Fərəcov Sumqayıta “ mübarək” qədəmlərini qoyandan bəri onlarla sahibkarın özəl şəxsi obyektini darmadağın etdirib
Sumqayıt şəhər icra hakimiyyəti başçısı, Zakir Fərəcov daşdan da pul çıxarandır. O, ticarət obyektlərinin, bazarların, bankların, özünə məxsus "Səda Store Ticarət" "Şahanə" restoranının qarşısında da pullu dayanacaqlar yaradıb. Artıq 10 gündən çoxdur ki, dayanacaqlara yerləşdirilən aparatlara nəzarətçi də təyin olunub. Peşimansan ki, adıçəkilən obyektlərin qarşısında avtomobil saxlayasan. Həmən başının üstünü kəsdirirlər ki, ödəniş edin. Ödənişli dayanacaqlarda , avtomobil saxlamanın saatı 50 qəpikdir. Sumqayıt şəhər sakinlərinin, çörək puluna zəlil qaldığı bir zamanda, İH başçısı Zakir Fərəcov əli, xalqın cibindəki son qəpiklər çıxarır.
Başçı sələfi Vaqif Əliyevə məxsus marşurut avtobuslarını xətdən çıxararaq, İcra Hakimiyyətinin hesabına alınmış (əslində özünə məxsus) Avro –5 AKİA markalı avtobusları xəttə yerləşdirilmişdir. 5-6-7 saylı marşurutları İcra Hakimiyyətinin adına olsa da faktiki bu marşurutlar şəxsən Z.Fərəcovun özünə məxsusdur. Marşurutlara nəzarəti də öz yaxın qohumları həyata keçirir. Cənab, ciblərimizə o qədər əl salıbsınız ki, ciblərimizin astarı da dözməyib cırılıb.
SUMQAYITDA NÖVBƏTİ RƏZALƏT
Fərəcov Sumqayıta “ mübarək” qədəmlərini qoyandan bəri onlarla sahibkarın özəl şəxsi obyektini darmadağın etdirib.Sumqayıtın altını-üstünə çevirən icra hakimiyyəti başçısı, Zakir Fərəcovun növbəti qurbanı, 17-ci mikrorayon daş bazarı (qul bazarı ərazisi) ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Rasim Şirinovdur. Ona məxsus, təyinatı inşaat materialları satışı, 2 mərtəbəli mağazanı 50 nəfər polis əməkdaşı mühasirəyə alıb. Əraziyə gətirilən KOTO markalı ekskovator, binanın içərisindən çıxmayan sahibkar, Rasim Şirinov və satıcı - fəhlələr olduğundan mağazanı uçurda bilmir. Mağazanın özəl sənədləri olmasına baxmayaraq, Z. Fərəcovun "dağıdıcı" briqadası, mağazanı uçurtmaqda israrlıdırlar. Səbəb kimi mağazanın yola yaxın ərazidə tikilməsi bildirilir. Bütün bu qanunsuzluqlar, hadisə yerinə çağrılmış (bəndəniz) "Gündəm xəbər"in əməkdaşının gözü qarşısında baş verirdi...Mətbuatın əməkdaşının "işə" müdaxiləsindən sonra,"uçurducu" dəstə, gözləmə mövqeyinə keçdi...sahibkarlar, mətbuata dəstək olun ki, siz əziləndə müdafiəniz olsun...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?