GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qızıldaşda baltası özündən yekə satıcı

Qızıldaşda baltası özündən yekə satıcı

Tarix: 1-08-2017, 15:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 827
Qızıldaşda baltası özündən yekə satıcı


“Daha acınacaqlı hal isə, adı çəkilən qəsəbədə 12 yaşlı oğlan uşağının heç bir giyiyenik qaydalara əməl etmədən ət məhsullarını satmasıdır”


Ölkə əhalisinin tibbi müayinə və müalicəsinə olan etibarlılığın təminatı, istifadə olunan qida məhsullarının keyfiyyət göstəricisi, ictimai-iaşə obyektlərində gigiyenik qaydalara əməl olunma və digər əhəmiyyət kəsb edən məsələlərin həlli, bir çox problemlərin aradan qaldırılması və s. hər zaman qarşımızda duran əsas tələblərdən biri olub. Çünki, “sağlam həyat gələcəyimizin təminatıdır” şüarı, artıq uzun illərdir ki, əsas şüarımıza çevrilib. Belə bir səbəblər üzündən də, bütün növ məhsulların gigiyenik tərkibi, ictimai-iaşə obyektlərində çalışanların sağlamlıq durumları, bir çox emal və istehsal sexlərində gigiyenik qaydalara əməl olunma, zaman-zaman hər kəsi düşündürən məsələlər olub. Odur ki, belə bir halların varlığını nəzərə alaraq, hələ bir müddət bundan əvvəl şəhərimizin ayrı-ayrı ərazilərində müəyyən araşdırmalar aparmağa başladıq. Məsələn, Bakı şəhərinin Qaradağ rayonu ərazisinə ezam olunan əməkdaşlarımızın redaksiyamıza təqdim etdikləri çəkilişlərə baxdıqca və hazırladıqları materialları oxuduqca, sanki dəhşətə gəldik. Çünki, rayonun Qızıldaş qəsəbəsində fəaliyyət göstərən bazarda və ətraf ərazisində yaşanan antisanitariyanın varlığı, xüsusilə də ət məhsullarının heç bir normativ tələblərə cavab verilmədən açıq şəraitdə satılması, adı çəkilən qəsəbədə vəziyyətin necəliyini tam sübut etməyə əsas verir.

Qızıldaşda baltası özündən yekə satıcı


Bazar ərazisində yaşanan acınacaqlı durumun varlığı, əldə olunan sübutlar onu söyləməyə əsas verir ki, bu gün bazara rəhbərlik edən Firuzə xanım Məmmədovanın fəaliyyəti qanunlar çərçivəsində deyil, daha çox qanunsuzluqlar çərçivəsində davam etməkdədir. Daha acınacaqlı hal isə, adı çəkilən qəsəbədə 12 yaşında olan oğlan uşağının heç bir giyiyenik qaydalara əməl etmədən ət məhsullarını satmasıdır. Problemin mahiyyəti ondadır ki, iribuynuzlu və xırdabuynuzlu heyvanlar sakinlərin, xüsusilə də azyaşlı uşaqların gözləri qarşısında kəsilir. Kəsim prosesi həyata keçirilərkən, heç bir halda normativ tələblərə əməl olunmur. Belə bir halın varlığı da, çoxsaylı problemlərin əmələ gəlməsi ilə nəticələnir.

Qızıldaşda baltası özündən yekə satıcı


Digər tərəfdən qəsəbənin müxtəlif tinlərində, yolayrıclarında, bəzi küçələrində göy-göyərti, süd-qatıq və digər kənd təsərrüfatı məhsullarının satılması da, qol qoyulan qanunsuzluqlardandır. Qəsəbə sakinlərinin iddialarına görə, əraziyə cavabdehlik daşıyan polis əməkdaşları satıcılardan hər biri ilə “dil tapmağı” bacarırlar və belə bir səbəblər üzündən də, onlar bazara getməkdən “vaz keçirlər”. Polis əməkdaşlarının yaratmış olduqları şərait, əslində qəsəbədə “bezpredel” vəziyyətin əmələ gəlməsini şərtləndirən səbəblərdəndir.

Qızıldaşda baltası özündən yekə satıcı


Bazar ərazisində fəaliyyət göstərən ərzaq mağazalarında xırdabuynuzlu heyvanların yunu satılır ki, bu da heç bir halda hüquqa sığmayan addım olur. Bundan əlavə, həmin mağazalarda süd və süd məhsulları, müxtəlif şirniyyatlar və s-də satılır ki, onlara məxsus qabların üzərində hər hansı nişanə, istehsal tarixi və digər göstəricilər qeyd olunmur. Kiloqramla satılan un kisələrinin ağzı açıq formada qalması və müxtəlif milçəklərin öz hüceyrələrini yaymaları, əslində həyat üçün əmələ gələcək təhlükələrin varlığını sübut edir.

Qızıldaşda baltası özündən yekə satıcı


Bazarın içərisindəki obyektlərdə çalışanlardan bir kimsədə sağlamlıq arayışının olmaması da, daha çox böyük şübhələrdən xəbər verir. Çünki, adının çəkilməsini istəməyən satıcılardan biri əməkdaşlarımızla söhbətində bildirir ki, “biz hər ay rayonun Gigiyena və Epidemiologiya Mərkəzinə və digər vəzifə sahiblərinə razılaşdırılmış məbləğdə “haqq-hesab”lar çatdırırıq. Ona görə də bir kimsənin ixtiyarı yoxdur ki, bizdən sağlamlıq arayışı tələb etsin, yaxud da hansısa addımını atsın” deyir. Bazarda yer pulunun 10 manat olması da, tamam başqa bir söhbətin mövzusudur. Çünki lazımi şəraiti olmayan bazarda olub-qalan satıcılar, bu gün Firuzə xanımın hikkələrindən cana doyduqlarını da bildirirlər. Əməkdaşlarımızın əldə etdikləri məlumatlara görə, satıcılar mallarını piştaxtalara qoyub satarkən, bazar rəhbərliyi onların hər birindən 10 manat yer pulu toplatdırır. Elə ki, satıcılar mallarını asfalt örtüyünə düzüb satırlar, o halda 5 manat “rüsum” ödəməli olurlar. Daha ucuzluğa meyl edən satıcılar çox vaxt mallarını yerə düzməklə satırlar ki, bu da istənilən halda antisanitariyanın əmələ gəlməsinə səbəb olur. Verilən məlumatlarda o da bildirilir ki, satıcıların çoxu Füruzə Məmmədovanın şərtlərinə duruş gətirə bilmədiklərindən onlar mallarını bazarda deyil, daha çox qəsəbənin küçələrində, tinlərində və digər ünvanlarında satmağa meylli olurlar. Sən demə xanım müdirənin bu cür addımlar atmasının, bir kimsəni saya salmamasının arxasında, məhz onun Sumqayıt ŞİH-nə rəhbərlik edən Zakir Fərəcovla, bu və ya digər formada qohumluq əlaqəsinin olması da səbəb olur. Bazarda baş verənlərlə bağlı məlumatları əməkdaşlarımıza danışan və adının çəkilməsini istəməyən satıcının bildirdiyinə görə, “Firuzə xanımın kefi istəsə, bu gün yerpulunu bir qədər də artıra bilər” deyir.

Qızıldaşda baltası özündən yekə satıcı


Əməkdaşlarımızın Qızıldaş qəsəbəsindəki bazarda apardıqları araşdırmalar zamanı o da məlum olur ki, isti yay günləri olduğundan bazarın daxili ərazisində natəmizlik, üfunət, iy-qoxu baş alıb gedir, analoqu olmayan həddə antisanitariya hökm sürür. Rayonun Gigiyena və Epidemiologiya Mərkəzinə, həmçinin Baytarlıq Xidməti İdarəsinə rəhbərlik edən vəzifə sahiblərinin səhlənkarlığı, onlara həvalə edilmiş vəzifələrinin öhdəsindən lazımınca gələ bilməmələri və s. bir daha onu sübut etməyə əsas verir ki, vəzifə sahiblərinin qanunsuzluğa söykənən idarəçiliyi belə bir problemlərin əmələ gəlməsini şərtləndirən başlıca səbəblərdir. Çatdırılan məlumatlarda o da bildirilir ki, eləki hər ayın müəyyən günlərində “pulqırma” kompaniyasına “start” verilir, həmin vaxt vəzifə sahiblərinin xüsusi iştahası, xüsusi iddiası ortaya çıxır. Yəni, obyekt sahiblərinə “toskı” qoyan vəzifə sahibləri, əslində bu gün Qaradağ rayonu ərazisində “kor atı” minib köndələn çapmaqla məşğul olurlar. Adı çəkilən qəsəbənin bazarında yaşananlar ciddi problemlər olduğundan, ilk öncə problemlərin varlığına cavabdehlik daşıyan şəxslərin münasibətini öyrənməyə çalışdıq. Rayonun baytarlıq idarəsinə rəhbərlik edən Füzuli müəllim suallarımızı cavablandırarkən “bu vəzifəyə üç ay bundan əvvəl təyin olunmuşam, kimlərin günahı ucbatından hansı ərazidə nələr baş verir, hansı olaylar yaşanır, o qədər də məlumatım yoxdur. Ona görə də laboratoriyanın müdiri Saleh müəllimlə əlaqə saxlayacağam ki, baş verənlərlə bağlı lazımi məlumatları əldə edə bilim” dedi.

Qızıldaşda baltası özündən yekə satıcı


Əməkdaşlarımız adı çəkilən qurumlara rəhbərlik edən vəzifə sahiblərinin qanunsuzluğa söykənən əməlləri haqda məlumatları, həyata keçirdikləri çəkilişləri redaksiyamıza təqdim edib onu da bildirdilər ki, səlahiyyət sahiblərinin belə bir addımları, əslində ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasətə vurulan zərbədən başqa bir şey deyil. Çünki, ölkə Prezident keçirdiyi görüşlərində, müxtəlif səviyyəli toplantılarda “hər bir vəzifə sahibi əhalinin istifadə etdiyi qida məhsullarının keyfiyyətinə, insanların sağlamlıqlarına, istehsal sexlərində təmizliyə xüsusi önəm verməli, antisanitariyaya qarşı əzmlə mübarizə aparmalıdırlar” deyə lazımi tapşırıqlarını versə də, təəssüflər olsun ki, Qızıldaş bazarında yaşananlar, məhz verilən tapşırıqlara əməl olunmadığını açıq-aydın göstərir. Görəsən qurum rəhbərləri tərəfindən verilmiş tapşırıqlara məhəl qoyulmursa, o halda atılan addımlara nə ad vermək olar? Bax belə bir halın varlığı düşündürücü hal olduğundan çox götür-qoy etdik, öz-özümüzə sual verdik, amma hansısa cavabı tapa bilmədik. Açıqlamada adı çəkilən hər kəsi dinləyə bilərik. Araşdırmamız davam edəcək.

Qızıldaşda baltası özündən yekə satıcı
Qızıldaşda baltası özündən yekə satıcı


R.İmranqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxda baytarlıq xidməti idarəsinin “müalicə”yə ehtiyacı var

    Qazaxda baytarlıq xidməti idarəsinin “müalicə”yə ...

    21-06-2015, 07:40

  • 
  • “Qızıldağ” kafesi xəstəlik mənbəyidir

    “Qızıldağ” kafesi xəstəlik mənbəyidir ...

    17-09-2015, 19:39

  • 
  • Nəqliyyat sahəsini iflic edən səbəblər nədir?

    Nəqliyyat sahəsini iflic edən səbəblər nədir? ...

    10-05-2017, 23:20

  • 
  • Bu dondurmaların istehsalı dayandırıldı – SİYAHI

    Bu dondurmaların istehsalı dayandırıldı – SİYAHI ...

    25-07-2017, 14:25

  • 
  • Oruc tutanlar bu qaydalara əməl etsinlər

    Oruc tutanlar bu qaydalara əməl etsinlər ...

    6-06-2016, 19:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu