GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qorxmaz Hüseynovun Qaradağdakı işçisi köçkünləri hökumətin üstünə qaldırır

Qorxmaz Hüseynovun Qaradağdakı işçisi köçkünləri hökumətin üstünə qaldırır

Tarix: 19-07-2017, 16:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 312
Qorxmaz Hüseynovun Qaradağdakı işçisi köçkünləri hökumətin üstünə qaldırır


“Azərsu”nun su-kanal idarəsinin işçisi Canabbas Rüstəmov Müşviqabadda yaşayan qaçqınlara “divan tutur”, prezident əleyhinə danışır
İdarənin rəisi Əhliman Mansurov əməkdaşını müdafiə edərək əməllərinə göz yumur - şok maxinasiya

Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlərə zülm olunur. “Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, köçkün şəhərciyində sanki yezid peyda olub.
Bu massivdə bina 1 1, mənzil 3-də məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Quliyev Üzeyir Əbil oğlu və bir qrup məcburi köçkünlər artıq cana doyaraq Daxili İşlər Nazirliyinə, Qaradağ rayonu 10-cu PB-nin rəisi polis mayoru Nizami Novruzova, Qaradağ rayon su kanal idarəsinin rəisi Əhliman Mansurova müraciət edib.

Qorxmaz Hüseynovun Qaradağdakı işçisi köçkünləri hökumətin üstünə qaldırır

Dövlətə qarşı gedən Canabbas kimdir?

Onun sözlərinə görə, 20 ildən artıq çox ağır şəraitdə yaşayıblar: “Lakin 2013-cü ildə dövlətimiz tərəfindən bizə gözəl şəraiti olan mənzillə təmin olunduq. Bunun üçün dövlətimizə və prezidentimizə həmişə minnətdarlığımızı bildiririk.

Biz məcburi köçkünlər daima prezdentimizin yürütdüyü siyasəti dəstəkləyir və onun qanunlarına riayət edirik.

Bildirirəm ki mən özüm Yeni Azərbaycan partiyasının üzvüyəm.Bütün seçkilərdə fəal iştirak edirəm və YAP-dan daim seçkilərdə müşahidəçi kimi iştirak edirəm.

Bunları bildirməkdə məqsədim budur ki, Dövlətimizin, dövlətçiliyimizin və prezdentimizin yüyürtdüyü siyasətə kölgə salan bəzi dövlət məmurları var ki, mən onlardan biri haqda sizə məlumat vermək istəyirəm.

Belə ki, Qaradağ rayonu su kanal idarəsinin Canabbas adlı içisi bizim şəhərcikdə “at oynadır”. Özünü əsl qoçu kimi aparır. Kimə nə istəyirsə deyir, təhqir edir.

Hətta magistral yolu bağlamaq haqda çağırışlar edir. Biz inana bilmirik ki, bu necə dövlət işçisidir dövlətə qarşı çıxır”.

Qorxmaz Hüseynovun Qaradağdakı işçisi köçkünləri hökumətin üstünə qaldırır

“Gedin prezidentiniz sayğac qoysun”

Şikayətçi bildirir ki, ərazidə neçə illərdi çoxlu ağaclar əkiblər: “Ağaclar böyüyüb, gözəl yaşıllıqlar əmələ gəlib. Şəxsən mən öz vəsaitim hesabına binamızın ətrafında 100-dən yuxarı ağac əkib böyütmüşəm.

Ulu öndərimizin və prezdentimizin tapşırığına əsasən “hərə bir ağac əkək” çağırışına ürəkdən qoşulmuşam.

İndi Canabbas kimi bir şəxs deyir ağaclarınız cəhənnəmə qurusun, gedin JEK-ə müraciət edin, sizə sayğaç qoysun. Biz bildirdik ki, sayğacı qoyun biz işlətdiyimiz suyun pulunu ödəyərik.

Sakinləri yığıb JEK-ə apardım və bildirdi ki, mən sayğac qoyan deyiləm, gedin yolu bağlayın, prezdentiniz gəlib sizə sayğac qoysun. Ümumiyyətlə, biz belə insana rast gəlməmişik. Tam açıq şəkildə dövlətə qarşı çıxış edir.

Odur ki, Sizdən xahiş edirik, Qaradağ rayon su-kanal idarəsinin işçisi - Canabbas adlı qoçunun haqqında lazımı tədbir görülməsində bizə köməklik edəsiniz”.

İdarə rəisi qahmar çıxıb: “Yaxşı eləyib”

“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, məcburi köçkün “Azərsu” ASC prezidenti Qorxmaz Hüseynova da Qaradağdakı kadrı olan Canabbasın qanunsuz əməllərindən bəhs edib.

O, Q.Hüseynova yazdığı ərizədə faktlar açıqlayıb: “ 2.06.2017-ci il tarixdə Qaradağ rayon su kanal idarəsinin rəisi Əhliman Mənsurova və 10-cu polis bölməsinin rəisinə Müşviqabad qəsəbəsi üzrə sahə ustası Canabbas Rüstəmovun özbaşınalığı, sakinlərlə kobud davranışı və dövlətçiliyimizə qarşı müxalifət yönlü çağırışlar etməsindən yazmışam.

Həmin ərizəni 29 nəfər imzalayıb və Canabbas Rüstəmov dedikləri sözləri öz imzalarıyla təsdiq ediblər. Lakin bu günə qədər Qaradağ su-kanal idarəsi heç bir reaksiya verməyib, heç nə olmamış kimi özlərini aparırlar.

Bir neçə gündən sonra mən özüm şəxsən Əhliman müəllimə telefon vasitəsi ilə zəng edib Canabbasın burda yaşayan sakinlərə hörmətsizlik etməsini bildirərkən, Əhliman müəllimin mənə cavabı o oldu ki, yaxşı eləyib. Dövlət məmurunun vətəndaşa verdiyi cavab nə qədər düzgündür, bunu başa düşə bilmirəm”.

Qorxmaz Hüseynovun Qaradağdakı işçisi köçkünləri hökumətin üstünə qaldırır

Sənədi olmayan şəxsə su sayğacı?

Məcburi köçkün qeyd edir ki, bunların ərizəyə laqeyd baxması məcburi köçkünləri hiddətləndirir:

“Belə ki, Canabbas Rüstəmov bu qədər səlahiyət sahibi olub ki, layihədə nəzərdə tutulmuş məcburi köçkünlərə tikilmiş su nasosxanasından özbaşına 1500 metr kənarda yerləşən Şamaxı rayon qeydiyyatında olan, lakin tikinti üçün heç bir sənədi olmayan şəxsə sayğacsız su xətti çəkib, su ilə təmin edib.

Burda açıq-aydın görsənir ki, öz şəxsi mənafeyini güdüb və bu işə gedib. Belə faktların bir neçəsini göstərmək olar. Ona görə də pulu çox olduğundan biz məcburi köçkünlərə yuxarıdan aşağı baxır.

Hörmətli Qorxmaz müəllim, biz inanırıq ki, dövlətçiliyimizə xələl gətirən C.Rüstəmov kimi adamları siz öz sıralarınızda saxlamayacaqsınız”.

Göründüyü kimi, bir su-kanal idarəsinin əməkdaşı köçkünlərin başına oyun açır, qəsəbədə meydan sulayır, hər bir qanunsuzluğa imza atır, üstəgəl, ona idarə rəisi Əhliman müəllim də dəstək verir.

“Azərsu” ASC rəhbərliyi isə ona edilən müraciətlərə hələ də cavab vermir. Belə məlum olur ki, C.Rüstəmov arxalı-dayaqlı biridir. Əks halda Q.Hüseynov tədbir görərdi. Yerli idarə işçilərini seçərkən hansı meyarlara üstünlük verildiyi aydın deyil.

Hər halda Q.Hüseynov C.Rüstəmova görə köçkünləri hökumətin üstünə qaldırmağa razı olmaz. Ölkədə ilin-günün bu saatında köçkünlərin etiraza qalxması, hökumətlə üzbəüz qoyulması, gərginliyə səbəb olmaq yaxşı hal deyil.

Prezident dəfələrlə bildirib ki, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin şikayətlərinə həssas yanaşmaq lazımdır, hər bir vətəndaşın müraciətinə baxılmalıdır, problemləri həll olunmalıdır.

Son müşavirədə də dövlət başçısı məmurlara ciddi mesajlar verdi, icra başçılarına xəbərdarlıq etdi.

C.Rüstəmova gəlincə, su idarəsində işləsə də, Qaradağ rayonuna aid olduğu üçün icra başçısı Süleyman Mikayılov tapşırıq verə bilər və məsələni araşdırmaq səlahiyyəti var.

Su İdarəsinin maxinasiyaları

Qeyd edək ki, bundan əvvəl də Qaradağ su-kanal idarəsində baş verənlərdən yazmışıq. Bildirmişik ki, hələ bir müddət bundan əvvəl adı çəkilən rayonun Su-Kanal İdarəsinə Əhliman müəllimin müdir təyin olunması, məhz çoxsaylı problemlərin də əmələ gəlməsinə səbəb oldu.

Əgər 2013-cü ildən bu günə kimi məcburi köçkün ailəsinin hər üzvünə 5 kub içməli təmiz su verilirdisə və verilən hər kub suya görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ayrılan vəsait Qaradağ rayon Su-Kanal İdarəsinə köçürülürdüsə, bu heç vaxt hansısa söz-söhbətin əmələ gəlməsinə də səbəb olmurdu.

Qorxmaz Hüseynovun Qaradağdakı işçisi köçkünləri hökumətin üstünə qaldırır

Amma bu gün yeni rəhbərliyin atdığı addımların nəticəsində “yeni ocaq”lar yanmağa başlayıb.

Çünki, hər bir köçkün ailəsinin üzvü ay ərzində verilmiş normadan az miqdarda içməli su işlədirsə, deməli ona aid Su-Kanal İdarəsinin balansında xeyli miqdarda vəsait qalır.

Əslində həmin vəsait dövlət tərəfindən ödənildiyi üçün, toplanmış vəsaitlər məcburi köçkün ailəsinin hər bir üzvünə çatmalı və həmin şəxs də, toplanmış vəsaitdən istədiyi formada istifadə etmək hüququna malikdir.

Bildirilir ki, son günlər Qaradağ rayon Su-Kanal İdarəsinin əməkdaşları məcburi köçkünlərin yaşadıqları mənzillərə gedir və içməli sudan istifadəyə görə borc əmələ gəldiyini də bildirirlər.

Hətta bununla bağlı rəsmi sənədləşmə apararaq, hər bir köçkün ailəsinə borc da yazırlar. Düzdür, 2017-ci ildə məcburi köçkünlərin kommunal xidmətlərdən istifadəyə görə imtiyazları ləğv edildi.

Amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məcburi köçkünlərə içməli təmiz suya görə ödənilmiş vəsaitlərin xeyli hissəsi Qaradağ rayon Su-Kanal İdarəsinin balansında qalsa da, yeni rəhbərlik toplanmış vəsaitləri sahiblərinə verməkdən imtina edir. Bu da məcburi köçkün ailələrinin haqlı narazılığına səbəb olmaqdadır.

Qorxmaz Hüseynovun Qaradağdakı işçisi köçkünləri hökumətin üstünə qaldırır

Qorxmaz Hüseynov idarələrdən bixəbərdi?

“Gündəm-Xəbər” yazır ki, bu gün irili xırdalı bəzi məmurların vətəndaşlara qarşı etdikləri sözsüz ki, heç bir əndazəyə sığmır və prezident İlham Əliyev dəfələrlə bu cür məmurlara ən sərt şəkildə xəbərdarlıq etmiş, bəzilərini isə tutduqları vəzifədən azad etmişdi.

Buna baxmayaraq yenə də vətəndaşlara qənim kəsilənlər var və təssüf ki, “qılınclarının dalı da qabağı da kəsir”. C.Rüstəmov və ona qahmar çıxan rəisi də onlardan biridir. Köçkünlər xahiş edirlər ki, tezliklə tədbir görülsün.

Onu da demək lazımdır ki, rayonlarda su-kanal idarələrinin maxinasiyalarından “Azərsu” rəhbərliyinin bixəbər olması inandırıcı deyil.

“Azərsu” Qorxmaz Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən 4 şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlidir.

Digəri qardaşı Məhəmməd, üçüncüsü qaynı Namiqdir, dördüncü isə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədovdur.

«Azərsu» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir.

Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı «Azərsu»da kimsəyə sirr olmayan məsələdir.

Namiq Cəbrayılovun «udduğu» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Ona görə də, Qaradağ Su-Kanal İdarəsində nələr baş verdiyini bir yoxlama ilə təsbit etmək olar.

Qorxmaz Hüseynovun Qaradağdakı işçisi köçkünləri hökumətin üstünə qaldırır


P.S. Qəzetimiz çapa hazırlanarkən o da məlum oldu ki, Canabbas Rüstəmov qaçqınların hesabına külli miqdarda var-dövlətə, dəyəri onmin manatlarla qiymətləndirilən avtomobillərə və s. sahibdir. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən şəxs qaçqınların problemlərinin həlli ilə deyil, yanlız şəxsi maraqlarının təminatı üçün çalışır.

Mövzu diqqətimizdədir. Araşdırmamız davam edəcək.

Rafiq Qara
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məcburi köçkünlərə qənim kəsilən məmurların müdhiş əməlləri

    Məcburi köçkünlərə qənim kəsilən məmurların ...

    12-07-2017, 07:00

  • 
  • Qaradağ Su-Kanal İdarəsi qaçqınların “cibinə girir”

    Qaradağ Su-Kanal İdarəsi qaçqınların “cibinə ...

    13-03-2017, 22:31

  • 
  • Bakıda məcburi köçkün ailəsində faciə

    Bakıda məcburi köçkün ailəsində faciə ...

    9-05-2013, 11:34

  • 
  • MƏCBURI KÖÇKÜN ÖZÜNÜ ÖLDÜRDÜ

    MƏCBURI KÖÇKÜN ÖZÜNÜ ÖLDÜRDÜ ...

    12-12-2016, 21:19

  • 
  • Ağdaş polisinin qarşısında köçkünlər etiraz aksiyasına qalxdı

    Ağdaş polisinin qarşısında köçkünlər etiraz ...

    2-08-2013, 14:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu