GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “İlhamə Quliyevanı ölümdən qurtardım, özümü bəlaya saldım” – FOTO - AÇIQLAMA

“İlhamə Quliyevanı ölümdən qurtardım, özümü bəlaya saldım” – FOTO - AÇIQLAMA

Tarix: 10-08-2017, 12:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 456
“İlhamə Quliyevanı ölümdən qurtardım, özümü bəlaya saldım” – FOTO - AÇIQLAMA


Azərbaycanın xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın vəfatından təxminən ilyarım keçməsinə baxmayaraq, hələ də sənətkarın sağlığında baş vermiş məlum xoşagəlməz hadisələrlə bağlı söz-söhbət səngimək bilmir.

Belə ki, İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova Bəylər qızının ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işində Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov tərəfindən şahid qismində dindirilən Zəminə Xıdır qızı Məhərrəmova mətbuata açıqlama verib. O, bildirib ki, məlum hadisənin müstəntiqi Müşviq Abbasov ondan külli-miqdarda pul tələb edib. Bundan başqa, vətəndaşların çoxsaylı şikayətləri əsasında onun törətdiyi əməllər barəsində Azərbayacan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır. Z.Məhərrəmovanın təfərrüatlı açıqlamasını “Gündəm Xəbər”in çoxsaylı oxucularına təqdim edirik:

“İlhamə Quliyevanı ölümdən qurtardım, özümü bəlaya saldım” – FOTO - AÇIQLAMA


“Mən Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov tərəfindən aldadılaraq 3000 (üç min) manatımı mənimsənilib. Hamınıza məlumdur ki, 2015-ci ilin ən qalmaqallı məsələsi olan İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Bəylər qızının İ.Quliyevaya qarşı hazırladığı sui-qəsd hazırlanması barədə İlhamə xanımın şikayəti əsasında Bakı şəhər Prokurorluğunun əməkdaşı müstəntiq Müşviq Abbasov tərəfindən araşdırılma aparılırdı. Həmin zaman mən də ora şahid qismində dəvət olunmuşdum. Ona görə ki, Mehriban Hüseynova İlhamə Quliyevanın adından saxta vəsiyyətnamə yazaraq, əmlakını ələ keçirmək idi. Həmin saxta sənədi mən Mehribanın əlindən alaraq, İlhamə xanıma təqdim etmişdim. Bildiyiniz kimi, həmin ərəfələr Vüqar Bəkirovu günahsız yerə şərləyib, həbs etdirdilər. Bu da kimlərinsə marağına xidmət edirdi. Onu da bilirik ki, Vüqar Bəkirov həbs olunan zaman ona məxsus olan “Samsung”, “Alcotel” və “Toshiba” markalı mobil telefon və kompyüterini mənə saxlamağa vermişdi ki, birdən istintaqa kömək məqsədiylə Mehriban Hüseynovanın səs yazıları lazım olarsa təqdim edim və elə də oldu. Mən Vüqar Bəkirovun əşyalarını Müşviq Abbasova təqdim etdim. Həmin zaman Müşviq Abbasov məni hədələməyə başladı. Deyirdi ki, “sən kim idin ki, Mehribandan vəsiyyətnaməni alıb, İlhaməyə verirdin...!” Mən ona bildirdim ki, “Müşviq müəllim, siz nə danışırsınız....?! Mən,Vüqar və Orxan Nadirov (İlhamə Quliyevanın oğlu) İlhamə xanımı ölümdən qurtarmışıq.
Hər şeyi bilə-bilə siz necə bu sözləri deyə bilirsiniz?” M.Abbasov da cavab olaraq dedi ki, “İmkan verərdin öldürərdi, bundan sonra Mehribanı tutardıq.”
M.Abbasov məni qorxudaraq, ilkin 5000 (beş min) manat, daha sonra 4000 (dörd min) manat tələb edirdi. Və nəhayət sonda 3000 (üç min) manatımı ala bildi. Həmin pulun bir qismini yaxın rəfiqəm Aygündən alaraq, 2000 (iki min) manatını isə özümə məxsus olan qızıl əşyalarımı lombarda qoyaraq götürmüşəm və şəxsən Müşviq Abbasova vermişəm. Bundan sonra aldandığmı bildikdən sonra dəfələrlə Müşviqdən pulumu istəsəm də, o, buna əhəmiyyət vermədi. Hətta Vüqar Bəkirovun əşyalarını ona təqdim etdiyim protokolu da ondan ala bilmədim. Şükürlər olsun ki, Vüqar Bəkirov bugünkü gündə öz günahsızlığını sübuta yetirərək, azadlığa çıxdı və onunla birgə dəfələrlə Bakı şəhər Prokurorluğuna gedərək, Müşviq Abbasovdan ona məxsus olan əşyaları geri istədik. Amma o, əşyaları geri qaytarmaqdan imtina edərək, boyun qaçırdı. Və bu proses 1 il ərzində davam etdi. Bizi süründürməçiliyə məruz qoyaraq, bu gün-sabah deyə-deyə müxtəlif bəhanələr gətirirdi. Hal-hazırda Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov barəsində Azərbayacan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır.
Müşviq Abbasov barəsində vətəndaşların çoxsaylı şikayətləri əsasında onun törətdiyi əməllər sübuta yetirilir. Dünən (09.08.2017) Nərimanov rayon müvəqqəti saxlama təcridxanasından çıxdım və Müşviq Abbasovla üzləşməm oldu. Onun məndən aldığı 3000 (üç min) manat pulumu və Vüqar Bəkirova məxsus olan
əşyaları geri qaytarılmasını tələb etdim. Bu günə qədər ona görə lombarda faizlə pul verirəm. Hər ay ödədiyim həmin məbləğləri də ondan tələb edirəm. Onun orada etdiyi hərəkətləri görüb, dəhşətə gəldim. Belə ki, 15 il dövlət qulluğunda çalışan bir məmurun törətdiyi qanunsuzluq, yolverilməz hərəkətləri nəticədə Vüqar
Bəkirova məxsus olan “Samsung” markalı (dəyəri 365 manatdır) telefonu mənimsəyərək, öz maraqları üçün istifadə edib. Onu da bildirmək istəyirəm ki, bu işlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsinə dəvət olunan Müşviq Abbasovla bağlı şikayət ərizəmi vermişəm.
Məndən hədə-qorxu ilə aldığı 3000 (üç min) manat pulumu geri qaytarılmasını tələb etdim. Müşviq Abbasov kimi dövlət məmuru olmaqdansa, məhbus olmaq daha yaxşıdır. Amma məncə, ona məhbus adı da vermək haramdır. Çünki o, məhbusun payını da yeyəcək. İndi bilsin ki, günahsız adamların başına oyun açıb, hədə-qorxuyla pul almaq nə deməkdir. Kimlərisə dələduzluluqda ittiham edib, həbs etdirməklə deyilmiş... Dələduzun böyüyü uzun illər dövlət məmuru olub.”

Mirzə
"Gündəm xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müstəntiqin həbsi: Müşfiq Abbasov mərhum “primaddona”nın güdazına getdi

    Müstəntiqin həbsi: Müşfiq Abbasov mərhum ...

    10-08-2017, 11:29

  • 
  • İlhamə Quliyevanın oğlu prokurorluqda dindirildi - RƏSMİ AÇIQLAMA

    İlhamə Quliyevanın oğlu prokurorluqda dindirildi ...

    10-02-2016, 14:17

  • 
  • İlhamə Quliyevanın köməkçisinə cəza istənildi

    İlhamə Quliyevanın köməkçisinə cəza istənildi ...

    21-12-2016, 15:10

  • 
  • İlhamə Quliyevanın köməkçisi suçlu bilinərək... azadlığa buraxıldı

    İlhamə Quliyevanın köməkçisi suçlu bilinərək... ...

    8-02-2017, 01:28

  • 
  • Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza istədi

    Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza ...

    20-12-2016, 20:05


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu