Təhlükəli məqam isə ondadır ki, aşağıda qeyd olunan şəxslər kifayət qədər kapitala sahibdirlər və bu kapitalı hakimiyyətin özünə qarşı yönəldə bilərlər
Gələn il Azərbaycanın siyasi həyatında ciddi təlatümlərin baş verəcəyi indidən hiss olunur. Söhbət prezident seçkilərindən gedir. Hələlik müxalifət düşərgəsində heç bir aktivlik müşahidə olunmasada YAP rəsmiləri açıqlama verərək bildirdilər ki, YAP-nin namizədi İlham Əliyev olacaq. Maraqlıdır, bəs bu seçkilərdə hansısa fövqəl hadisə baş verə bilərmi?
Rusiyanın barmaq mərəzi
Ekspertlər hesab edir ki, bu seçkilərdə də Rusiya proseslərə təsir etməyə çalışacaq. Yenə hansısa milyonerlər klubunun yaradılması baş verəcək, Rusiyadakı diaspora hakimiyyətə qarşı yönəldiləcək və bütün təsir imkanlarından istifadə olunacaq. Hazırda azərbaycanlıları bir araya toplayan təşkilatın fəaliyyətinə qadağa qoyulduğundan hesab etmək olar ki, bir pərakəndəlik yaranacaq və sözsüz ki, Rusiyadakı müəyyən dairələr bundan istifadə edəcək. Daha konkret desək Rusiyanın siyasi elitası mövcud hakimiyyətə loyal yanaşsada hərbi elita zaman-zaman Azərbaycana əzələ nümayiş etdirməyə çalışıb. Hesab etmək olar ki, yenədə əzələ nümayişi qaçılmaz olacaq. Bununla yanaşı ABŞ-da Donald Tramp periodu kifayət qədər mürəkkəb şəkil alıb və Rusiya bundan da istifadə edəcək. Belə ki, Donald Tramp başqa dövlətlərin daxili işlərinə müdaxiləni qəbul etmir, Rusiya isə bu fürsətdən yararlanaraq possovet məkanında təsir imkanlarını genişləndirir. Yəqin ki, seçkilər zamanı bunu müşahidə edəcəyik.
Sosial partlayış qorxusu
Qarşıdan gələn prezident seçkilərində başqa təhlükəli məqam isə ölkədə ki, sosial durumla bağlıdır. Baş verən devolivasiyadan sonra qiymət artımının baş verməsi cəmiyyətdə ciddi rezonans yaratdı. Hesab etmək olar ki, seçkilər zamanı baş verə biləcək istənilən iqtisadi sobataj prosesləri idarəolunmaz hala gətirə bilər. Bundan isə həm xarici, həm də daxili qüvvələr istifadə edə bilər. Hazırda isə apardığımız müşahidələr göstərir ki, əhalinin siyasi proseslərə həddindən artıq biganə yanaşır və bunun özüdə kifayət qədər təhlükəli məqamdır.
Yeniləşən komandadan narazılar
Ekspertlər hesab edir ki, bu gün mövcud hakimiyyət komandasında ciddi islahatlar aparılır və prezident seçkilərinə qədər bu olay daha da sürətləndiriləcək. Bu isə o deməkdir ki, köhnə komanda üzvlərindən bəziləri kənarda qalacaqlar. Məsələn bu gün Ziya Məmmədov komandadan uzaqlaşdırılıb. Sabah isə bu siyahıya yenilər də əlavə olunacaq. Təhlükəli məqam isə ondadır ki, bu şəxslər kifayət qədər kapitala sahibdirlər və bu kapitalı hakimiyyətin özünə qarşı yönəldə bilərlər. Ötən prezident seçkilərində biz bunun Abbas Abbasov variantını gördük. Heç kim qarantiya verə bilməz ki, sabah Rusiyaya və ya hansısa başqa dövlətə bağlılığı olan belə oliqarxlar yenidən aktivləşməsinlər. Beləliklə hesab etmək olar ki, qarşıdan gələn prezident seçkiləri kifayət qədər gərgin olacaq. Amma bunu da unutmayaq ki, hazırda İlham Əliyevin alternativi yoxdur və buna görə onun qələbəni rahatlıqla qazanması mümkün olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?