Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi Müşfiq Abbasovun həbsinin səbəbi məlum olub. virtualaz.org xəbər verir ki, müstəntiq mərhum müğənni İlhamə Quliyevaya sui-qəsd cəhdi üzrə istintaqı aparıb və bu iş üzrə şahid qismində dindirilən qadından hədə-qorxu, dələduzluq yolu ilə 3 min manat alıb. Bu barədə qadın özünün sosial şəbəkələrdə yayılan açıqlamasında bildirir.
Belə məlum olur ki, müstəntiq Abbasov Zəminə Məhərrəmovanın Baş prokurorluğa şikayəti əsasında həbs edilib. Qadın bildirir ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylər qızı Hüseynova tərəfindən zəhərlənərək öldürülməsi ilə bağlı planın üstünü açıb, nəticədə müğənnini “ölümdən qurtarıb”.
Belə ki, qadının iddia etdiyi kimi, o, Mehriban Hüseynovanın İlhamə Quliyevanın adından hazırladığı saxta vəsiyyətnaməni əlindən alaraq müğənniyə verib. Həmin vəsiyyətnamədə “primadonna”nın əmlakı onun köməkçisinə vəsiyyət olunurdu. Ancaq müstəntiq bu iş üzrə şahid qismində dindirilən Zəminə Məhərrəmovanı qorxudub, onun özünün də məsuliyyətə cəlb oluna biləcəyini bildirib.
“M.Abbasov məni qorxuzduraraq, ilkin 5000 manat, daha sonra 4000 manat tələb edirdi. Və nəhayət sonda 3000 manatımı ala bildi. Həmin pulun bir qismini yaxın rəfiqəm Aygündən alaraq, 2000 (iki min) manatını isə özümə məxsus olan qızıl əşyalarımı lombarda qoyaraq götürmüşəm və şəxsən Müşfiq Abbasovaya vermişəm. Bundan sonra aldandığmı bildikdən sonra dəfələrlə Müşfiqdən pulumu istəsəm də, o, buna əhəmiyyət vermədi”-Z.Məhərrəmova bildirir. Z.Məhərrəmova İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun dostu, dələduzluğa görə həbs olunmuş Yusif Bəkirovun şəxsi əşyalarını-Mehriban Hüseynovanın səs yazılarının yer aldığı telefonları və notbuku da müstəntiqə verdiyini deyir. İddia edir ki, müstəntiq həmin əşyaları da qaytarmayıb, mənimsəyib.
Z.Məhərrəmova onu da bildirir ki, bu gün Bakı İstintaq Təcridxanasında Müşfiq Abbasovla üzləşdirilib, müstəntiqin ondan 3 min manat aldığı barədə şikayətini təsdiq edib və ondan pullarını geri istəyib./virtualaz.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?