GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Dəmirçi Plaza"da qətl: "Oğlumun başı darmadağın olub, məsciddə yuyanlar dedilər ki..."

"Dəmirçi Plaza"da qətl: "Oğlumun başı darmadağın olub, məsciddə yuyanlar dedilər ki..."

Tarix: 15-08-2017, 13:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 493
"Dəmirçi Plaza"da qətl: "Oğlumun başı darmadağın olub, məsciddə yuyanlar dedilər ki..."


Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmirçi Plaza"da qəsdən adam öldürməkdə ittiham olunan Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesə hakim Fikrət Qəribov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, qətl hadisəsi bu ilin yanvar ayının 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib.

Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalı qətlə yetirib. İstintaq yolu ilə müəyyən edilib ki, E.Bəşirov idarə etdiyi "Toyota" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov ertəsi gün ov rüfəngini götürüb ofisə gəlib və Əli Ağalını qətlə yetirib.

Təqsirləndirilən E.Bəşirov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində ötən ilin oktyabr ayında şirkətə sürücü düzəldiyini deyib: “Məni işə dostum Eminağa düzəltmişdi. Şirkətin rəhbəri ərəb idi. Eminağa onun tərcüməçisi işləyirdi. Rəhmətə gedən Əli Eminağa ilə heç cür yola getmirdi. Həmişə pirinsip aparırdı. Onun dalınca danışır, maşında onu söyür, təhqir edirdi, özünü görəndə isə qabağına yüyürürdü. Mən də belə şeyləri qəbul edə bilmirdim. Ona görə də, mənimlə də ədavət aparırdı. Çünki məni işə Eminağa düzəltmişdi. Eminğanın da şirkətin rəhbəri ərəblə münasibəti yaxşı idi. Əli də bununla barışa bilmirdi. Əli şirkətdə direktor olanda mənimlə ədavətini artırdı. Mən də səbəbini soruşanda heç nə demirdi. Ancaq müdirin və Eminağanın arxasınca danışırdı"

Təqsirləndirilən E.Bəşirov ifadəsində hadisədən bir gün öncə Əli ilə birlikdə hava limanına getdiyini deyib: "Əli və digər iş yoldaşım Natiqlə hava limanına gedirdik. Yolda Əli yenə də eyni söhbətləri etməyə başladı. Deyirdi ki, "savadsızlar, qanmazlar gəlib vəzifədə oturur, biz savadlılar kənarda qalırıq". Deyirdi ki, tezliklə hamınızın axırına çıxacaqlar. Yenə Eminağanın ünvanına xoşagəlməz sözlər dedi. Natiq də başladı gülməyə. Onların hərəkəti mənə psixoloji təsir edirdi. Mənim əvvəl də psixoloji problemlərim olub, müalicə olunmuşam. Artıq bu söhbətlər məni təngə gətirmişdi. Maşını saxlayıb qapını açdım, yaxasından tutub Əlini yerə düşürtdüm, Natiq də düşdü. Maşına minib qapını örtdüm. Sürmək istəyəndə Əli məni təpikləməyə başladı. Qapını açıb mənə yumruq, təpik zərbələri vurdu. Aşağı düşüb əlbəyaxa olduq. Natiq də qolumu tutub saxlayırdı".

E.Bəşirovun ifadəsinə görə, Əli ilə aralarında baş vermiş insidentdən rəhbərlik xəbər tutub və onu ofisə çağırıblar: “İhsan bəy çağırdı, hadisənin necə baş verdiyini soruşdu. Əli ilə aramızda baş verənləri danışdım. Dedim ki, əgər narazısınızsa, mən işdən çıxa bilərəm. Dedilər ki, işdən çıxmırsan, sabah gələrsən, Əligil də gələr, danışarıq. Onsuz da onu burdan işdən çıxardacağıq. Əli tək mənə yox, digər işçilərə də problem yaradırdı".

Yanvarın 7-də E.Bəşirov ofisə gələrkən Əli Ağalı ilə yenidən aralarında mübahisə yaranıb: "Həmin gün ofisə gəlməkdə məqsədim işdən çıxmaq idi. Əməkhaqqımı alıb çıxıb gedəcəkdim. Hər həftə sonları atıcılığa gedirdim. Maşına silahı da ona görə qoymuşdum ki, pulu alıb, sağollaşıb gedim. Ofisə qalxdım ki, müdirlə danışım. Müdir həmişə işə tez gəlirdi. Tərslikdən həmin gün gəlməmişdi, gözlədim. Nəzarət kameralarında da var ki, mən ora gedib işçilərlə görüşüb oturmuşam. Sonra Əli otağa girdi. Məni təhqir eləməyə, alçaltmağa başladı, yaxamdan tutub çölə çıxarmaq istədi, çıxmadım. Yenə də təhqirlərini davam etdirdi - dünənki "razborka"nı davam etdirmək istəyirdi. İşdən qovluq almağımı tapşırdılar. Aşağı düşəndə fikrimi dəyişdim. Silahı götürüb Əlidən qisas almaq qərarına gəldim. Otağa qalxıb atəş açdım"

Hadisə zamanı ofisdə olan şirkətdə tərcüməçi işləyən Natiq adlı əməkdaşı da xəsarət alıb.

Təqsirləndirilən E.Bəşirov Əlini öldürməyi qabaqcadan planlaşdırmadığını deyib: "Əgər belə niyyətim olsaydı, elə gələn kimi vurardım. İçəri girəndə Əlini tuşlayıb atdım. Kimə dəydiyini bilmirəm".

Təqsirləndirilən şəxs dövlət ittihamçısının və tərəflərin suallarını cavablandırıb. Zərərçəkmişin "sənin söylədiklərin səbəb deyil, erməniyə və İŞİD-ə xas olan belə bir cinayəti törətməyə nə səbəb olub?" sualına təqsirləndirilən şəxs cavab verə bilməyib. Zərərçəkmişin hüquqi varisi Xalid Ağayev də məhkəmədə ifadə verib.

Axund olduğunu deyən X.Ağayev ifadəsində oğlunun qatilini tanımadığını deyib: “Mənim oğlum ziyalı ailədə böyüyüb, onun dilindən bir kəlmə belə söyüş çıxmazdı. Hər evə gələndə atasının, anasının əlini öpərdi. Bu şəxs təkcə oğlumu öldürməyib, ailəmizə - Əlinin dayılarına, əmilərinə də bu acını yaşadıb". X.Ağayev oğlunun qatilinin dediklərinə inanmadığını məhkəmənin diqqətinə çatdırıb: "Belə səbəblərə görə adamı öldürərlər? Deyir ki, psixoloji problemləri var imiş. Axı belə bir adama necə silah verilib? Dava ediblər, bir gün sonra qətli törədib. Yəni affekt vəziyyətində olmayıb, heç bir psixoloji problemi də yoxdur. Məncə, bu işdə başqa bir səbəb var. Belə bir səbəbə görə adam öldürməzlər".

X.Ağayev təqdirləndirilən şəxsə ömürlük cəza istəyib: "Bunu tikə-tikə eləsələr də, onsuz da oğlum geri qayıtmayacaq. Amma ittiham üzrə yazılmış 7 maddə ilə cəzasını alsın. Az da olsa ürəyimiz soyusun. Ömürlük cəza almasını istəyirəm. Əgər o, oğlumu dörd güllə ilə uzaqdan vuraraq öldürsəydi, bəlkə də bağışlayardım. Amma məni dəhşətə gətirən dörd güllədən sonra yaxın məsafədən oğlumun başına atəş açmasıdır. Məni morqa buraxmadılar. Təzəpir məscidinə gətirib cənazəni yuyanda içəri buraxmadılar. Hacı Surxay məsciddə danışanda eşitdim ki, mərhumun başından heç nə qalmayıb. Dəhşətə gəldim. İki gülləni başına vurub, oğlumun başını dağıdıb. Bəlkə ömürlük cəza versələr, az da olsa təskinlik taparam".
Məhkəmə prosesi davam edir./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maştağada qətl törədən məhkəmə qarşısında

    Maştağada qətl törədən məhkəmə qarşısında ...

    18-01-2016, 12:12

  • 
  • Bacısını boğan qardaşın məhkəməsi qapalı keçirildi

    Bacısını boğan qardaşın məhkəməsi qapalı keçirildi ...

    26-04-2017, 18:01

  • 
  • Qohumların musiqi davasında qan düşdü

    Qohumların musiqi davasında qan düşdü ...

    12-10-2015, 13:40

  • 
  • Əmisi oğlunu öldürdü, 12 il cəza aldı

    Əmisi oğlunu öldürdü, 12 il cəza aldı ...

    29-09-2016, 16:19

  • 
  • Qətl törədən keçmiş məhkum məhkəmə qarşısında

    Qətl törədən keçmiş məhkum məhkəmə qarşısında ...

    14-01-2016, 12:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu