvan Məzahir oğludur və onun da barəsində axtarış elan olunsa da, yaşayış yeri məlum olmadığı üçün axtarışa xitam verilib. Mən bildiyim qədəri də polisin bu məntiqsiz və gülünc cavabı sifarişlə hazırlanıb. Çünki, mən Əliyev Şirvanı tanımıram. Xosrovda Şirvanı tanımır və maşın Şirvanın adına keçirilən vaxt Xosrov artıq 4 ay idi həbsdə idi.
Xosrov maşınının sənədlərini və maşını Vaqif Mustafayevə verib. Necə olur ki, maşın Ağdam-Tərtər notariusuna getdi və notarius Adil Rüstəmovun marağı nə idi ki, 4 aydır həbsdə olan bu adamın adından saxta imza ilə saxta etibarnamə verir?
Əliyev Şirvanın ünvanını və maşının onda olmasını mənə Xosrova Prokuror köməkçisi Sultan Muradov deyib və o, hətta araşdırma apararkən Əliyev Şirvan İmişli rayon Prokurorluğuna dəvət edərək ifadəsini alıb. Bəs indi hansı səbəblə İmişli rayon Polis Şöbəsi Əliyev Şirvanın - “məlum ünvanını” - və özünü tapmaqda acizdir?
Nə qədər gülünc olsa da deyək ki, Əliyev Şirvan tapılmır, axı saxta etibarnamə verən Adil Rüstəmovun törətdiyi cinayət ortadadır. Adil Rüstəmov mənim yaşadığım ünvanıma gələrək səhvini etiraf edir və dəyən ziyanı ödəməyə hazır olduğunu bildirir, lakin prokurorluğun ona imkan vermədiyini deyir. İmişli Prokurorluğunu nə vadar edir ki, Adil Rüstəmova dəyən ziyanı ödəməyə imkan verməyərək onu heç bir günahı olmayan kimi müdafiə edir?
İmişli polisi o qədər acizdir ki, qonşu rayon Beyləqan rayon II Şahsevən kəndində hal-hazırda yaşayan və sözügedən avtomobili istifadə edən Əliyev Şirvan Məzahir oğlunu tapa bilmir?
Azərbaycan Respublikasının qanunlarla idarə olunan dövlət olduğuna mənim də Azərbaycan vətəndaşı olmağımı nəzərə alıb, Sizlərə müraciət edərək qanunun aliliyinin bərpa olunması, ədalətin bərqərar olmasına töhfəmizi verərək məlum
hadisəni böyük reytinqə və geniş tamaşaçı sevgisinə və kütləsinə malik olan “Gündəm-Xəbər” qəzeti vasitəsilə işıqlandırılaraq səlahiyyətli şəxslərə köməklik göstərmənizi xahiş edirəm.
Xahiş edirəm ki, bu hadisəni işıqlandıraraq səlahiyyətli şəxslərlə və məmura bu gün rahatlıq, sabitlik içində yaşadıqları, müxtəlif vəzifələri tutduğu dövlətin qurucusu, mərhum Prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin bir deyimini xatırladasınız: “Dövlət o vaxt sarsılır ki, günahkar cəzasız qalır, günahsız cəzalandırılır”.
Onu da xatırladasınız ki, cənab Prezidentimiz İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, hər bir məmur çalışdığı sahədə əhalinin, xalqın qulluqçusudur. Hər bir məmur qanunun aliliyinə söykənərək əhaliyə, xalqa xidmət etməli.
Bu məmurlara xatırladasınız ki, mən bildiyim qədər onlar dövlətimiz və onun qanunlarına, onun Prezidentinə, Prezidentin tapşırıqlarına tabe olmalıdırlar. Özünün fəxrlə dediyinə görə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və hələ də anlamadığım respublikanın sahibi kimi təqdim etdiyi AĞBAŞ dediyi şəxsə arxalanaraq özünü sanki “qolçomaq” kimi aparan Hacı Vaqif kimi tanınan Mustafayev Vaqif Əli oğluna yox.
Bu məmurlar və aidiyyəti orqanlar bilsinlər ki, dövlətə, onun qanunlarına, onun Prezidentinin tapşırıqlarına deyil, HACI VAQİF kimilərinə hər hansı şəxsi marağa görə tabeçilikləri bu gün inkar edən Azərbaycan Respublikasının inkişafını ləngidən, qanunlarına hörmətsizliklə yanaşı, cənab Prezidentim İlham Əliyevə əhaliyə, xalq arasında bağlılığa, sevgiyə də kölgə salır.
Məlumat üçün onu da qeyd edim ki, mən Babayeva Dilarə Zakir qızı baş verən hadisə ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə BİRİNCİ VİTSE-PREZİDENTİ Mehriban xanım Əliyevaya ünvanladığım teleqrama cavab olaraq İmişli Prokurorluğuna məsələnin obyektiv araşdırılması tapşırılsa da, heç bir tədbir görülmədi.
İnanır və ümid edirəm ki, “Gündəm-Xəbər” qəzeti mənim müraciətimi işıqlandıracaq və lazımi tədbirlər görülməsində bir redaksiya olaraq yaxından köməklik göstərəcək. Xosrovun həbs olunması ilə onun heç bir işdə işləməyən, şəhid övladı olan həyat yoldaşı və bir-iki yaşlı övladı mənim himayəmdədir. Mən özüm də xəstəyəm, heç bir yerdə işləmirəm. Biz bütün ailə üzvlərimiz son ümid yeri olaraq “Gündəm-xəbər” qəzetindən müraciətimin ictimailəşməsinə köməklik etməsini diləyirəm.
Qabaqcadan minnətdaram!
İmza: Babayeva Dilarə Zakir qızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu

    “Aqrolizinq” ASC-nin filial müdiri həbs olundu ...

    23-10-2013, 11:18

  • 
  • Sevinc Babayeva və oğlu haqqında bilmədikləriniz

    Sevinc Babayeva və oğlu haqqında bilmədikləriniz ...

    10-01-2013, 11:03

  • 
  • Beynəlxalq Bankın Ucar filialında saxtakarlıq

    Beynəlxalq Bankın Ucar filialında saxtakarlıq ...

    22-09-2015, 22:07

  • 
  • "MTN əməkdaşı" tutuldu

    "MTN əməkdaşı" tutuldu ...

    17-10-2015, 13:58

  • 
  • "DƏMİRBANK"IN "MƏRKƏZ" FİLİALINDA YEYİNTİ

    "DƏMİRBANK"IN "MƏRKƏZ" ...

    28-11-2013, 14:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu