Bakı Apelyasiya Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Rüstəm Həsənov və Asif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Ittihama görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 9 ünvanında yaşayan 30 yaşlı Rüstəm Həsənov onunla eyni məhəllədə yaşayan qohumu, bacanağının qardaşı, 28 yaşlı Elşən Ələkbərovu qətlə yetirib.
Hadisə isə adi mübahisə üstündə baş verib. Elşən Ələkbərovun evdə yüksək səslə musiqi dinləməsi Rüstəmin xoşuna gəlməyib. Buna iradını bildirən Rüstəmə Elşən müsiqinin səsini eşitməmək üçün evinin pəncərəsini bağlamağı təklif edib. Rüstəm isə ona deyib ki, “qapını bağlamağı adam kimi xahiş et”. Bu zaman Elşən ona “eşşək özünsən” deyib. Bunu özünə təhqir hesab edən Rüstəm bıçağa əl atıb. Sonda qohumlar arasında mübahisə qanlı cinayətlə nəticələnib. Həmçinin
müəyyən edilib ki, onların davasına digər qohumları Asif Əliyev də qoşulub.
Rüstəm Həsənov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Asif Əliyevə isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəm Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxəsin barəsində 2 il islah işləri cəzası təyin edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətində cəzalarının yüngülləşdirilməsini istəyiblər. Apelyasiya protesti hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada araşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?