GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qoşulub qaçmağa razı olmayan nişanlısını qətlə yetirdi

Qoşulub qaçmağa razı olmayan nişanlısını qətlə yetirdi

Tarix: 17-07-2017, 18:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 451
Qoşulub qaçmağa razı olmayan nişanlısını qətlə yetirdi


Təqsirləndirilən şəxs: “Məndən ayrılmaq istədi, beynim çöndü, bıçaqla vurdum”

Nişanlısını qətlə yetirməkdə və onun bacısına xəsarət yetirməkdə ittiham olunan Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə istintaqı başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror Ramin Nağdəliyev ittiham aktını elan edib.

İttihama görə, bu ilin martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.

Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı biçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya bilib.

Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Nəcəf Məcidov daxil olmuş əməliyyat məlumatı əsasında yeri müəyyən edilərək saxlanılıb. Nəcəf Məcidov əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub.

Bundan sonra Nəcəf Məcidov tələb edib ki, nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. Nəticədə İlahə Ağayeva hadisə yerində ölüb. Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Məhkəmə zalından “Gündəm Xəbər”in əməkdaşının verdiyi məlumata görə, Nəcəf Məcidov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7­ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.

İttihama münasibət bildirən Nəcəf Məcidov özünü təqsirli bilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, cinayət işində bəzi qaranlıq qalan məqamlar var. Onun sözlərinə görə, hadisə baş verən zaman nişanlısı ilə onların həyətlərində olan hamamda görüşüblər: “Həmin vaxt biz hamamda olanda qapını içəridən bağlamışdım. Yazılıb ki, qapı açıq olmayıb, qapını zorla açıblar. Əslində isə belə deyil. Biz həmişə hamamda görüşürdük. Hava soyuq olduğu üçün qapını da içəridən bağlayırdıq ki, içəri isti olsun. Həmin gündə qapını içəridən bağlamışdım. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım. Həmin vaxt Rəhimə orada olmayıb. İlahə ilə mübahisə etdiyim üçün əsəbi idim, çölə çıxandan sonra Rəhimə ora gəldi və qışqıraraq üstümə hücum çəkdi. Məndə onu vurdum. Həmin vaxt özümdə olmamışam”.

Nəcəf Məcidov qeyd edib ki, son günlər İlahə ilə münasibətləri yaxşı olmayıb: “İlahə ilə münasibətlərim yaxşı olmayıb. Ona iradlarımı bildirdim. O, iradlarıma əhəmiyyət vermirdi. Deyirdim ki, iradlarımda qəbahətli nə var? Həmin gün biz hamamda görüşmüşük, hamamın qapısını bağlamaqda məqsədim havanın soyuq olması olub. Qapını bağlamışdıq ki, içəri isti olsun. Orada söhbətimizi etmişik, söhbət zamanı aramızda mübahisə yaranıb. İlahə məndən ayrılmaq istədiyini bildirdi. Bundan sonra beynim çöndü, onu bıçaqla vurdum”.

Daha sonra zərərçəkmiş şəxs qismində ifadə verən Rəhimə Ağayeva bildirib ki, hadisə baş verən günü bacısı İlahə telefonla danışdığını görüb: “Bacım telefonda 2-3 saat danışdı. Ondan soruşdum ki, kiminlə danışırsan. Dedi ki, Nəcəfdir, mənimlə görüşmək üçün yalvarır, qapımıza gəlib, mənimlə görüşmək istəyir. Məndə Nəcəfin yalvarmasına gülümsədim və bildirdim ki, imkan ver, gəlsin, görüşün. 5 dəqiqədən sonra bacım evdən çıxdı. Bacımı gözləsəm də, gəlmədi. Onun gəlmədiyini gördüm və arxasınca getdim. Bacımı Nəcəflə pilləkənlərin yanında gördüm və geri qayıtdım”.

Rəhimə Ağayevanın sözlərinə görə, gecə yarı, saat 4-də bacısını yenə də evdə olmadığını görüb və onun arxasınca getdim: “Həyətə düşəndə hamamdan səs-küy gəldiyini eşitdim. Bacımla Nəcəf mübahisə edirdilər. Qapını vursam da, bağlı idi. Qapını döydüm, bacım çölə çıxdı. Dedi ki, Nəcəflə söhbət edir. Buna görə də evə qayıtdım. Yarım saat sonra bacımın qışqırıq səslərini eşitdim, tələsik ora qaçdım. Bacımın hamamda qan içində olduğunu, Nəcəfin əli qanlı çölə çıxdığını gördüm. Bacımı bu vəziyyətdə gördüyüm üçün onun üstünə cumdum və dedim ki, niyə belə etdin? Bu zaman Nəcəf məni də bıçaqla vurdu”.

Sonra zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Cahan Ağayeva bildirib ki, mərhum İlahə Ağayeva onun qızı olub. Onun sözlərinə görə, hadisənin şahidi olmayıb: “Qızım Nəcəfə nişanlanıb, sonra ona qızımı vermək istəmədik. Buna görə də aralarında soyuq münasibət yaranmağa başlayıb. Hadisə baş verən günü evdə olmamışam. Qardaşım yol qəzasında vəfat etdiyi üçün ora gedirdim. Yolda mənə zəng gəldi, bildirdilər ki, İlahə nişanlısı ilə dalaşıb, İlahəni öldürüb, Rəhiməni yaralayıb. Yoldan geri qayıtdım. Nəcəfdən şikayətçiyəm”.

Daha sonra şahid qismində ifadə verən Vüsal Zeynalov bildirib ki, təqsirləndirilən Nəcəf Məcidov İlahə və digər qızlar haqqında xoşagəlməz ifadələr işlədib: “Deyirdi ki, filan qız qonşu oğlanla gəzir, buna görə də onunla danışdıq, söhbətə çağırdıq. Amma Nəcəf bizim çağırdığımız yerə gəlmirdi. Nəcəfin dediyi məsələləri araşdırdıq, gördük ki, həmin qız heç kimlə gəzməyib. Onu yenə də söhbətə çağırsaq da, gəlmədi. Buna görə də məhəllədən 2-3 nəfər yığışaraq zorla gətirdik, sorğu-sual etdik”.

Nəcəf Məcidov isə bildirib ki, “WhatsApp” danışıq saytında onun barəsində xoşagəlməz ifadələr işlədiblər: “Buna görə də onlarla görüşməyə getmədim. Görüşə getsəydim, bilirdim ki, mübahisə, dava-dalaş olacaq. Məni zorla aparan günü çörək almaq üçün dükana getdim. Dükana girəndə məni Cahan xanım pəncərədən görmüşdü. Mən dükandan çıxanda qarşımı kəsdilər və lakin mən onlarla getmək istəmədim, yoluma davam etmək istədim. Bu zaman Vüsal dedi ki, Nəcəf hara gedirsən, bura gəl. Onlar məni zorla evə gətirdilər. Həmin vaxt mənim qolumu şüşə kəsmişdi, buna görə də bağlamışdım. Evdə məni qarşılayan Cahan xanım qolumun sarıqlı olduğunu gördü və bildirdi ki, adam da fahişəyə görə qolunu kəsər? Mən də qollarımı doğramadığımı dedim. Sonra ona bildirdim ki, siz bizim həyatımızla oynayırsız, qızınızla sevirdik birbirimizi. Amma qızınızla ailə qurmağa imkan vermirsiz, nişan üzyünü qaytarmağa məcbur edirdiz. Məni ora gətirən həmin şəxslər evdən çölə çıxmağıma imkan vermədilər. Orada üstümə bıçaq çəkdilər, məni öldürməklə hədələdilər”.

Bu zaman şahid Vüsal Zeynalov təqsirləndirilən şəxslə mübahisə edib. O, təqsirləndirilən şəxsi kişi olmamaqda ittiham edib: “Sən kişi deyilsən, söhbətə çağırırlar, gələrdin”.

Şahidin təqsirləndirilən şəxsə təhqiredici ifadələr işlətməsinə hakim xəbərdarlıq edib. O, hakimin göstərişi ilə şahid zaldan çıxarılıb.

Növbəti məhkəmə iclası iyulun 20-də davam edəcək.

ASLAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi başladı

    Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi ...

    18-04-2015, 22:53

  • 
  • Sevdiyi qızın nişanlısını ürəyindən vurdu

    Sevdiyi qızın nişanlısını ürəyindən vurdu ...

    27-02-2015, 21:41

  • 
  • Prokuror 23 yaşlı oğlanı öldürən şəxslərə cəza istədi

    Prokuror 23 yaşlı oğlanı öldürən şəxslərə cəza ...

    8-02-2016, 18:38

  • 
  • Qaynını öldürən şəxsə hökm oxundu

    Qaynını öldürən şəxsə hökm oxundu ...

    22-06-2017, 14:44

  • 
  • Bakıda 84 yaşlı kişini öldürən dəstə üzvlərinə HÖKM OXUNDU

    Bakıda 84 yaşlı kişini öldürən dəstə üzvlərinə ...

    31-05-2017, 21:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu