GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ-Avropa-Türkiyə-Rusiya dördbucağında

ABŞ-Avropa-Türkiyə-Rusiya dördbucağında

Tarix: 27-06-2013, 13:51 Bölmə :Siyasət Baxış: 683
ABŞ-Avropa-Türkiyə-Rusiya dördbucağında
Azərbaycanda hər prezident seçkisindən öncə hakim komanda ilə yarışan əsas müxalifət namizədlər ABŞ-a səfər edir, Dövlət Departamenti, Konqres və müxtəlif təşkilatlarda görüşlər keçirir, fikir mübadiləsi aparır. Hazırda Rüstəm İbrahimbəyov da eyni durumdadır. Rüstəm İbrahimbəyov Azərbaycan müxalifətinin rəngarəng qüvvələrini bir araya gətirən Milli Şuranın lideridir. O, Milli Şuranın prezidentliyə vahid namizədi kimi qəbul olunur, müxalifətin digər iddialı liderləri onu dəstəkləməyə hazırdırlar.


Rüstəm İbrahimbəyovun müxalifətin digər iddialı namizədlərindən bir fərqi də ondadır ki, Rusiya, ABŞ və Avropa Birliyi ölkələrinə səfərləri eyni maraqla qarşılanır. Başqa sözlə, Rüstəm İbrahimbəyov Azərbaycana fərqli baxış bucaqları olan həm Vaşinqton və Brüssel, həm də Moskvada eyni şəkildə qəbul olunur. Buna qədər müxalifət təmsilçilərinin əsas səfər istiqamətləri ABŞ və Avropa Birliyi ölkələri olardı. Onlar seçki öncəsi və elə sonrası da Rusiyaya səfər etməzdilər. Birincisi, onlar fikir mübadiləsi aparmaq üçün Rusiyaya dəvət olunmazdılar, ikincisi isə hansısa müzakirələrə dəvət alsaydılar belə, Moskvaya getməyə risk etməzdilər, çünki Rusiyadakı görüşlər həmin siyasətçinin reytinqinə mənfi təsir edərdi.

Bu dəfə isə siyahıya Rusiya da əlavə olunub. Bu həm də ondan irəli gəlir ki, Rusiyanın hazırkı hakimiyyətinin rəsmi Bakı ilə münasibətlərində müəyyən gərginlik müşahidə olunur və Kreml Azərbaycanda alternativ qüvvəyə də diqqət göstərməyə başlayıb. Demək həm bu, həm də Rusiyadakı siyasi dairələrdə yaxşı tanınan Rüstəm İbrahimbəyov amili bu vaxta qədər Azərbaycanın Qərbpərəst kimi tanınan müxalif liderlərini də Rusiyaya nisbətən pozitiv baxmağa sürükləyib. Söhbət taktiki, yəni qısa müddətli maraq birliyindən gedir. Başqa sözlə, Azərbaycanda hakimiyyət dəyişikliyi məsələsində Azərbaycan müxalifəti ilə Kremldəki bəzi dairələrin maraqları ilk dəfədir üst-üstə düşür. Təsadüfi deyil ki, Rusiya prezidentinə yaxınlığı ilə tanınan və azərbaycanlı iş adamlarından formalaşan “milyarderlər klubu”nun üzvü olan Söyün Sadıqov həm Milli Şuranın yaranmasını, həm də Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizəd kimi irəli sürülməsini müsbət qiymətləndirir.

Beləliklə, Rüstəm İbrahimbəyov ABŞ və Avropa Birliyi ölkələrinə səfərlərindən sonra yenidən Rusiyaya qayıdıb. Milli Şura rəhbərinin yaxınlarda Moskvada siyasi dairələrin nümayəndələri ilə fikir mübadiləsi aparacağı istisna deyil. O, vaxtının çoxunu Rusiyada keçirir. Rusiya hakimiyyətinin siyasətini tənqid etsə də, bölgədə Rusiya amilinin varlığının nəzərə alınmasını vacib sayır.

Rüstəm İbrahimbəyov səfər edəcəyi ölkələr arasında Türkiyənin də adını çəkib. Türkiyədəki keçmiş hakimiyyət dairələrindəki bəzi qruplar 1994-1995-ci illərdə Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək istədikdə Bakı ilə münasibətlərdə gərginlik yaşadılar. Ona görə də Ankara həmin ildən bu yana Azərbaycan daxilindəki siyasi proseslərdən kənarda qalmaq istəyir, yalnız rəsmi Bakı ilə təmas saxlayır, digərlərini görməzliyə vurur. Türkiyənin Azərbaycanda bir-birini dəyişən səfirləri də müxalifət liderləri ilə görüşlərə həvəs göstərmir, avropalı diplomatlar kimi insan haqları və demokratiya mövzuları ətrafında açıqlama vermir, bu mövzularda fikir mübadiləsi aparmırlar.

Ancaq son illər Ankara-Bakı dialoqunda da yaşanan bəzi gərginliklər (viza məsələsinin həll olunmaması, Bakının Şəhidlər xiyabanında türk məscidinin qapadılması...) Türkiyənin hakim dairələrini də alternativ qüvvələrə diqqət yetirməyə həvəsləndirib. Bu məsələdə Ankara Vaşinqton, Brüssel və Moskvadan geri qalmaq istəmir. Türkiyədəki siyasi dairələr Azərbaycanda yaxınlaşan prezident seçkisini də nəzərə alaraq İlham Əliyevə alternativ olan qüvvə və şəxsləri dinləməyə hazırdır. Bu səbəbdən Rüstəm İbrahimbəyovu Ankarada da maraqlı fikir mübadiləsi gözləyə bilər, Milli Şuranın vahid namizədinin qonşu dövlətlərlə münasibətləri, xarici siyasətə və enerji əməkdaşlığına baxışı Türkiyədəki dairələr maraqlandırmaya bilməz.

“Atlas” Araşdırmalar Mərkəzi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • ABŞ İbrahimbəyova 'yox’ dedi

    ABŞ İbrahimbəyova 'yox’ dedi ...

    4-07-2013, 16:04

  • 
  • Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir

    Rüstəm İbrahimbəyovun pasport problemi həll edilir ...

    5-08-2013, 12:00

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49

  • 
  • Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi olacaq

    Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi ...

    12-07-2013, 14:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu