GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hacıqabulda yol-kanalizasiya pulu yoxa çıxıb - Müdhiş iddialar

Hacıqabulda yol-kanalizasiya pulu yoxa çıxıb - Müdhiş iddialar

Tarix: 9-08-2017, 16:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 640
Hacıqabulda yol-kanalizasiya pulu yoxa çıxıb - Müdhiş iddialar


Rayonun sosial infrastrukturuna büdcədən və Prezidentin Ehtiyat Fondundan ayrılan maliyyə müəmmalı şəkildə gəlib çatmayıb - ilginc korrupsiya
İcra başçısı Əhməd Muxtarov regionu talayıb, bölgədə heç bir iş görülməyib; onun əməllərini hansı məmur ört-basdır edir?
Ölkə başçısına dekabrın 15-dək Hacıqabula 11 il rəhbərlik etmiş icra hakiminin dosyesi təqdim olunacaq – Təşviş


Hacıqabula 2006-cı ildən rəhbərlik edən Əhməd Muxtarov rayonda heç bir iş görməyib. Bu müddət ərzində büdcədən ayrılan pulların çırpışdırılması və bölüşdürülməsi nəticəsində mərkəzi Aran rayonu inkişafdan qalıb.
“Gündəm Xəbər”ə verilən məlumata görə, Ə.Muxtarov köməkçisi Afiq Kərimovun səriştəsi və media emissarlığı hesabına əməllərini ört-basdır etməyə nail olub. Onun fəaliyyətindəki neqativ hallar gizlədilir. Bunu da A.Kərimov reallaşdırıb.
İcra başçısı Ə.Muxtarov isə nə kanalizasiya xətlərini yenilədi, nə yolları asfaltladı, nə başqa sosial layihələri gerçəkləşdirdi.
Bu layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitlər sonradan gəlib çatmayıb. Müəmmalı şəkildə yoxa çıxan bu maliyyə Hacıqabulda nəzərdə tutulan işlərin “dəfn” olunması ilə nəticələnib.
Son vaxtlarda isə dotasiyaların kəsilməsi bütün ümidləri puç edib. Çünki icra başçısı mənimsədiyini mənimsəyib, qalanı da qəhətə çıxıb. İndi həmin pullar axtarışdadır.
Rayon rəhbərliyi isə işləri yarımçıq qoyub, böyük bir korrupsiyanın üstü açılsa da, mediadan gizlətməyə çalışırlar.
İddialara görə, Ə.Muxtarov 11 ilə yaxındır Hacıqabulun icra başçısı olsa da, rayonla maraqlanmır. Demək olar ki, əksər işləri A.Kərimova tapşırıb.
İcra başçısının köməkçisi olmasa, Ə.Muxtarov bütün işləri üzünə-gözünə bulaşdırar. Köməkçisinin bacarığı sayəsində Hacıqabul RİH-dəki işlər diqqətdən kənarda saxlanır.
Hətta icra başçısının tez-tez Bakıda olduğu deyilir. Onun rayonda fəaliyyətsizliyi və Hacıqabulu başdı başına buraxması yolların bərbad günə düşməsinə səbəb olub. Nə abadlıq işləri aparılır, nə park salınır, nə yol çəkilir, nə camaatın sosial problemləri həll olunur, nə sahibkarlıq inkişaf edir, nə iş yerləri açılır.
Qeyd olunan maliyyə maxinasiyarında başçının müavinləri Aslan Səmədov və Fikrət Qasımovun da rolu olduğu bildirilir. Mənbə qeyd edir ki, mühasib Güləli Əhmədov da şəbəkənin maxinasiya əməliyyatlarında iştirakçıdır.
Hacıqabul rayonunda yolların tikintisi, əsaslı təmiri kimi işlərə ayrılmış 400 min manata yaxın vəsait İlham Əzizlinin rəhbərlik etdiyi "Müstəqil Çoxsahəli Muğan-1” Firmasının hesabına keçirilib.
Media yazıb ki, İlham Əzizli və onun "Müstəqil Çoxsahəli Muğan-1 Firması” ilə yanaşı Əhməd Muxtarovun korrupsiya şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” Məhdud Məsuliyyətli Cəmiyyəti də aiddir.
Əldə etdiyimiz məlumata görə icra başçısı Əhməd Muxtarov dövlət büdcəsinin nə az, nə çox 300 min manata yaxın vəsait Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” MMC-nin hesabına keçirib.
Guya ki, bu MMC-də bu pulların müqabilində iki yaşayış binasının dam örtüyünü təmir etməli, küçələrdə abadlıq işləri aparmalı idi. Amma faktiki olaraq heç bir iş görülməyib və bu pullar mənimsənilib.
Mənbə bildirir ki, ən ilginc korrupsiya əməliyyatı 40 min manata yaxın büdcə vəsaiti hesabına guya Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ərzaq alınması əməliyyatıdır.
Bu əməliyyatı həyata keçirmək üçün Əhməd Muxtarov Hacıqabul rayonunda şirkət tapa bilməyib, üz tutub Şirvan şəhərinə.
Beləliklə Şirvan şəhərində qeydiyyatda olan Səbuhi Rüstəmovun direktoru olduğu "Arsenal-SR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlbir olan başçı ayrılan vəsaitləri sakitcə mənimsəyib.
Hacıqabul rayonunun icra başçısı Əhməd Muxtarov Prezidentin Ehtiyat Fondundan 2 milyon manat yardım almışdı.
Bura rayonun daxili imkanları-büdcə vəsaitlərini də əlavə etsək, deməli, ən azı rayonun daxilindəki əsas küçələr bərbad vəziyyətdə olmamalıdır.
Amma vəziyyət çox pisdir. Halbuki Hacıqabul rayon mərkəzində cəmi iki küçə var. Onların da vəziyyətini bilmək üçün bir traktora minib bazarın qarşısından üzü məhkəmənin inzibati binasına tərəf, sonra isə həmin əsas yolla təxminən bir neçə yüz metr irəli getmək lazımdır.
“Gündəm Xəbər”in məlumatına görə, rayonun balansında bir buldozer də yoxdur. Ki, dəvə boynunu xatırladan yolları kürüyüb düzəltsin, insanlar maşınlarını idarə edə bilsinlər.
Ə.Muxtarov hesabat tədbirlərinin birində deyib: “Şəhərdə kanalizasiya və su xəttinin çəkilişi ilə bağlı küçələrin qazılması ilə bağlı yaranan müvəqqəti çətinliklər bir sıra sakinlərdə narahatlıq yaratmışdır.
İcra Hakimiyyəti əhalinin müraciətlərini imkan daxilində nəzərə alaraq gediş-gəliş üçün çətinlik yaradan bir sıra küçələrdə təmir işləri aparılmışdır. M.Əsədov küçəsinə bütünlüklə, İsmət Qayıbov küçəsinin bir hissəsinə asfalt döşənmişdir.
Şəhərin Əliağa Vahid küçəsində 1402 kv.metr, B.İbrahimov küçəsində 2624 kv.metr, İsmət Qayıbov küçəsindən “Kapital bank”a gedən avtomobil yoluna 1100 kv.metr sahə olmaqla cəmi 5126 kv.metr sahəyə 6 sm qalınlığında asfalt-beton qarışığından örtük qoyulmuşdur”.
Görəsən, başçı həmin asfaltın yerini göstərə bilərmi? Hamısı yalandır. İcra başçısı ictimaiyyətə qırmızı yalan danışıb.
Nə kanalizasiya çəkilib, nə yollar düzəldilib. Lənkəranda olduğu kimi, Hacıqabulda da analoji korrupsiyaya yol verilib.
Ə.Muxtarovun bu yalanı isə Prezidentin Ehtiyat Fondundan ayrılan pulların mənimsənilməsi ilə müşayiət olunub. Nəticədə icra başçısı 11 ildir ki, Hacıqabulun adicə yol problemini belə həll etməyib.
Bundan başqa, rayonda ən böyük bəlaya çevrilmiş işsizlik probleminin yaratdığı fəsadları, bu sırada narkomaniyanın ayaq açıb yeriməsini, kriminal hadisələrin çoxlamasını qeyd etmək yerinə düşər.
Son olaraq bir ailəni gülləbaran edən Mübariz Mehdiyev adlı şəxsin özünü də öldürməsi, rayonda polisin geniş əməliyyat keçirməsi vəziyyətin ciddiliyindən xəbər verir.
Üstəlik, şəhərdə ümumi drenaj sisteminin olmaması və ya işləməməsi səbəbindən qrunt sularının həyət-bacaları basması hamının bildiyi problemdir. Amma nədənsə bu kiçik rayon mərkəzinin abıra gətirilməsi müşkülə çevrilib.
Hacıqabul rayonunda həyat şərtləri çox ağırdır. Onsuz da maddi sıxıntılar içərisində olan Hacıqabulda bütün gəlirli sahələrin icra başçısına yaxın şəxslər tərəfindən nəzarətə götürülməsi isə vəziyyəti bir qədər də dramatikləşdirir.
Hacıqabulda sahibkarlara qayğıdan söhbət belə gedə bilməz, heç sahibkarlar yerli rəhbərlikdən hansısa qayğı da gözləmir.
Onların ən böyük arzusu icra başçısının onların işinə müdaxiə etməməsidir-belə olarsa bunu ən böyük qayğı kimi qəbul edərik.
Məsələn, bir müddət öncə rayonun M.F.Axundov, H.Həmidov, Ə.Vahid, H.Aslanov və İ.Qayıbov küçələrinə sahibkarların daxili imkanları hesabına qum-çınqıl qarışığı verilib.
Necə deyərlər, adıçəkilən küçələrdəki çökəkliklər qum-çınqılla doldurulub. Amma icra başçısı “yuxarılar”a guya adıçəkilən küçələrdə ciddi asfaltlama işlərinin görülməsi haqda saxta məlumatlar verir.
Reallıqda isə asfalt bütün küçələrə çəkilməyib, çəkilən küçələrdə isə asfalt qatının keyfiyyətindən söhbət gedə bilməz.
Mediada yayılan məlumatlara görə, ötən il Əhməd Muxtarovun pul yığmaq üçün həyata keçirdiyi əməliyyatlardan biri yaddaşlardan silinməyib.
Belə ki, icra başçısının prezidentin portretlərini idarə və müəssisələrə, məktəblərə sataraq küllü miqdarda vəsait qazanmaq sevdası rayonda heç də xoş qarşılanmayıbmış.
Əhməd Muxtarovun bir müddət öncə rayona gətizdirdiyi portretlərin hər biri isə məktəblərə 35 manata satılıb. Sakinlərin sözlərinə görə, bu il də yeni tədris ilində oxşar bazarlığın olacağı gözlənilir.
“Gündəm Xəbər”ə daxil olan məlumata görə, dekabrın 15-dən sonra Ə.Muxtarov vəzifəsindən kənarlaşdırılacaq. Prezident keçirdiyi müşavirədə bildirmişdi ki, dekabrın 15-dək ona icra başçılarının arayışı təqdim olunsun.
Onların fəaliyyəti, əhaliyə xidməti, sahibkarlığa və investisiya cəlb olunmasına dair gördüyü işlər, şikayətlərin sayına baxılacaq və adekvat qərar veriləcək. Bu xüsusatda Hacıqabula yeni icra başçısı təyin olunacağı gözləntisi var.
Hakim komanda daxilində gedən müzakirələrdən də çıxan qənaət ondan ibarətdir ki, bəzi icra hakimlərinin sərəncamı hazırlansın. Regionlar üzrə aparılan monitorinqlər və sosial həyat səviyyəsi nəzərə alınaraq həmin bölgələrin icra başçılarının işindən kənarlaşdırılması hədəflənib.
Həmin əyalətlərdə insanların şikayət və müraciətləri, məmur özbaşınalığı və qanunsuzluqlar, Prezident Administrasiyasına göndərilən məktublar əsasında dosye tərtib olunur. Bundan sonra bəzi rayonların icra başçıları ilə bağlı qərarlar verilir.
Referendumdan sonra icra başçıları ilə bağlı Azərbaycan hökumətinin ciddi islahatlar aparacağı ilə bağlı yayılan xəbərlər özünü doğrultmaqdadır.
Bir müddət əvvəl Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin çıxışı da aktuallaşmaqdadır.
Z.Nağdəliyev bildirmişdi ki, bundan sonra icra başçılarının fəaliyyətinə qiymət verilərkən əsas meyar kimi onların prezidentin tapşırıqlarına nə dərəcədə əməl etməsi ilə yanaşı, rəhbərlik etdikləri rayonlara nə qədər yerli və xarici investisiya cəlb etmələri olacaq.
Sonra dövlət başçısı da çıxışında bu məsələni vurğuladı. Eyni zamanda adı müxtəlif qalmaqallı hadisələrdə hallanan və barəsində tez-tez prezidentə şikayətlər ünvanlanan icra hakimlərini qeyd etmək olar.

Rahib Bəxtiyarov
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıqabul icra başçısı ilə Afiq Kərimov "şərikliyi"

    Hacıqabul icra başçısı ilə Afiq Kərimov ...

    12-01-2015, 21:06

  • 
  • Hacıqabulun başçısı haqda şok xəbər

    Hacıqabulun başçısı haqda şok xəbər ...

    12-12-2013, 21:31

  • 
  • İcra başçısı sahibkarlara divan tutur - Hacıqabulda

    İcra başçısı sahibkarlara divan tutur - ...

    7-12-2015, 14:52

  • 
  • Məmur özbaşınalıqlarının viran qoyduğu Hacıqabul

    Məmur özbaşınalıqlarının viran qoyduğu Hacıqabul ...

    7-05-2015, 13:08

  • 
  • Çovdarovun cəlladları: polkovnik Muxtarov və polkovnik-leytenant Məmmədov

    Çovdarovun cəlladları: polkovnik Muxtarov və ...

    17-11-2015, 13:50


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu