GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zərdabda evi əlindən alınan ailə küçələrdə yatır- ŞOK OLAY

Zərdabda evi əlindən alınan ailə küçələrdə yatır- ŞOK OLAY

Tarix: 15-08-2017, 20:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 530
Zərdabda evi əlindən alınan ailə küçələrdə yatır- ŞOK OLAY


Günel Mehdiyeva: “2016-cı ildə ölkə rəhbəri cənab İlham Əliyev Zərdab rayonuna etdiyi səfər zamanı, məni və həyat yoldaşımı səhərdən-axşama kimi Polis Şöbəsinin təcridxanaslnda saxladılar”


Zərdab rayonunun Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızının “Gündəm Xəbər”in redaksiyasına ünvanladığı şikayət ərizəsini oxuduqca, ayrı-ayrı vəzifə sahiblərinin onların başına açdıqları müsibətlərdən, yaşanan olayların varlığından, bir sözlə olub-keçənlərdən az-çox məlumat əldə edə bildik. Belə ki, şikayətçi xanım ərizəsində yazır ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və Zərdab rayon Məhkəməsinin sədri Tahir Qubadov, bizim ailəni küllü miqdarda rüşvət hesabına sovetlər dönəmindən yaşadığımız komadan çıxararaq, çölün düzünə atdırıblar. Onu da bildirim ki, həyat yoldaşım Sarəncin Mehdiyevin atası sovet dönəmində Məlikmudlu kəndinin kolxoz fermasında çoban, anası isə sağıcı işləyib. Buna görə də onlar sovet dönəmində fermanın çobanları üçün tikilmiş evdə yaşayıblar. Həyat yoldaşım Sarənc Mehdiyev də həmin evdə doğulub, boya-başa çatıb və mən də həmin evə gəlin gəlmişəm. Hətta, həmin evdə birgə nigahdan iki övladımız da dünyaya gəlib. Elə ki, sovet qurluşu dağıldı, həmin evi qaynatam Mehdiyev Nəsrəddin Nəsir oğluna əmlak payı olaraq verdilər və bununla bağlı lazımi sənədlər də var.
Bundan sonra biz həmin evin ətraf ərazisindəki torpaq sahəsindən istifadə etmək üçün, Məlikmudlu bələdiyyəsi ilə icarə müqaviləsi bağladıq. Çox keçmədi ki, Zərdab RİH başçısının sabiq müavini Tofiq Abdullayev, Məlikmudlu bələdiyyəsinin rəhbərliyi ilə 25 illik icarə müqaviləsi bağlayaraq, uzun müddətdən bəri yaşadığımız evin yaxınlığında istifadə etdiyimiz torpaq sahələrini həyat yoldaşı Abdullayeva Nüşabə Ağalar qızının adına sənədləşdirdi. Baxmayaraq ki, biz ondan çox-çox əvvəl bələdiyyə rəhbərliyi ilə müqavilə bağladığımıza görə, müəyyən sənədləri də əldə edə bilmişdik.
Faciəli hal o oldu ki, guya biz həmin torpaq sahələrini qanunsuz zəbt etmişik deyə, qarşı tərəf Zərdab rayon Məhkəməsində iddia qaldırdı və iddia tələbində, bizim oradan çıxarılmağımızı əsas şərt olaraq qeyd etdi. Prosesi diqqətdə saxlayan Zərdab rayon Məhkəməsinin sədri Tahir Qubadov isə, hansısa maraqlar çərçivəsində qarşı tərəfin xeyrinə qətnamə çıxarılmasını təmin etdirdi. Elə ki, çıxarılmış qətnamə ilə razılaşmadıq və apellyasya şikayəti vermək qərarına gəldik, o zaman bizə qarşı növbəti “oyun qurdular”. Yəni, Zərdab rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququmuzun məhdudlaşdırılması üçün, həyat yoldaşımı 16 may 2016-cı il tarixdə şərləyib 20 günlük inzibati qaydada həbs etdilər. Guya ki, həyat yoldaşım Tofiq Abdullayevin çobanına qarşı hansısa xuliqanlıq edib.
Həyat yoldaşımın həbsindən sonra belə bir məlumat əldə etdik ki, Sarənc Mehdiyevi Tahir Qubadovun tapşırığı ilə həbs ediblər ki, çıxarılmış saxta qətnamədən apellyasiya şikayəti verə bilməyək. Həyat yoldaşım həbsdən çıxdıqdan sonra, qətnaməni və lazımi sənədləri ona vəkillik edən Əlayif Həsənova verdi. O isə, qarşı tərəfdən pul alaraq bizi aldada bildi və bu gün-sabah apellyasiya şikayətini verəcəyəm deməklə, vaxtı ötürdü. Belə bir səbəb üzündən də, apellyasiya şikayəti vermək mümkün olmadı. Apellyasiya şikayətinin verilməsi üçün vaxtın keçməsini əsas gətirib, etdiyimiz şikayəti əsassız hesab etdilər. Beləliklə, bir ailənin uzun müddətdən bəri yaşadığı evin əldən alınması üçün, saxtakarlıqla çıxarılmış məhkəmə qətnaməsi qanunu qüvvəyə mindi. Çox keçmədi ki, Zərdab rayon icra şöbəsinin əməkdaşları və polislər, saxta yolla çıxarılmış qətnaməni əsas tutaraq, bizi yaşadığımız evdən çıxartdılar. Ailə üzvlərimizə qarşı göstərdikləri zorakılıqlar qalsın bir yana, hətta evimizin həyətində yerləşən mal-qoyun tövləsini, toyuq hinini və tualeti də dağıtdılar. Hal-hazırda biz çöllük bir ərazidə at arabasının içərisində yaşayırıq. Biz mal-qoyun, toyuq-cücə saxlayıb ailəmizi birtəhər dolandırıdıq. Bu il beş hektar pambıq əkmişdik, indi olub-qalan təsərrüfatımız altüst edilib.Bu cür haqsızlığı, bu cür haramçılığı o böyük Allah-Təala da götürməz. Bütün bu faciələri bizim ailənin başına icra başçısı Lütvəli Babayev, məhkəmənin sədri Tahir Qubadov və Məlikmudlu bələdiyyəsinin sədri gətirdi.
Bəli, saxta icarə müqaviləsi qanunu sənədlərimizi rüşvət hesabına üstələdi.Tofiq Abdullayev uzun müddət müxtəlif vəzifələrdə çalışıb və o, ötən müddət ərzində hədsiz saxtakarlıqla qol qoymaqla, böyük torpaq sahələrinə də sahib olub. Bu gün o, Məlikmudlu bələdiyyəsi ilə 15 hektarlıq torpaq sahəsinə dair icarə müqaviləsi bağlasa da, əslində qanunsuz olaraq 60 hektar torpaq sahəsində yonca əkdirib. İndi isə onun satışı ilə məşğuldur. Həmin sahələrdə pambıq əkilməsi zəruri olsa da, o, həmin ərazilərə yonca əkdirib.
Bələdiyyə sədri əldə etdiyi gəlirləri vergi orqanlarından gizlətmək üçün, icarə müqaviləsində saxtakarlıq edib və 60 hektarlıq sahəni 15 hektar adı altında sənədləşdirib. 2016-cı ildə ölkə rəhbəri cənab İlham Əliyev Zərdab rayonuna etdiyi səfər zamanı, biz şikayət etməyək deyə, icra başçısı Lütvəli Babayevin tapşırığı əsasında məni və həyat yoldaşımı səhərdən-axşama kimi Zərdab rayon Polis Şöbəsinin təcridxanaslnda qanunsuz olaraq saxladılar. Onu da qeyd edim ki, bizə əmlak payı olaraq verilmiş ev çiy kərpicdən tikilmişdi və yaşayış üçün az-çox şəraiti var idi. Gəlib həmin evə baxan hər kəs, bizim ailəyə qarşı edilən haqsızlığa görə, yəqin ki, vəzifəli şəxslərə nifrət edər və onları ittiham etməkdən də çəkinməz.
Biz zəhmətkeş və kasıb insanlarıq. Artıq ümüdimizi o böyük Allaha-Təalaya, hər zaman kasıb və sadə insanların yanında olan, onların problemləri ilə daim maraqlanan və həlli istiqamətində lazımi tapşırıqlarını verən cənab İlham Əliyevə, həmçinin Mehriban xanım Əliyevayadır. Bu gün ölkə rəhbərinə və onun xanımına mətbuat vasitəsi müraciət edərək xahişimi çatdırıram ki, bizim ailəyə qarşı edilmiş özbaşınalığın, haqsızlığın, qanunsuzluğun araşdırılılması üçün, belə bir işlərə qol qoyan vəzifə sahibləri barəsində qanunu tədbirlərin görülməsi üçün, aidiyyəti qurumlara lazımi tapşırıqlarınızı verəsiniz. Bizim ailənin əlindən zorla, qanunsuz yolla alınmış evimizin özümüzə qaytarılmasına köməklik göstərəsiniz”.
Bu bir ailənin faciəsi, üz-üzə qaldıqları problemlərin varlığıdır. İnanırıq ki, bu açıqlamanın dərci Mehdiyevagilin ailə üzvlərinə məxsus problemlərin həlli ilə də nəticələnəcək. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzu diqqətimizdədir.

Mirzə
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin adı daha bir qalmaqalda hallanıb

    Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli ...

    10-09-2013, 15:06

  • 
  • UCAR RAYONUNDA DOĞUŞ ZAMANI KÖRPƏ ÖLÜMÜ BAŞ VERIB - ŞOK

    UCAR RAYONUNDA DOĞUŞ ZAMANI KÖRPƏ ÖLÜMÜ BAŞ VERIB ...

    23-06-2015, 11:59

  • 
  • Zərdab sakini özünü güllələdi

    Zərdab sakini özünü güllələdi ...

    11-11-2013, 11:07

  • 
  • Zərdabın  icra başçısı Lütvəli Babayev hədəfdə

    Zərdabın icra başçısı Lütvəli Babayev hədəfdə ...

    17-01-2014, 11:27

  • 
  • Zərdablı məmurla bağlı bu faktlar açıqlandı - İDDİA

    Zərdablı məmurla bağlı bu faktlar açıqlandı - ...

    26-05-2017, 18:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu