ABŞ-da Rusiyanın seçkilərə mümkün müdaxiləsini araşdıran prokuror andlılar heyəti çağırıb.
Media ehtimal edir ki, prokuror Robert Mueller cinayət məsuliyyətinə cəlb etmək istiqamətində ilk addım atıb. Reuters yazır ki, andlılar heyəti prezident Donald Trampın oğlunun rusiyalı hüquqşünasla 2016-cı ilin iyununda görüşünə görə çağrılıb. Prezident, Hillary Clinton-a qalib gəlmək üçün Kremllə gizlicə sövdələşməni ehtimal edən hər kəsə hücum edib. Andlılar heyəti nəzərdən keçirilən sübutların cinayət işi açmaq üçün yetərli olub-olmamasına qərar verməlidir. Onlar potensial cavabdehi təqsirləndirmir. Sadə vətəndaşlardan ibarət bu qrup prokurora, həmçinin sənədləri əldə etmək, şahidləri dindirmək və ya məhkəmə əmrləri verə bilməyə imkan yaradır.
İndi məsələ çox ciddidir
Robert Mueller-in xüsusi müşavir araşdırması Tramp administrasiyası üçün həmişə narahatlıq doğurub. İndi isə bu daha ciddi məsələdir. Vaşinqtonda andlılar heyətinin çağrılması və bunun oğul Donald Tramp-ın Rusiya vətəndaşı arasında görüşünə aid edilməsi istintaqın prezidentin daxili çevrəsində cəmləşdiyini göstərir. Cənab Mueller-in ətrafına veteran prokurorları və müstəntiqləri topladığından bu, böyük şok kimi qəbul edilməməlidir. Lakin bu, cinayət ittihamları ilə nəticələnə biləcək zəruri bir addımdır. Ən azından bu, cənab Mueller-in keçmiş Milli Təhlükəsizlik Müşaviri Mixael Flynn və onun lobbiçiliyi barədə şübhələrdən daha böyük işin izində olduğunun əlamətidir. Bu onu da göstərir ki, istintaq yaxın vaxtlarda bitməyə bilər. Bundan əvvəl, Rusiya istintaqı haqqında böyük informasiyalar üzə çıxarkən cənab Tramp rəqiblərini kəskin tənqid edib. İndi o necə cavab verəcək?
Prezident Tramp və Rusiya indiyədək bütün sövdələşmə barədə iddiaları rədd ediblər. Cənab Tramp cümə axşamı günü Qərbi Vircinayada, Huntington-da tərəfdarları ilə keçirdiyi nümayişdə deyib ki, Rusiyanın seçkilərə müdaxiləsinə dair şübhələr ABŞ-ı aşağılayan "saxta" və "uydurma" məlumatdır. "Rusiya hekayəsi - tamamilə uydurmadır- Sadəcə ABŞ siyasət tarixində ən böyük uduzmanı necəsə izah etmək lazımdır", o bildirib. Prezident əlavə edib ki, "prokuror yaxşı olardı ki, Hillary Clinton-un silinmiş 33 min email-ləri ilə məşğul olsun".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?