Demokratik Qüvvələrin Milli Şurasının fəalı Cəmil Hacıyevi polis saxlayıb. Bunu hüquq müdafiəçisi Fuad Həsənov bildirib.
Saxlanmanın səbəbləri məlum deyil. C.Hacıyev Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılıb. C.Hacıyev Mədən Sənayesində Şəffaflıq Koalisiyasi Monitorinq Qrupunun üzvüdür. Rəsmi orqanlar fəalın saxlanmasının səbəbləri ilə bağlı hələ şərh verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?