Prezident İlham Əliyevin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifədən götürülməsi barədə sərəncam imzaladığı bildirilir.
Minval.az saytının yaydığı xəbərə görə, prezidentin digər bir sərəncamı ilə Zakir Fərəcov Sumqayıt şəhər İH başçısı postuna təyin edilib.
Musavat.com-in əməkdaşının Abşeron RİH-dən aldığı məlumata görə, Z.Fərəcovun yeni vəzifəyə təyin olunması barədə xəbər onlarda da var, ancaq başçı bu gün işdə olmadığından hər hansı bir təsdiqedici informasiyaya malik deyillər.
Sayt əməkdaşı Z.Fərəcovun mobil telefonuna zəng etsə də, məlum olub ki, telefon bağlıdır.
***
Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakının Nizami rayonuna icra başçısı təyin olunub.
Avropa.info xəbər verir ki, bu barədə Mia.az-a hakimiyyətdəki mənbə məlumat verib. Sumqayıta isə Abşeronun icra başçısı Zakir Fərəcov başçı təyin olunub.
Sorğu
Yeni dizaynımız necədir?