GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hakimiyyət "Turan" İA- dan nə istəyir?

Hakimiyyət "Turan" İA- dan nə istəyir?

Tarix: 18-08-2017, 17:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 434
Hakimiyyət "Turan" İA- dan nə istəyir?


Artıq neçə ildir ki, Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti sıradan çıxarılıb, azad mətbuat çökdürülüb. Hakimiyyətdən asılı olmayan mətbuat orqanları barmaqla sayılası qədərdir ki, onlar öz fəaliyyətlərini çox çətinliklə davam etdirirlər. Həmin media orqanlarından biri “Turan” İnformasiya Agentliyidir.


Adı çəkilən Agentlik Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıddır. Ölkənin ən qocaman, stajlı və təcrübəli media qurumlarından biridir. Daxildə və xaricdə etibarlı tərəfdaşları və nüfuzu var. Məlumatlarını 3 dildə- Azərbaycan türkcəsi, ingilis və rus dilində yayır. Mətbuatın “Qızıl qaydası”- na, qarşı tərəfin mövqeyini işıqlandırmağa həmişə əməl etməyə çalışır. Ən mühüm keyfiyyətlərindən biri odur güclü təzyiqlərin və böyük vədlərin qarşılığında indiyə qədər öz dəsti- xəttini və müstəqilliyini qoruyub saxlayıb. Təbii ki, bu keyfiyyətlər və nümunələr- oxucuya obyektiv və operativ məlumat çatdırmaq imkanları avtoritar rejimlərin mahiyyəti ilə tərs müntənasibdir.

Hakimiyyət "Turan" İA- dan nə istəyir?


İmtiyazlardan imtinanın bədəli…

“Turan” İnformasiya Agentliyində ölkənin tanınmış və istedadlı jurnalistləri çalışıb və bü gün də çalışır. Öz peşə fəaliyyətini yerinə yetirərəkən polis- məmur fiziki zorakalığına məruz qalmaqdan tutmuş, qətlə yetirilən, dünyasını dəyişən jurnalistlərə (Fərhad Kərimov, Adil Bünyadov) qədər böyük bir camiyə bu mətbuat orqanının sadiq əməkdaşları olub. “Turan” özü- özülüyündə böyük bir məktəb yaradıb. Bu məktəbin mayası halallıq və dürüstlüklə yoğrulub. Məktəbin yaradıcısı və ustadı isə Agentliyin rəhbəri Mehman Əliyevdir. Bir neçə gün öncə Vergilər nazirliyinin timsalında hakimiyyətin “Turan” İnformasiya Agentliyinə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açması və Agentliyin ofisində heç bir de- yure və praktiki əsas olmadan axtarış aparmasıını onun xarakteri və şəxsiyyəti ilə əlaqələndirmək daha düzgün olardı. Çünki “Turan”- nın indiyə qədər ayaqda olması, rejimin çoxsaylı basqılarına və imtiyazlarına boyun əyməməsinin əsas səbəbkarı odur. Daha dəqiq desək onun müstəqil, azad və həqiqətpərəst olmasındadır. Agentliklə yaxından əməkdaşlıq edən şəxs kimi qeyd edə bilərəm ki, hakimiyyət bu media qurumunu ram etmək üçün Mehman Əliyevə sürəkli və çoxsaylı imkanlar təklif edib. Vəzifə, ev, ofis, pul və s. Amma təkliflər qəbul olunmayıb. Hələ Heydər Əliyevin sağlığında onun özü tərəfindən Mehman Əliyevin onun komandasında işləməsi təklif olunub. O təklifi qəbul etməyib. Eyni təklif İlham Əliyev komandası tərəfindən də irəli sürülüb. Bildiyim qədəri ilə son təklif isə yaxın zamanlarda Əliyev- Paşayevlər komandası tərəfindən bildirilib. Təklifi qəbul etməyən M. Əliyev təbii ki, bilirdi ki, bu imtinaya görə onu və təmsil etdiyi Agentliyi acınacaqlı tale gözləyir. Və artıq həmin gözləntilər reallaşmaqdadır…

Haşiyə. “Turan”- a qarşı vergidən yayınma ittihamının irəli sürülməsi əsassız olduğu qədər də absurddur və siyasi sifarişdir

(http://www.contact.az/ext/news/2017/8/free/Want%20to%20Say/az/64899.htm). Reklam, abunə, rəqabət mühitinin olmadığı ölkədə öz daxili imkanları hesabaına bir media qurumunun ayaqda durması fədakarlıqdır. Bu fədakarlığı alqışlamaq əvəzinə onu susdurmaq cəhdi isə həqiqətin ağzına daş basmaq, azad sözü boğmaq və qisasçılıqdır. Digər tərəfdən ölkəni talayanların, onun malını, mülkini, neft gəlirlərini oğurlayıb ofşar zonalara daşıyanların azad media nümunəsini vergidən yayınmaqda ittiham etməsi tarixin acı ironiyasıdır. Görəsən harın övladlarına dəyəri milyonlarla ölçülən maşın alıb günahsız insanların ölümünə səbəb olan rüşvətxor məmurlar bu ölkənin vergi orqanların ömürlərində bir dəfə də olsun vergi ödəyiblərmi? Görəsən böyük və dəbdəbəli otelləri, şadlıq sarayları, istirahət mərkəzləri, ticarət obyektləri, istilikxanaları, biznes strukturları, ölkədə və xaricdə villaları olan məmurlar dövlət büdcəsinə nə qədər vergi ödəyiblər? Ödəyiblərsə həcmi nə qədərdir, ödənişin həcmi və gəlir bəyannamələrini indiyə qədər niyə təqdim etmirlər?

Bu hakimiyyət rüşvətin, korrupsiyanın içində olduğundan cəmiyyətdə çirkaba bulaşmamış, təmiz adamları görmək istəmir. Çünki korrupsiyalaşmış rejimlər təmiz və dürüst insanların üstünlük təşkil etdiyi cəmiyyətləri idarə etməkdə çətinlik çəkirlər. Onlar istəyir ki, ölkənin tanınmış, nüfuzlu insanlarını hər hansı formada öz əməllərinə şərik edib onları da çirkaba bulaşdırsınlar ki, cəmiyyəti rahat idarə etsinlər. “Turan” İnformasiya Agentliyinə cinayət işinin açılması da başda Agentliyin rəhbəri Mehman Əliyev olmaqla bu mətbuat qurumunun fədakar əməkdaşlarının indiyə qədər azad mətbuat prinsiplərinə sadiq qalmalarıdır. Çirkaba, cinayətə bulaşmamalarıdır. Təbii ki, dəyərlərini və prinsiplərini qoruyan insanların hər şeyə alqı- satqı gözü ilə baxan hakimiyyət dəlları ilə bazarlığa getməməsi onları hövsələdən çıxarıb bu cür avantürüst addımlar atmağa sövq edir.

Prezidentin ev təklifindən imtina edən 60 yaşlı kirayəşin…

Bəlkə də çoxları bilmir ki, Prezident Administrasiyasının jurnalistlərə ev paylaması kampaniyası başlayanda pulsuz mənzil verilməsi ilə bağlı ilk təkliflərdən biri Mehman Əliyevə və “Turan”- a edilib. Bəlkə də çoxları bilmir ki, bu təklifdən imtina edən, bir neçə gündən sonra 60 yaşı tamam olacaq Mehman Əliyev uzun müddətdir ki, krayədə yaşayır. Bəlkə də çoxları bilmir ki, “Turan”- a olan bu basqılar ona bir müddət öncə Prezident Aparatından təklif olunan “Gəl, bizimlə işlə!” təklifini qəbul etməməyin bədəlidir.

“Turan” qapadıla, Mehman Əliyev həbs oluna bilər…

Əslində “Turan” İnformasiya Agentliyinə qarşı qaldırılan cinayət işi Mehman Əliyevin şəxsinə qaldırılan cinayət işidir. Məqsəd bu təmiz və dürüst, hakimiyyətin çirkablarına bulaşmayan insanı ram edib, onu çirkaba salmaqdır. “Turan” qapadıla, Mehman Əliyev həbs oluna bilər. Amma bu insanı yaxından tanıyan birisi olaraq deyə bilərəm ki, onu ələ almaq, mübarizəsindən döndərmək mümkün deyil. Çünki özünün də dediyi kimi onun bir amalı və vəzifəsi var; həqiqəti demək. Həqiqəti demək üçün isə məkan və zaman nisbidir. Yəni azad insan haqq bildiyi sözü hər yerdə- azadlıqda və həbsdə, hər zaman deyə bilər. Və deyəcək.

Gəlin, həqiqəti deməkdən qorxmayan və çəkinməyən insanları müdafiə edək!

Oqtay Gülalıyev,
Hüquq müdafiəçisi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Turan”da axtarış bitdi -SƏNƏDLƏR MÜSADİRƏ OLUNDU

    “Turan”da axtarış bitdi -SƏNƏDLƏR MÜSADİRƏ OLUNDU ...

    16-08-2017, 15:12

  • 
  • Turan agentliyinə cinayət işi açılıb

    Turan agentliyinə cinayət işi açılıb ...

    10-08-2017, 15:27

  • 
  • "Turan" İnformasiya Agentliyində axtarış aparılır

    "Turan" İnformasiya Agentliyində ...

    16-08-2017, 11:58

  • 
  • KXCP-nin hakimiyyətdən azad media tələbi

    KXCP-nin hakimiyyətdən azad media tələbi ...

    30-04-2013, 12:38

  • 
  • Mehman Əliyev: Ya hakimiyyətlə iş birliyi yaratmalısan, ya da sıradan çıxmalısan

    Mehman Əliyev: Ya hakimiyyətlə iş birliyi ...

    17-08-2017, 17:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu