GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nəqliyyat sahəsini iflic edən səbəblər nədir?

Nəqliyyat sahəsini iflic edən səbəblər nədir?

Tarix: 10-05-2017, 23:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 841
Nəqliyyat sahəsini iflic edən səbəblər nədir?


Sürücüləri səhər saatlarında ayaqüstü “müayinədən keçirən”, daha çox isə münəccimlik fəaliyyəti ilə məşğul olan şəxsin də fəaliyyəti, bu gün çoxlarının diqqətini cəlb etməkdədir

Ölkəmizin nəqliyyat sektorunda yaşanan problemlər zaman-zaman ən yüksək səviyyələrdə müzakirə olunsa da, hətta bu yöndə mühüm qərarlar qəbul edilsə də, çox təəssüf hissi ilə vurğulamaq yerinə düşər ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq, hal-hazırda dövlətimizin ən çox problemlər məngənəsində boğulan sahələrindən biri də, məhz nəqliyyat sahəsidir. Düzdür, bu sahə olduqca strateji əhəmiyyət kəsb edən və çoxsaylı sakinlərin maraq dairəsinə daxil olduğundan, nəqliyyat sahəsində yaşananlar daim gündəlikdə duran mövzulardan biri olur. Xoşagəlməz hal o olur ki, bu sahədə müəyyən səbəblər üzündən hansısa faciə baş verdikdən sonra, çox keçmir ki, problemlərin varlığına cavabdehlik daşıyanlar hərətətə keçirlər və müəyyən qədər vaxt keçdikdən sonra isə, olub-keçənlər unudulur. Necə deyərlər “köhnə hamam, köhnə tas” yenə də yaşanır. Məsələn, hələ bir müddət bundan əvvəl Bakı-Sumqayıt yolunda baş verən faciə ilə bağlı müəyyən addımlar atılsa da, bu gün yenə də oxşar addımlar atılmaqdadır.
Şəhərdaxili nəqliyyatda baş verənlər də, bu gün daha çox gündəmi zəbt edən mövzulardan biridir. Problemlərin kökü nədədir və aidiyyəti qurumlar baş verənlərə qarşı mübarizədə niyə aciz görünürlər? Yəqin ki, belə bir ab-havanın varlığı hər kəsi düşündürən məqamlardır. Məsələn, bu gün şəhərdaxili hərəkətdə olan nəqliyyat vasitələrinin çoxu sanki xəstəlik mənbəyidir. Bəzi avtobusların salonları həftələrlə deyil, bəlkə də aylarla yuyulmadığından, həmin nəqliyyat vasitələrinə məxsus salonların xəstəlik mənbəyinə çevrilməsi sanki qaçılmaz hal alır. Oturacaqların sınıq-salxaq olması, sürət həddinin aşılması, nəqliyyat vasitələrini idarə etməklə sərnişin daşıyan sürücülərdən çoxunda sürücülük vəsiqələrinin olmaması, dayanacaqlarda dayanan zaman tələb olunan normativlərə əməl edilməməsi və s. bu gün nəqliyyat sahəsində yaşanan problemlərin görünən tərəfləridir.
Həqiqət naminə etiraf etmək lazımdır ki, bu gün “BAKUBUS” MMC-nin fəaliyyəti kifayət qədər dəyərləndirilən haldır. Çünki, müəyyən mənada şəffaflığın təmin olunması, hərəkət intervalına uyğun addımların atılması, adı çəkilən cəmiyyətin balansında olan nəqliyyat vasitələrini idarə edən sürücülərin davranışları və s. tam əksəriyyət tərəfindən qəbul olunur. Xoşagəlməz hal o olur ki, çox zaman kiçiktutumlu nəqliyyat vasitələri dayanacaqlarda dayanarkən, “BAKUBUS” MMC-nin nəqliyyat vasitələrinə maneçilik də yaradırlar. Məsələn, dayanacağın hansı hissəsində dayanmaq tələbinə əməl etməyənlər, çox zaman qadağan olunmuş yerdə nəqliyyat vasitələrini saxlamaqla ciddi qanuun pozuntusuna da yol verirlər. Bütün bunların kökündə isə, nəqliyyat vasitələrinin hansısa yüksək çinli vəzifə sahiblərinə məxsus olması əsas faktor olur.
Bir neçə dayanacaqda dayanan dispeçerlər isə, nəqliyyat vasitələrinin hərəkətlərini tənzimləməklə deyil, daha çox ya 20 qəpiklərini, ya da ki, 1 manatlarını toplamaqla məşğul olurlar. Şəhərimizin Səbail rayonunun 20-ci sahə adlanan ərazisində sürücüləri səhər saatlarında ayaqüstü “müayinədən keçirən”, daha çox isə münəccimlik fəaliyyəti ilə məşğul olan şəxsin də fəaliyyəti, bu gün çoxlarının diqqətini cəlb etməkdədir. Çünki, adını dəqiqləşdirə bilmədiyimiz həmin şəxs nəqliyyat “bossları”nın ona vermiş olduğu səlahiyyətlərdən yararlanaraq, səhər çağlarında adı çəkilən ərazidə peyda olur və hər sürücüdən “nəzir-niyazını” topladıqdan sonra, onlara sərxoş olmamaları barədə təsdiqlənmiş sənəd də verir.
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı ilə bərabər, ayrı-ayrı şəhər və rayonlardakı avtovağzallarda yaşanan acınacaqlı durum da, bu gün daha çox müzakirə olunan mövzulardandır. Çünki, daha çox bölgələrdəki avtovağzallar çayxana, yaxud da kafe adı altında fəaliyyət göstərməkdədirlər. Məsələn, adicə Qazax rayon avtovağzalında yaşananlara toxunaq. Bu gün adı çəkilən avtovağzalda təqribən altı çayxana fəaliyyət göstərir ki, hər çayxananı işlədən şəxs də, avtovağzal rəhbərliyinə hər ay üçün ən azından 200 manat “haqq-hesab” çatdırır. Kassalarda satılan biletlərin xüsusi əllərdə olması və sərnişinlərə baha qiymətə satılması, hal-hazırda əksəriyyəti narahat edən məsələlərdəndir. Qazax-Bakı biletinin qiyməti təqribən 8 manat həndəvərində olsa da, xüsusi əllərdə olan biletlər sərnişinlərə 10 manata satılır. Amma, avtovağzalın həyətində hər hansı zibil qutusunu yerləşdirmək, sərnişinlərin rahatlığını təmin etmək və s. sanki müşkül məsələyə çevrilir. Avtovağzal dispeçerlərinin hər sərnişinə görə 1 manat “haqq” almaları da, nəqliyyat sahəsində yaşanan problemlərdəndir. Respublikamızın daha çox Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Yevlax və digər avtovağzallarında ştatdankənar dispeçerlik fəaliyyəti ilə məşğul olanların atdıqları addımlar, bu gün nəqliyyat sahəsini iflic edən anlardır. Yevlax avtovağzalında dayanan və səhhətində ciddi problemləri olan gənc oğlanın davranışları və “yolkəsənlik” etməsi, gündəlik hər kəsi boğaza yığmaqdadır.
Ümumi şəkildə götürsək o qənaətə gələ bilərik ki, dövlətimiz üçün olduqca əhəmiyyətli sahə hesab olunan nəqliyyat sahəsi, bu gün daha çox problemlər məngənəsində boğulan sahələrdəndir.
Bu yöndə araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.

Rəsafil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Baku Bus” MMC-dən əlillərə “xor münasibət”

    “Baku Bus” MMC-dən əlillərə “xor münasibət” ...

    16-11-2015, 13:13

  • 
  • Nəqliyyatımızın bərbadlığı

    Nəqliyyatımızın bərbadlığı ...

    4-02-2015, 23:25

  • 
  • Etibar müəllimin etibarsızlığı

    Etibar müəllimin etibarsızlığı ...

    26-10-2015, 21:23

  • 
  • Gədəbəy səhiyyəsi “ölüm ayağında”

    Gədəbəy səhiyyəsi “ölüm ayağında” ...

    4-04-2017, 23:03

  • 
  • Ramin Quluzadə hansı qurumların fəaliyyətini iflic edir?

    Ramin Quluzadə hansı qurumların fəaliyyətini ...

    27-04-2017, 12:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu